Milli Məclisin səhiyyə komitəsinin iclasında 7 qanun layihəsi müzakirə edilib
04.03.2016 [10:20]
Martın 3-də Milli Məclisin səhiyyə komitəsinin iclasında 7 qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunda dəyişiklik olunması, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunda dəyişiklik olunması, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi, “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun ləğv edilməsi, “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
Komitənin sədri Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda ixtisaslaşmış tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcəklər. İclasda İnzibati Xətalar Məcəlləsinin vətəndaşların hüquqlarının pozulması haqqında 215-ci maddəsinə yeni məzmunda 215.3-cü bəndin əlavə edilməsi təklif olunub. Əlavəyə əsasən, ixtisaslaşmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan qaydada göstərilməməsinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur.
Nəzərdə tutulan dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1177-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədardır.
Bildirilib ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 6.2-ci maddəsində “məcburi” sözü “icbari” sözü ilə əvəz ediləcək.
Qeyd edilib ki, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunda təklif olunan dəyişikliklər vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrların, digər mütəxəssislərin və işçilərin öz peşə funksiyalarını yerinə yetirərkən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təkmilləşdirilməsini nəzərdə tutur. Həmin şəxslər bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirərsə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq icbari qaydada sığorta olunacaqlar.
Vurğulanıb ki, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 6.2-ci maddəsində “məcburi” sözü “icbari” sözü ilə əvəz ediləcək.
İclasda bildirilib ki, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunda ediləcək dəyişikliyə əsasən sənədin 26.3-cü maddəsi yeni redaksiyada veriləcək. Belə ki, “Əmək funksiyalarının icrası ilə əlaqədar tibb işçiləri, habelə virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması ilə məşğul olan işçilər İİV-ə yoluxma riskinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq icbari qaydada sığorta ediləcəklər.
Qeyd olunub ki, “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanun ləğv ediləcək.
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 6-cı maddəsinin doqquzuncu abzası ləğv olunacaq.
Çıxış edən deputatlar dəyişikliklərin zəruri olduğunu bildiriblər.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

