“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on yeddinci cildi çapdan çıxıb
11.09.2014 [09:51]
“Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu, BMT tərəfindən, eləcə də Ermənistan istisna olmaqla, bütün beynəlxalq birlik tərəfindən tanınıbdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən çıxarılmalı, etnik təmizləməyə məruz qalmış 1 milyon azərbaycanlı öz torpaqlarına qayıda bilməlidir. Azərbaycan çox böyük inkişaf mərhələsindədir. Ermənistan isə bütün regional layihələrdən təcrid olunmuşdur, rəqabətə davam gətirməyəcək və yoxsulluqdan əziyyət çəkəcəkdir. Ermənistan başa düşməlidir ki, işğalçılıq siyasəti ona heç nə verməyəcəkdir”.
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on yeddinci cildində dövlətimizin başçısının 2006-cı il mayın 30-da Parisdə “Fiqaro” qəzetinin müxbirinə müsahibəsindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin oxuculara təqdim olunan on yeddinci cildində Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrdə sürətli inkişafına, əhalinin rifahının yaxşılaşmasına, respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə dair çıxışları, nitqləri, məktubları, müraciətləri və s. toplanıb.
Kitabda Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Bakıda keçirilən zirvə toplantısında nitqi, regional əməkdaşlığın daha da genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat sahəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizəni gücləndirmək və digər məsələlərə həsr olunmuş çıxışları verilib.
On yeddinci cilddə Prezident İlham Əliyevin GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının Kiyev zirvə görüşündə, Fransaya səfəri zamanı NATO Parlament Assambleyasının yaz sessiyasında, Rumıniyada “Dialoq və tərəfdaşlıq naminə” Qara dəniz forumunda nitqləri, bəyanatları və KİV-lərə müsahibələri dərc olunub.
Bu cilddə, həmçinin dövlətimizin başçısının Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyindən bəhs edən çıxışları, respublikamızda böyük infrastruktur layihələrə, tikinti-abadlıq işlərinə, sosial-iqtisadi sahələrin inkişafına, aqrar sektora diqqət və qayğısını əks etdirən materiallar yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
On yeddinci cildə daxil olan materiallar 2006-cı ilin mayından iyununadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

