Azərbaycan-Almaniya parlamentlərarası əlaqələri müzakirə edilib
18.09.2014 [09:59]
Sentyabrın 17-də Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Almaniya Buntestaqının iqtisadi inkişaf komitəsinin sədri xanım Daqmar Vöhrl və iqtisadiyyat və energetika komitəsinin sədri Peter Ramsauer ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə V.Ələsgərov Almaniya və Azərbaycan arasındakı münasibətlərdən söhbət açıb. O, parlamentlərarası əlaqələrin ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı rolu xüsusi vurğulayıb.
V.Ələsgərov Milli Məclisin fəaliyyəti, Azərbaycanda son 10 ildə əldə edilmiş uğurlar, sosial-iqtisadi tərəqqi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Həmçinin ölkədə insan kapitalının inkişafı üçün həyata keçirilən tədbirlərdən də danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan V.Ələsgərov qeyd edib ki, bu münaqişə nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Buna baxmayaraq Azərbaycan sürətlə inkişaf edir, uğurlu layihələrə imza atır. V.Ələsgərov vurğulayıb ki, regional sülh və sabitliyə təhdid olan bu münaqişə tezliklə həll edilməlidir, beynəlxalq ictimaiyyət bunun üçün səyini artırmalıdır. Azərbaycan haqqında fikir söyləyərkən bütün bunlar nəzərə alınmalıdır.
Daqmar Vöhrl Azərbaycanda səfərdə olduqları müddətdə bir sıra vacib görüşlər keçirdiklərini və bu səfərdən zəngin təəssüratla qayıdacaqlarını deyib. Ölkəmizdə sürətli inkişaf proseslərini müşahidə etdiklərini vurğulayan D.Vöhrl Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə sıx əlaqələrin yarandığını söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel də görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

