XİN: Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməməkdir
21.11.2014 [09:33]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev 1991-ci il noyabrın 20-də Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən helikopterin vurulmasının ildönümü ilə bağlı bəyanat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə bəyanatda deyilir: “1991-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəsmilərinin, deputatların və jurnalistlərin olduğu helikopter vurulmuşdur. Helikopterin vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olmuşdur.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində helikopterin vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi müəyyən edilmişdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də bu ölkənin Azərbaycana qarşı terror əməlləri davam etdirilmiş, mülki şəxsləri daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilmiş, nəqliyyat vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil edilmişdir.
Ermənistan tərəfindən 1991-ci il noyabrın 20-də Qarakənd faciəsinin törədilməsi nəticəsində sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilmiş və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməmişdir. Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın ərazilərini işğal etməkdir.
Bu ənənələrinə sadiq qalan Ermənistan tərəfindən bu gün də münaqişənin sülh yolu həlli ilə əlaqədar hər hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün vasitələrlə danışıqlar prosesinə xələl gətirilir”.
Xəbər lenti
Hamısına baxGündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37

