Həmtəsisçilərdən Leyla Yunusa zərbə
29.07.2015 [09:54]
Məhkəmədə yunusların sürücüsü də onların əleyhinə ifadə verib
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus və əri Arif Yunusun işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclas hakimlər Əfqan Hacıyev (sədr), Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət tərkibdə, dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı ilə baş tutub. Prosesdə, həmçinin, təqsirləndirilən şəxs L.Yunusun müdafiəçiləri Ramiz Məmmədov, Elçin Sadıqov və Elçin Qəmbərov, A.Yunusun müdafiəçisi Əfqan Məmmədov, zərərçəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov iştirak ediblər.
Məhkəmənin sədri iclası açıq elan etdikdən sonra şahidlərin - Hacıyeva Zərifə Cabir qızının, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının təsisçiləri Manafova Adelə Əhməd qızı və İsmayılova Zemfira Eyyub qızının, L.Yunusun sürücüsü Ağayev İlqar Habil oğlunun dindirilməsi həyata keçirilib. Onlar ibtidai istintaq zamanı verdikləri ifadələrinə oxşar məzmunlu ifadələr veriblər.
Şahid Adelə Manafova deyib ki, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının təsisçilərindən biri olub, təşkilatın fəaliyyətində təxminən 3 il iştirak edib, sonradan isə təşkilatın fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb, o cümlədən, L.Yunusun sədr müavini seçilməsi barədə qərar qəbul olunmasından, qrantların alınması və xərclənməsindən heç bir məlumatı olmayıb. Şahid Zemfira İsmayılova da bildirib ki, sənədlərə əsasən o, da “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının təsisçilərindən biri olub. Lakin həmin təşkilatın fəaliyyətindən, L.Yunusun sədr müavini seçilməsi barədə qərar qəbul olunmasından, qrantların alınması və xərclənməsindən heç bir məlumatı olmayıb.
Şahid İlqar Ağayev isə ifadəsində L.Yunusun sürücüsü işləməsini, ayda 300-350 manat əməkhaqqı almasını, lakin onunla heç bir müqavilə bağlanmadan işləməsini göstərib.
Rauf Mirqədirovun keçmiş həyat yoldaşı: Onlar tez-tez Rauf Mirqədirovla əlaqə saxlayır və onu Ermənistana aparırdılar
Həbsdə olan Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva da şahid qismində dindirilib. O, R.Mirqədirovdan 2011-ci ildə boşandığını, evli olduğu vaxtlarda Leyla Yunusun tez-tez Rauf Mirqədirovla telefonda danışdığının şahidi olduğunu bildirib. Şahidin sözlərinə görə, Leyla Yunus Rauf Mirqədirovla tez-tez müxtəlif yollarla Ermənistana səfər ediblər: “Həyat yoldaşımla ayrılmağımızın səbəbkarı Leyla və Arif Yunuslar olub. Çünki onlar tez-tez Rauf Mirqədirovla əlaqə saxlayır və Ermənistana aparırdılar. Mən də Raufun Ermənistana getməsinə etiraz etmişəm, demişəm ki, ermənilər bizim düşmənimizdir, səni orada öldürərlər. Buna görə də evdə bununla bağlı söz-söhbətimiz olurdu. Sonda ayrıldıq”.
Leyla Yunus yenidən məhkəmə prosesini pozmağa çalışıb
Proses zamanı Leyla Yunus yenidən qeyri-etik davranışlara yol verərək iclasda iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanovu təhqir edib. Dövlət ittihamçısının və nümayəndənin məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etirazına əsasən, məhkəmə tərəfindən Leyla Yunusa bu davranışlarına son qoyması bildirilməsinə baxmayaraq, sonuncu məhkəmənin bu xəbərdarlığına əhəmiyyət verməyərək həmin davranışlarını davam etdirib.
Şahidləri dinlədikdən sonra məhkəmə iclasına sədrlik edən Əfqan Hacıyev iş üzrə növbəti iclasın 3 avqust 2015-ci il tarixə, saat 10:00-a təyin edilməsini elan edib.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

