MDB ölkələrinin Dövlət İnformasiya Agentliklərinin Rəhbərlər Şurasının 20 yaşı tamam olur
04.11.2015 [09:44]
MDB İcraiyyə komitəsinin rəsmi saytında TASS-a istinadla bildirilir ki, MDB ölkələrinin Dövlət İnformasiya Agentliklərinin Rəhbərlər Şurasının (MDB İnformasiya Şurası) 20 yaşı tamam olur.
Bu sahə əməkdaşlığı orqanı Moskvada Birlik ölkələrinin hökumətlərinin qərarına əsasən yaradılıb.
1995-ci il 3 noyabr tarixli müqavilənin preambulasında qeyd edilib ki, MDB İnformasiya Şurası “informasiya sahəsində qarşılıqlı fəaliyyətin xalqlar arasında qarşılıqlı anlaşmanın və inamın möhkəmləndirilməsində, Birliyə üzv dövlətlərin inteqrasiya əməkdaşlığının genişləndirilməsində vacib faktor olması” nəzərə alınaraq yaradılır. Sənəddə, həmçinin göstərilir ki, “həm Birlik daxilində, həm də dünya ictimaiyyətində MDB ölkələri haqqında obyektiv və hərtərəfli təsəvvürün formalaşması dövlət informasiya agentliklərinin fəal rolundan və informasiya sahəsində razılaşdırılmış mövqenin hazırlanmasından çox asılıdır”.
Hazırda Azərbaycan (AZƏRTAC), Belarus (BELTA), Qazaxıstan (Kazinform), Qırğızıstan (Kabar), Moldova (Moldpres), Rusiya (TASS), Tacikistan (Xovar) və Ermənistanın (Armenpress) dövlət informasiya agentliklərinin rəhbərləri MDB informasiya Şurasının üzvləridir. 2009-2013-cü illərdə Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) rəhbərliyi MDB İnformasiya Şurası ilə fəal əməkdaşlıq edib və onun iclaslarında iştirak edib.
MDB İnformasiya Şurası yarandığı vaxtdan 2013-cü ilədək ona TASS-ın Baş direktoru Vitali İqnatenko rəhbərlik edib. Sonra MDB İnformasiya Şurasının iştirakçıları estafeti onun Rusiyanın qocaman informasiya agentliyinin rəhbəri vəzifəsində varisi Sergey Mixaylova veriblər.
Sergey Mixaylovun MDB İnformasiya Şurasının 20 illiyi ilə əlaqədar təbrikində deyilir: “İyirmi il ərzində Birliyin informasiya məkanı “Yaxın xaric” dövlətlərinin mürəkkəb tarixi inkişaf mərhələsini əks etdirərək çox mühüm dəyişikliyə məruz qalıb. Buna baxmayaraq, MDB-yə üzv ölkələrin dövlət informasiya agentliklərinin rəhbərləri müntəzəm konstruktiv dialoqa, peşəkar ünsiyyətə və təcrübə mübadiləsinə can atıblar. Məhz İnformasiya Şurasının fəaliyyəti informasiya sahəsində bizim qarşılıqlı fəaliyyətimizi möhkəmləndirməyə və dövlət informasiya agentlikləri arasında əməkdaşlığın yeni formalarını inkişaf etdirməyə imkan yaratdı”.
O, Birlik ölkələrindəki həmkarlarına müraciət edərək vurğulayıb ki, əməkdaşlığımız çoxtərəflidir, biz gələcəkdə də dövlətlərimizin vətəndaşları üçün maraqlı və faydalı olacaq birgə layihələri həyata keçirəcəyik.
Agentliklərin ümumi yaradıcı qüvvələri ilə mühüm layihələr, o cümlədən bütün Birlik dövlətləri üçün tarixi əhəmiyyət daşıyan hadisələrə həsr edilən tədbirlər həyata keçirilir. Bu il onlar Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilib. MDB İnformasiya Şurasının iştirakçıları yubileyə kompleks tədbirlər, o cümlədən agentliklərin arxiv materiallarından ibarət nadir fotosərgi hazırlayıblar. Bu mövzu üzrə bütün informasiya fəaliyyəti müharibə və xalqların müharibədən sonrakı inkişafı tarixini təzədən yazmaq cəhdinə qarşı əks təsir göstərmək istiqamətində olub.
Xatırladaq ki, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclası 2013-cü ildə Bakıda keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

