/ / Milli Məclis sədrinin müavini Bahar Muradova ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş Füzuli rayonundan olan gənclərlə görüşüb
Milli Məclis sədrinin müavini Bahar Muradova ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş Füzuli rayonundan olan gənclərlə görüşüb
05.09.2015 [11:14]
Bahar Muradova: Azərbaycanın bugünkü gəncliyinin cəmiyyətin həyatında yüksək fəallığı ölkəmizin gələcəyinin etibarlı əllərdə olacağını deməyə əsas verir
Dünən Milli Məclis sədrinin müavini Bahar Muradova bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş Füzuli rayonundan olan gənclərlə görüşüb. Görüşdə 600-dən yuxarı bal toplamış gənclərlə yanaşı onların təhsil aldıqları məktəblərin direktorları da iştirak ediblər. Öncə görüş iştirakçıları Milli Məclisin binası və “Heydər Əliyev” xatirə guşəsi ilə tanış olublar.
Görüşdə çıxış edən Bahar Muradova orta məktəbi müvəffəqiyyətlə başa vuraraq qəbul imtahanlarında qazandıqları uğur münasibəti ilə tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bahar Muradova Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində bütün sahələrdə nailiyyətlər qazandığını söyləyib. O qeyd edib ki, ölkəmiz regionda və dünyada özünəməxsus mövqeyə malikdir: “Bu nailiyyətlərin əldə olunmasının səbəbi, ilk növbədə, xalqa, onun istəyinə, milli-mənəvi dəyərlərinə bağlıdır. Müasir dünyada inkişafın Azərbaycan modeli mövcuddur. Bu modelin özünəməxsusluğu bir çoxlarının diqqətini cəlb edir. Nailiyyətlərimizin əsas səbəblərindən biri də təhsilə, elmə çox böyük diqqət yetirməyimizdir”.
Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda yetişməsinə, dövlətə, cəmiyyətə yararlı vətəndaş kimi formalaşmasına xüsusi diqqət yetirirdi. Prezident İlham Əliyevin bu siyasi kursu daha da inkişaf etdirərək uğurla həyata keçirdiyini deyən vitse-spiker bildirib ki, Azərbaycanın bugünkü gəncliyinin cəmiyyətin həyatında yüksək fəallığı ölkəmizin gələcəyinin etibarlı əllərdə olacağını deməyə əsas verir: “Bu gün bizim çox gözəl gəncliyimiz yetişir. Gənclər ictimai-siyasi həyata cəsarətlə atılırlar”.
B.Muradova qeyd edib ki, Azərbaycanda ilk dünyəvi təhsil ocaqlarının biri məhz Füzuli bölgəsində açılıb: “Bu bölgənin yetirməsi olan tanınmış alimlər, ictimai-siyasi, elm xadimləri var. Ötən il Füzuli rayonundan 231 nəfər, bu il isə 326 nəfər ali məktəblərə daxil olub. Bu görüşdə iştirak edən gənclər yüksək bal toplamaqla yanaşı, ölkəmizin ən qabaqcıl təhsil ocaqlarına daxil olublar”.
Vitse-spiker deyib ki, gənclərin əldə etdiyi yüksək göstəricilər böyük nailiyyətdir və onlar bu nəticəni təhsil müddətində də nümayiş etdirməli, öz bilik və bacarıqları ilə ölkəmizin adını ucaltmalıdırlar. Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə gənclərinin özlərini istənilən sahədə təsdiq etmələri üçün geniş imkanlar yaradılıb. Ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu sahənin mütərəqqi prinsiplər əsasında inkişafı üçün görülən işlər böyük əhəmiyyət kəsb edir. B.Muradova xüsusilə, işğal altında olan bölgələrimizi təmsil edən gənclərin biliyə olan həvəsi, vətənpərvər ruhda böyüməsi sayəsində belə yüksək nəticələr əldə etmələrinin əhəmiyyətini qeyd edərək onların təhsil aldıqları məktəblərin rəhbərlərinə bu yolda göstərdikləri fədakar əməyə görə təşəkkürünü bildirib. O deyib ki, gənclərimiz də, öz növbəsində, torpaqlarımızın azad olunması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması uğrunda dövlətin apardığı siyasətə dəstək olmalı, səylərini əsirgəməməlidirlər.
Sonra çıxış edən Füzuli rayon Təhsil şöbəsinin müdiri Almaz Haşımova bu il ərzində rayon orta məktəblərindən 1050 məzun olduğunu, onların 553-nün ali məktəblərə qəbul üçün ərizə verdiyini deyib. Onun sözlərinə görə, bu il ali və orta ixtisas məktəblərinə Füzuli rayonu üzrə ümumilikdə 418 nəfər qəbul olunub. 12 nəfər isə 600-dən çox bal toplayıb. Rayonda müasir standartlara cavab verən məktəb binalarının tikilib istifadəyə verildiyini deyən A.Haşımova bunun elm və təhsilin inkişafına ciddi təsir göstərdiyini bildirib.
Tədbirdə iştirak edən “Samsung Elektronics” şirkətinin prezidenti Byonq Doo Çoy çıxış edərək gənclərə gələcək təhsillərində uğurlar arzulayıb: “Şirkətimiz adından bu gənclərə yüksək nəticə göstərdikləri üçün planşet hədiyyə edirik. Onlar ali təhsil aldıqları müddətdə planşetin də imkanlarından yaxşı yararlana biləcəklər”.
Görüşdə çıxış edən gənclər Azərbaycanda gənclərin inkişafından, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışıb və ölkə rəhbərliyinə, xüsusilə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda vitse-spiker Bahar Muradova və “Samsung Elektronics” şirkətinin prezidenti Byonq Doo Çoy qəbul imtahanlarında yüksək bal toplamış gənclərə hədiyyələr təqdim ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

