Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞPA missiyası Milli Məclisə seçkiləri 30 nəfərlik heyətlə müşahidə edəcək

AŞPA missiyası Milli Məclisə seçkiləri 30 nəfərlik heyətlə müşahidə edəcək

27.10.2015 [09:39]

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müxtəlif partiyalardan olan 30 nəfərdən ibarət müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Secki-2015.az saytına AŞPA-nın mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, missiyanın rəhbəri İspaniyadan olan parlamentari Yordi Cukladır.
Müşahidə missiyasının Azərbaycanda Milli Məclisin rəhbərliyi, həmçinin parlamentlərarası dostluq qruplarının rəhbərləri və üzvləri, o cümlədən parlamentdə təmsil olunmayan partiya nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Missiya üzvlərinin kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşləri planlaşdırılır. Seçki günü AŞPA-dan olan parlamentarilər ölkənin müxtəlif yerlərində səsvermə prosesinin gedişini izləyəcəklər.
Nümayəndə heyətini, həmçinin Venesiya Komissiyasının üzvləri - Avropa Şurasının müstəqil ekspertlərindən ibarət qrupu müşayiət edəcək.
Seçkiöncəsi nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycanda səfərdə olub və çoxsaylı görüşlər keçirib.
AŞPA 1974-cü ildən etibarən müxtəlif ölkələrdə 150-yə yaxın seçki müşahidə edib.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31