“Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib
07.05.2015 [10:29]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərbaycan” qəzetinin “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda birgə konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ümummilli liderin komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Konfransda rəsmi şəxslər, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyi, “Azərbaycan” qəzetinin əməkdaşları iştirak ediblər.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini Əli Həsənov konfransda çıxış edərək bildirib ki, dünyanın tarixi nadir şəxsiyyətləri təsadüfən olmur. Nadir şəxsiyyətləri yaradan və formalaşdıran amillər var. Bunlar genetik amil, ailədə alınan tərbiyə, düşdüyü mühit və Tanrı vergisidir. Ulu öndər Heydər Əliyevdə olan qətiyyət, prinsipiallıq genetikdir. Vətənə, xalqa məhəbbət isə ailədə formalaşıb. Hər yerdə birinci olmaq, məqsədinə çatmaq amili isə onun düşdüyü mühitlə əlaqədardır. Dünyanın siyasətinə, iqtisadiyyatına yiyələnmək, dünya siyasətinə qoşulmaq, siyasətin korifeyinə çevrilmək Tanrı vergisidir.
Əli Həsənov qeyd edib ki, sovet dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın sənayesinin, kənd təsərrüfatının, təhsilinin, səhiyyəsinin və digər bütün sahələrinin təməlini qoyub, gələcək inkişaf üçün baza yaradıb. Ulu öndər Azərbaycanı Sovet İttifaqı səviyyəsində ən tanınmış bir ölkəyə çevirib.
Baş nazirin müavini sovet dövründə Heydər Əliyevin yüksək vəzifəyə təyin olunarkən qarşılaşdığı çətinliklər, Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda gedən inkişaf, tərəqqi barədə danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən Ümummilli liderimizin zəngin irsi dərindən öyrənilməli və daim aşılanmalıdır.
Əli Həsənov bildirib ki, Ulu öndərə qarşı həmişə qısqanclıq, düşmənçilik və nankorluq olub. Bu gün bu qısqanclıq yenə də var. Prezident İlham Əliyevin gördüyü işlərə, Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirdiyinə, Onun məharətinə, bacarığına görə də beynəlxalq səviyyəli qısqanclıq yaranıb. Prezident İlham Əliyevin gördüyü işlərin dünyada əvəzi yoxdur. Əli Həsənov deyib: “Prezident İlham Əliyevin həyata keçirdiyi işlərdən danışarkən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da zəhmətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı öz xalqına, ölkəsinə xidməti ilə dünyanın bütün ölkələrinin birinci xanımlarından fərqlənir”.
Baş nazirin müavini vurğulayıb ki, yüz illər keçəndən sonra da Ulu öndər haqqında hər dəfə yeni fikirlər səslənəcək. Ümummilli lider Heydər Əliyev dünya siyasətinin bir nömrəli korifeyidir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dahi bir rəhbəri olub və hazırda Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, problemin tarixindən bəhs edən Əli Həsənov vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövlət son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıblar. “Mən doğma torpaqlarımızın işğalına son qoyulmayınca Minsk qrupunun həmsədri olan dövlətlər barədə tənqidi çıxışlarımı davam etdirəcəyəm. Mənim söylədiyim tənqidi fikirlər ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövlətin xalqlarına deyil, onların rəsmilərinədir”, - deyə Əli Həsənov əlavə edib.
Baş nazirin müavini bildirib ki, Ermənistandakı hazırki rejim öz əhalisi ilə düşmənçilik edir, öz əhalisini dilənçi kökünə salıb. O, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin mütləq azad ediləcəyini də vurğulayıb.
Baş nazirin müavini diqqətə çatdırıb ki, bu gün Azərbaycan öz inkişaf yolundadır. Dövlətimizin başçısı Azərbaycanı sürətli tərəqqi edən bir ölkəyə çevirib. İnsanlarımızın həyat tərzi gündən-günə yaxşılaşır. Respublikamızın regionları inkişaf edir, abadlaşır, yeni iş yerləri yaradılır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Ulu öndərin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördükləri işlərdən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının müstəqillik yolunda böyük önəm daşıdığını bildirən Bəxtiyar Sadıqov Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisələri kəskin pisləməsini, bununla da xalqına ağır gündə dəstək çıxmasını xatırladıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev ən çətin dövrdə xalqına arxa olub. Heydər Əliyev mətbuat üzərində senzuranı ləğv edib, torpaq islahatını həyata keçirib. Bu, cəsarət və qətiyyət tələb edən addımlar idi. Ulu öndər Azərbaycanda qısa müddətdə bazar iqtisadiyyatı münasibətləri prinsiplərinin bərqərar olmasına şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Füzuli rayonundan olan məcburi köçkün, “Qayıdış” qəzetinin redaktoru, rayon ağsaqqallar şurasının sədri Məcnun Namazəliyev, Şuşa rayon məşğulluq mərkəzinin direktoru Vəsilə Xəlilova, Qubadlı rayonundan olan məcburi köçkün, təqaüdçü Azad Hacıyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıblar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Həsənov konfransa yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44

