VI Rusiya-Azərbaycan Regionlararası Forumunun yekunlarına dair sənəd imzalanıb
01.10.2015 [10:45]
Sentyabrın 30-da Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararası Forumunun yekunlarına dair sənəd imzalanıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sənədi Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski və Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov imzalayıblar.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yekun plenar iclasda çıxış edərək vurğulayıb ki, VI Rusiya-Azərbaycan Regionlararası Forumu işgüzar və konstruktiv şəraitdə keçib. Forumun proqramı yetərincə dolğun olub. Plenar iclasda və “dəyirmi masa”larda dərin və məzmunlu məruzələr səslənib, maraqlı fikirlər və təkliflər bildirilib, iki ölkənin qarşılıqlı fəaliyyətinin müxtəlif aspektlərini hərtərəfli müzakirə etmək, tərəfdaşlığın istiqamətlərini və mühüm sahələrini nəzərdən keçirmək mümkün olub.
Əli Həsənov bildirib ki, forumda regionlararası əməkdaşlığın ticari-iqtisadi, investisiya-maliyyə və mədəni-kommunikasiya aspektləri təhlil edilib. Sənaye, kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparan forum iştirakçıları vətəndaş cəmiyyəti təsisatlarının və gənclər təşkilatlarının qarşılıqlı humanitar fəaliyyət prosesinə daha fəal cəlb olunması yolları barədə maraqlı təkliflər irəli sürüblər.
Azərbaycan Prezidentinin köməkçisi deyib: “Tədbir aydın şəkildə göstərdi ki, strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi iki dövlətin xarici siyasətinin prioritet istiqamətidir. Bu isə hər iki ölkənin və xalqın fundamental maraqlarına cavab verir”.
Forumun Azərbaycan ilə Rusiya arasında mühüm innovasiya əməkdaşlığı məsələlərinin müzakirəsi üçün səmərəli məkan olduğunu söyləyən Əli Həsənov vurğulayıb ki, iki ölkənin bir çox sahələr üzrə ümumi maraqları və baxışları var. Bu da qanunauyğun haldır, çünki iki ölkə arasında münasibətlər möhkəm tarixi köklərə malikdir və mehriban qonşuluq prinsiplərinə söykənir.
Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi onu da vurğulayıb ki, forum hər iki tərəfin bir-biri ilə daha fəal və sıx əməkdaşlıqda qətiyyətli olduğunu nümayiş etdirib. O deyib: “Bizim qarşıya qoyulan məqsədlərə nail olmaq üçün böyük imkanlarımız var. Potensialımız və birgə işləmək səylərimiz isə tükənməzdir”.
Əli Həsənov qeyd edib ki, qarşıda çox iş var: bunlar həm əmtəə dövriyyəsinin və investisiyaların artırılması, həm ticari-iqtisadi əlaqələrin ahəngləşdirilməsi, həm də mədəni mübadilənin yeni formalarının işlənib hazırlanması və bir çox digər məsələlərdir. O, əmin olduğunu bildirib ki, iki ölkənin davamlı səyləri sayəsində münasibətlərin inkişafının daha əlverişli dinamikası əldə ediləcək.
Azərbaycan Prezidentinin köməkçisi Azərbaycan ilə Rusiyanın subyektləri arasındakı qarşılıqlı münasibətlərin cari məsələlərinin konstruktiv həllinin, mövcud qarşılıqlı faydalı regionlararası əlaqələrin genişləndirilməsinin və yenilərinin qurulmasının zəruri olduğunu vurğulayıb. O, xüsusi qeyd edib ki, Azərbaycan da, Rusiya da bu əməkdaşlığa dərin maraq göstərir.
Əli Həsənovun sözlərinə görə, istər plenar iclaslardakı, istərsə də “dəyirmi masa”lardakı çıxışlar və müzakirələr göstərib ki, forumun bütün iştirakçıları iki ölkənin daha da yaxınlaşması kursunu birmənalı şəkildə dəstəkləyirlər. Çünki dövlətlərimizin bir çox beynəlxalq və regional problemlər üzrə mövqeləri çox yaxındır və ya üst-üstə düşür. O deyib: “Gələcək inkişaf üçün xeyli imkanlarımız var. Ümidvaram ki, biz onlardan səmərəli istifadə edəcəyik”.
İkitərəfli münasibətlərə toxunan Əli Həsənov bildirib ki, Azərbaycan ilə Rusiya çox şeylə fəxr edə bilərlər. Bu illər ərzində səmimiliyə və etimada əsaslanan möhkəm dostluq münasibətləri qurmaq mümkün olub. Əli Həsənov vurğulayıb ki, Rusiya Azərbaycanın xarici siyasətinin prioritetləri sirasında ənənəvi olaraq mühüm yer tutur və ölkələrimiz strateji tərəfdaşlardır. O deyib: “Bu gün məmnunluq hissi ilə qeyd etmək olar ki, Azərbaycan ilə Rusiya, rus və Azərbaycan xalqları, vətəndaşlarımız və vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları arasında münasibətlər qarşılıqlı etimad və hörmət üzərində qurulub. Sevindirici haldır ki, prezidentlərimiz cənab İlham Əliyev və cənab Vladimir Putin arasında münasibətlər də qarşılıqlı ehtirama və tam qarşılıqlı anlaşmaya söykənən açıq və səmimi münasibətlər kimi səciyyələnir. Bu isə Azərbaycan-Rusiya əməkdaşlığının ən mühüm amillərindən biridir”.
Sonda Əli Həsənov qonaqpərvərliyə və əlverişli iş şəraiti yaradılmasına görə forumun təşkilatçılarına təşəkkür edib.
VI Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində keçirilən tədbirlərin - Rusiya-Azərbaycan Gənclər Forumunun, “Rusiya-Azərbaycan: ikitərəfli dialoqun inkişafında yeni meyillər. İqtisadiyyat, siyasət, inteqrasiya” mövzusunda ekspertlər səviyyəsində görüşün, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm, humanitar əlaqələrin inkişafı və s. sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığına həsr olunmuş “dəyirmi masa”ların moderatorları müzakirələrə yekun vurublar. Çıxış edənlərin hamısı bir məsələdə yekdil olub: belə görüşlər işgüzar əlaqələri yoluna qoymaq və inkişaf etdirmək üçün çox səmərəlidir.
Diqqətə çatdırılıb ki, forum çərçivəsində 6 ikitərəfli sənəd imzalanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

