Multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə çevrilib
25.02.2016 [10:06]
Fevralın 24-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda hüquq mühafizə orqanlarının əməkdaşları, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkədə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirib. Multikulturalizmin dövlət siyasəti kimi əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında azərbaycançılıq ideologiyasının dayandığını bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir.
Mübariz Qurbanlı deyib ki, Azərbaycanda milli, etnik, dini nifrət yox dərəcəsindədir. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlıq isə xalqımız üçün demokratik dəyərə çevrilib. Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan M.Qurbanlı qeyd edib ki, bununla Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığını bütün dünyaya bir daha nümayiş etdirəcəyik.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Cavanşir Əfəndiyev və Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova çıxış edərək, Azərbaycandakı multikultural mühitin dünya üçün nümunə olduğunu diqqətə çatdırıblar.
Daha sonra konfrans işini rayon gənclərinin iştirakı ilə panel formatında davam etdirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və müasirlik”, dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Multikulturalizm siyasəti: beynəlxalq təcrübə və Azərbaycan modeli” mövzularında çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

