Rəyasət heyətinin növbəti iclasında mühüm məsələlər müzakirə olunub
03.03.2016 [10:13]
Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyi problemi və onun həllində elmin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzədə respublikada kənd təsərrüfatının mövcud vəziyyəti, problemlər və onların həlli yolları barədə məlumat verilib.
Z.Əkpərov Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi elmi əsaslı torpaq islahatlarının respublikada aqrar sahənin inkişafında böyük rol oynadığını söyləyib, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini, ərzaq təhlükəsizliyinə tam nail olunmasını mühüm hədəflərdən biri kimi müəyyənləşdirdiyini bildirib. Vurğulanıb ki, 2004-cü illə müqayisədə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı 48,8 faiz artıb, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab olunmalıdır.
İnstitutun direktoru Azərbaycanda qeyri-neft sektorunda aqrar sahənin çəkisinin böyük olduğunu qeyd edib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
İclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib. Yeni çevik iqtisadi modelə keçməklə əlaqədar müasir Aqroparkın yaradılması ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırılması qərara alınıb. AMEA-nın institutları tərəfindən yaradılmış üzvi və üzvi mineral gübrələrin geniş sənaye istehsalının təşkili, aqrar sahənin kadr potensialının gücləndirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək AMEA-nın magistr və doktorant hazırlığında tətbiqi, ölkənin ali təhsil müəssisələrinin müvafiq fakültələri ilə əlaqələrin genişləndirilməsi məqsədəuyğun hesab edilib.
Həmçinin “Molla Nəsrəddin” satirik jurnalının və Xalq şairi Səməd Vurğunun 110 illik yubileylərinin keçirilməsi, rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində “Elm TV İnternet televiziyası” şöbəsinin yaradılması barədə qərarlar qəbul edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

