/ / AzərTAc-la əməkdaşlıq Azərbaycan reallıqlarının Almaniyada daha geniş yayılmasına töhfə verə bilər
AzərTAc-la əməkdaşlıq Azərbaycan reallıqlarının Almaniyada daha geniş yayılmasına töhfə verə bilər
20.11.2014 [10:06]
AzərTAc-la əməkdaşlıq Azərbaycan reallıqlarının Almaniyada daha geniş yayılmasına töhfə verə bilər.
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan Almaniya jurnalistləri Birgit Vetsel və David Qoesmanın AzərTAc-ın baş direktoru Aslan Aslanovla keçirilən görüşündə səsləndirilib.
Görüşdə Azərbaycan reallıqlarının dünyaya tanıdılması, ölkəmizin ötən əsrin 90-cı illərindəki informasiya blokadasından çıxaraq dünya media məkanında mövqeyini möhkəmləndirməsi ətrafında söhbət aparılıb. Qeyd olunub ki, Azərbaycanın ilk informasiya agentliyi olan AzərTAc hazırda dünyanın əsas informasiya alyanslarında aparıcı qurum kimi fəaliyyət göstərir və bu da Azərbaycan haqqında informasiyaların yayılmasının daha da sürətləndirilməsinə səbəb olub. Məlumat verilib ki, agentliyin Azərbaycan haqqında məlumatları nüfuzlu informasiya təşkilatlarının resurslarında yayılır. Qeyd olunub ki, AzərTAc Almaniyanın Deutsche Presse-Agentur (DPA) agentliyi ilə həm ikitərəfli formatda, həm də Avropa Xəbər Agentlikləri Alyansı tərkibində əməkdaşlıq edir, bu media qurumları arasında qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparılır. Görüşdə AzərTAc-ın Almaniya jurnalistləri ilə də Azərbaycan həqiqətlərinin Almaniya cəmiyyətinə çatdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduğu vurğulanıb.
Cənubi Qafqaz üzrə ekspert xanım Birgit Vetsel görüşdə Azərbaycan reallıqlarının Almaniyada daha geniş yayılmasının vacib məqam olduğunu deyib. O, tədqiqatlarını Azərbaycanı yaxından tanıtmaq istiqamətində apardığını qeyd edib.
Görüşdə Almaniya mətbuatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması ilə bağlı keçirilən araşdırmalar haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniyanın Humboldt Universitetində həyata keçirilən layihə çərçivəsində “Frankfurter Allgemeine”, “Neues deutschland” qəzetlərində, “Der Spiegel” və “Die Zeit” jurnallarında 20 il ərzində Dağlıq Qarabağ mövzusunda dərc edilən materiallar toplanaraq təhlil edilib. Tərəflər bu araşdırmaların ölkəmiz haqqında obyektiv məlumatların yayılmasında düzgün istiqamət verəcəyinə əminlik ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

