Karli Storm: Xocalıda törədilənlər insanlığa sığmayan vəhşilikdir
27.02.2016 [11:36]
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə fevralın 26-da Gürcüstanın Kvemo-Kartli-Borçalı bölgəsinin azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva tədbiri açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın və Gürcüstanın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
N.Əliyeva bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə Xocalı qətliamının səbəbləri, acı nəticələri barədə gürcü ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verilib. Təəssüflər olsun ki, yeni tariximizə qanlı hərflərlə yazılmış Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə hələ də tam məlumatlar çatdırılmayıb. Bunun üçün ilk növbədə gənclərimizin üzərinə də məsuliyyət düşür. Gənclər Xocalı barədə təbliğat xarakterli məlumatlar yaymalı, dünya birliyinin bu soyqırımına qiymət verilməsinə nail olmalıyıq. “Bizim əsas məqsədimiz yaşadığımız cəmiyyətdə bu həqiqətləri təbliğ edərək Xocalıya ədalət tələb etməkdir”, - deyə N.Əliyeva vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov qeyd edib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində səfirlik tərəfindən Gürcüstanın bölgələrində də anım tədbirləri, konfranslar, aksiyalar keçirilib. Xalqımız əsrin ən dəhşətli qətliamından biri ilə üzləşib, insanlarımızı milli mənsubiyyətinə görə amansızcasına qətlə yetiriliblər. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələri hələ də işğalçı dövlət tərəfindən yerinə yetirilmir və dünya birliyi buna göz yumur”, - deyə D.Həsənov vurğulayıb.
Gürcüstan parlamentinin üzvü Mahir Dərziyev isə çıxışında Gürcüstanın da Azərbaycan ilə eyni taleyi yaşadığını xatırladıb və terroru, işğalçılığı lənətləyib. O, Gürcüstan xalqının azərbaycanlıların acısını dərk edərək bölüşdüyünü vurğulayıb.
Deputat Azər Suleymanov çıxışında qeyd edib ki, Xocalıda vəhşicəsinə öldürülən azyaşlı uşaqların sırasında Marneulidən olanlar da olub. A.Süleymanov Gürcüstan parlamentində də bu məsələlər haqqında söhbət aparıldığını bildirib.
Finlandiya Şərq Universitetinin doktorantı, əslən Amerika vətəndaşı olan xanım Karli Storm Xocalı haqqında əldə etdiyi məlumatların onu çox kədərləndirdiyini bildirib. Xocalıda dinc sakinlərin, xüsusən də uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsinin, insanlara qarşı işgəncələrin verilməsi faktlarının onu kədərləndirdiyini qeyd edib. O, Xocalıda törədilənləri insanlığa sığmayan vəhşilik adlandırıb və bu hadisələrə dünya birliyi tərəfindən hüquqi qiymət veriləcəyinə ümid etdiyini vurğulayıb.
Digər çıxış edənlər ermənilərin Gürcüstanda və Azərbaycanda törətdikləri vəhşiliklər, terror və digər cinayətlər barədə fikirlərini bölüşüblər.
Sonda Muğanlı kənd orta məktəbinin şagirdləri Xocalı soyqırımı ilə bağlı kompozisiya göstəriblər, sənədli film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

