/ / Ukraynalı pilot: Ən dəhşətlisi o idi ki, bizimlə Xocalıya gedən polis kapitanı meyitlərin içində öz uşağının cəsədini tapdı
Ukraynalı pilot: Ən dəhşətlisi o idi ki, bizimlə Xocalıya gedən polis kapitanı meyitlərin içində öz uşağının cəsədini tapdı
26.02.2016 [10:20]
Dünən Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə vertolyotla aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin iştirakı ilə mətbuat konfransı keçirilib. “Azadinform” xəbər verir ki, pilot Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) dəvəti ilə Bakıya gəlib.
Tədbiri giriş sözü ilə açan UABD sədri Hikmət Cavadov bildirib ki, 2 il bundan qabaq Markoviçin Xocalıya gəlməsi haqqında məlumat alıb: “İki il ərzində bu məsələni araşdırıb film hazırladıq. Filmin təqdimatı isə sabah (bu gün - red.) olacaq”.
Daha sonra çıxış edən Markoviç bildirib ki, 1989-90-cı ilə qədər SSRİ qoşunlarının tərkibində Gəncədə xidmət edib. Gəncədən Ağdama və digər bölgələrə uçuşlar edib, vertolyot komandiri vəzifəsində olub: “1991-ci ilə qədər dinc əhalini Dağlıq Qarabağdan müharibə olmayan ərazilərə daşıyırdım. 1992-ci il fevralın 27-də Gəncəyə qayıdarkən Xocalının şərqindən 2 km məsafədə uçarkən dağın ətəyindən rəngli paltarlar göründü. 500 metr məsafəyə enərək gördük ki, ermənilər dinc əhaliyə divan tutub, onların arasında sağ qalanlar da vardı”.
Pilot qeyd edib ki, Azərbaycan vertolyotunu görərkən ermənilər atəş açıb. Vertolyotla Gəncəyə qayıdıb Azərbaycan hökumətini, prezidentin köməkçisini məlumatlandırıblar.
Bundan sonra Markoviçdən xahiş ediblər ki, hadisə baş verən yeri tanıdığı üçün jurnalistləri ora aparsın: “Jurnalistləri apararkən Çingiz Mustafayevi gördüm. Xalq ona çox inanırdı. Çingizlə bərabər 3 nəfər də vardı. Onların çəkmək üçün cəmi 5 dəqiqə vaxtları oldu. Çünki çox təhlükəli idi. Ermənilər bizi görən kimi atəş açmağa başladılar. Bu çəkilişlərdən sonra faciəni dünya ictimaiyyətinə çatdırmaq mümkün oldu”.
O bildirib ki, meyitlər bir-birindən çox uzaq məsafədə idi: “Ən dəhşətli məqamlardan biri vertolyotda Xocalıya gələnlərin arasında olan polis kapitanının qarşılaşdığı hadisə idi. Polis kapitanı ölən uşaqların arasında öz oğlunu tapmışdı. Polis uşağı gətirib vertolyota qoyanda ermənilər atəş açmağa başladı. Polis kapitanı özünü itirmiş vəziyyətdə idi, sanki ağlı başından çıxmışdı”.
Hadisə şahidi qeyd edib ki, onlar Xocalıya gedərkən ikinci vertolyot da olub. Bu, Markoviçin idarə etdiyi vertolyotu qorumaq üçün idi. Markoviçin idarə etdiyi vertolyot mülki idi, vətəndaşları daşımaq üçün, orada heç bir hərbi sursat yox idi.
Ukraynalı pilot əlavə edib ki, beynəlxalq məhkəmə olarsa, heç bir əlavə fakt lazım deyil: “Xocalıda gördüklərimi dünya ictimaiyyətinə çatdırmağa hazıram”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

