“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yeni internet səhifəsi istifadəyə verilib
25.02.2016 [10:07]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yeni internet səhifəsi istifadəyə verilib (www.justiceforkhojaly.org).
AZƏRTAC xəbər verir ki, yeni səhifə bir çox fərqli xüsusiyyətləri ilə yanaşı, həm də Xocalı soyqırımı ilə bağlı hərtərəfli resurs mənbəyi rolunu oynayır. Belə ki, internet səhifəsində Xocalı şəhərinin işğaldan əvvəlki vəziyyəti, onun coğrafiyası, tarixi, iqtisadiyyatı və demoqrafik vəziyyəti barədə ətraflı məlumat toplanıb. Xocalı ilə bağlı saytda yerləşdirilmiş tarixi faktlar ermənilərin bu əraziyə olan iddialarının əsassız olduğunu bir daha sübut edir.
Bundan başqa, saytda Xocalı soyqırımından sonra qırğın törədilən ərazidə yerli və xarici müxbirlər tərəfindən çəkilmiş foto və videomateriallar, şahid ifadələri, sənədli filmlər, Xocalı hadisələri ilə bağlı 1992-ci ildə beynəlxalq mətbuatda dərc edilmiş məqalələr, xarici müəlliflərə məxsus araşdırmalar, tarixi sənədlər və s. faydalı materiallar təqdim olunur. İnternet səhifəsində, həmçinin “Xocalıya ədalət” beynəlxalq kampaniyası tərəfindən Xocalı hadisələri ilə bağlı hazırlanmış xüsusi təqdimat da (“PowerPoint” formatında) yerləşdirilib. Bu təqdimatdan istifadə etməklə istənilən şəxs təhsil aldığı təhsil müəssisəsi və ya fəaliyyət göstərdiyi kollektivdə Xocalı soyqırımı həqiqətlərini çatdıra bilər.
Xocalı soyqırımına dair mühüm məlumatların toplandığı geniş resurs mənbəyi olan internet səhifəsi ictimaiyyətə beynəlxalq kampaniyanın fəaliyyətində yaxından iştirak etmək imkanı yaradan interaktiv platformadır. Saytda kampaniyada iştirakın müxtəlif üsulları barədə geniş məlumat verilir.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası hər kəsi internet səhifəsində təklif olunan üsul və vasitələrdən, həmçinin kampaniyanın digər onlayn resurslarından (www.facebook.com/JFKCampaign, instagram/justiceforkhojaly) istifadə etməklə Xocalı soyqırımı barədə maarifləndirmə işinə töhfə verməyə çağırır.
www.justiceforkhojaly.org səhifəsinə öz internet səhifələrində keçid (banner) yerləşdirmək niyyətində olan təşkilatlar/qurumlar beynəlxalq kampaniya ilə əlaqə saxlaya bilərlər (info@justiceforkhojalycampaign.org, 4976316).
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13

