Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimat mərasimi olub
10.02.2016 [10:09]
Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaranmasının 92-ci ildönümündə muxtar respublika Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə” və “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin, 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət mükafatlarına layiq görülmələri və Naxçıvan Muxtar Respublikasının 92-ci ildönümü münasibətilə təltif olunanları, onların timsalında muxtar respublika əhalisini, muxtar respublikanın inkişafında, sərhədlərinin və sabitliyin qorunmasında xidməti olanları təbrik edərək deyib: “Naxçıvan Muxtar Respublikası öz inkişaf mərhələsinə Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində çatmışdır. Ulu öndərin Sovetlər Birliyi dövründə ölkəmizə rəhbərliyi zamanı Azərbaycan Konstitusiyasında Naxçıvan diyarı muxtar respublika kimi, müstəqillik illərində isə muxtar dövlət kimi təsbit olunmuşdur”.
Ali Məclisin Sədri deyib: “Bu gün Ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişafa qovuşmuşdur. Ölkəmizin inkişafı sözdə və rəqəmlərdə deyil, həyata keçirilən tədbirlərdə, real işlərdədir. Bu işləri həyata keçirənlər isə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Çalışdıqları sahələrdə öz fəaliyyətləri ilə fərqlənən, ölkəmizin inkişafına töhfə verən insanların əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə öz əməkləri ilə fərqlənən, nümunə göstərən insanlardır”.
Ali Məclisin Sədri təltif olunanların bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəklərinə əminliyini bildirib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan Suliddin Əliyev, Sahib Həsənov, Şakir Ağalarov, Nurlan Həsənov, Vüqar Məmmədov və Yeganə Məmmədova minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikada bütün sahələr inkişaf etdirilir, geniş quruculuq işləri aparılır, sosial islahatlar həyata keçirilir. İstər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndində insanların yaşaması və işləməsi üçün hərtərəfli şərait yaradılıb. Dövlətimizin ali mükafatlarına layiq görülmək təltif olunanların hər birinin qurub-yaratmaq əzmini artırır. Bundan sonra da Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacağıq.
Daha sonra Ali Məclisin Sədri 2014-2015-ci tədris ilində “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuş Culfa şəhəri 2 nömrəli, Naxçıvan şəhəri 14 nömrəli və Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəblərinə, eləcə də “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 5 müəllimə mükafatları təqdim edib.
Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Seymur Xudanov, Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbinin direktoru Vidadi Quliyev, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən Tahirə Qasımova mükafata layiq görülmələrini ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirib, bundan sonra da savadlı və vətənpərvər gənclərin yetişdirilməsi yolunda səylə çalışacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22

