/ / Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşüb
Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşüb
02.11.2015 [11:46]
Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın qərargahında 1 noyabr parlament seçkilərini izləmək məqsədilə ölkəmizdə olan MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşüb.
Görüşdə Əli Əhmədov ölkəmizdə seçkilərin azad, şəffaf, demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb.
Əli Əhmədov vurğulayıb ki, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük qələbə əzmi ilə qatılıb. Bunu şərtləndirən bir sıra amillər mövcuddur. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Partiyanın sıralarında 670 minə yaxın üzvün birləşməsi təbii ki, həyata keçirilən siyasətə dəstəyin, Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamın göstəricisidir.
YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, hər bir partiya seçkilərə ötən dövr ərzində qazandığı uğurlarla, malik olduğu sosial baza ilə qatılır. Heç şübhəsizdir ki, Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi böyükdür.
Əli Əhmədov ölkədə seçki ab-havasının çox müsbət, xalqın seçki əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edib. Vurğulayıb ki, bu ab-hava xalqın bugünkü reallıqlara verdiyi yüksək dəyərdən qaynaqlanır.
Demokratiyanın vacib amillərindən biri seçkilərin şəffaflığının təminatının təsdiqi kimi prosesin beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin müşahidəçilərinin izləməsidir. Ə.Əhmədov Azərbaycan dövlətinin beynəlxalq müşahidə missiyalarının seçkiləri izləmələrinə yaratdığı şəraiti prosesin demokratik, azad və şəffaf şəkildə keçirilməsinə göstərdiyi diqqət və önəm kimi qeyd edib.
Görüşdə bu əminlik bir daha ifadə edilib ki, 1 noyabr parlament seçkiləri xalqımızın yüksək fəallığı şəraitində keçiriləcək, Azərbaycan növbəti illərdə də uğurla inkişaf edərək, yeni-yeni hədəflərə çatacaq.
MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ölkəmizdə seçki ab-havasından razılıqlarını ifadə ediblər. Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinin göstəricilərindən biri kimi seçkilərin demokratikliyinə, beynəlxalq standartlara uyğun keçirilməsinə göstərilən diqqəti xüsusi vurğulayıblar.
Ə.Əhmədov Müşahidə Missiyasının üzvlərini maraqlandıran sualları cavablandırıb, bir daha onları ölkəmizdə görməkdən, seçkiləri izləmələrinə göstərdikləri maraqdan məmnunluqlarını ifadə edib.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

