İsveçin xarici işlər naziri Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
11.02.2016 [09:59]
Fevralın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İsveçin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, İsveçin xarici işlər naziri əvvəlcə Təzəpir məscid kompleksi, Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası, burada saxlanılan qədim kitablar ilə tanış olub. Qonaq kitabxananın xatirə kitabına ürək sözlərini yazıb.
Görüşdə şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini vəziyyət barədə məlumat verib, Azərbaycandakı pravoslav və yəhudi konfessiyalarının başçılarını qonağa təqdim edib. O, Azərbaycanda mövcud olan tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə edilən nailiyyətlər, habelə dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə danışıb. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlərdən danışan şeyxülislam Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dini dəyərlərə ehtiramlı münasibətin, tolerantlığın dövlət səviyyəsində həyata keçirilməsinin əsasını qoyduğunu vurğulayıb. O, Prezident İlham Əliyev tərəfindən dini-mənəvi dəyərlərə qayğı və diqqətin davam etdirilməsindən, multikultural dəyərlərimizin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışıb.
Qeyd edilib ki, Azərbaycanda digər dinlərə qarşı daim xoş münasibət olub, müsəlmanlar, xristianlar və yəhudilər əsrlər boyu burada dinc fəaliyyət göstəriblər. Onlar bayramları, əlamətdar günləri birlikdə qeyd edirlər.
Marqot Vallström ölkələrimiz arasındakı əlaqələrdən danışıb. O, Azərbaycanda hökm sürən dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan dünyaya bütün dinlərin bir yerdə yaşamasının mümkün olduğunu nümayiş etdirir. Bu işdə Azərbaycan dövlətinin başçısının, habelə dini icma rəhbərlərinin rolu təqdirəlayiqdir.
Marqot Vallström, həmçinin dünya ölkələrinin Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsini öyrənməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iştirak edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycanda müxtəlif konfessiyaların, icmaların nümayəndələrinin əsrlər boyu dinc yanaşı yaşadıqalarını, ölkədə heç vaxt ksenofobiya və dini zəmində münaqişələrin müşahidə olunmadığını söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

