/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 və 29-1 saylı seçki məntəqələrində səs verib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 və 29-1 saylı seçki məntəqələrində səs verib
02.11.2015 [11:43]
Müasir dövrdə demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas şərti hesab olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə bu məsələni daim diqqətdə saxlayıb, Azərbaycanda mütərəqqi və demokratik seçki sistemi formalaşdırılıbdır. Bu gün də ölkəmizdə seçki sistemi təkmilləşdirilir, seçkilər ədalətli və şəffaf şəraitdə keçirilir. Yaradılan şərait, mövcud sabitlik və inkişaf insanların seçkilərdə fəal iştirak etməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər keçirilib. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, seçkiqabağı hazırlıqlar qanunvericiliyə uyğun aparılıb. Seçki məntəqələrində seçicilərin öz iradələrini sərbəst və müstəqil şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılıb, veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb.
Muxtar respublikada beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, seçici siyahıları təsdiq olunub. Azərbaycan Respublikasının Milli Məclisinə 7 seçki dairəsi üzrə 29, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə isə 45 seçki dairəsi üzrə 135 namizəd qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında 268 min 463 nəfər seçici vardır. Seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı 4 min 799 nəfərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində Azərbaycan Respublikasının Milli Məclisinə, həmin binada yerləşən 29-1 saylı seçki məntəqəsində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə səs verib.
Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, 4-15 və 29-1 saylı seçki məntəqələrində 1464 seçici qeydə alınıb. Səhər saatlarından məntəqələrdə seçici fəallığı müşahidə olunur. Sakinlər rahat və sərbəst şəkildə səs verirlər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

