/ / Avropa Parlamentində Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal iştirakı ilə bağlı hesabat dinlənilib
Avropa Parlamentində Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal iştirakı ilə bağlı hesabat dinlənilib
11.09.2014 [09:47]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri” layihəsi çərçivəsində hazırlanmış hesabat sentyabrın 9-da Avropa Parlamentində dinlənilib.
QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyindən AzərTAc-a bildirilib ki, hesabat Belçikada fəaliyyət göstərən Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın ekspertləri tərəfindən hazırlanıb.
Hesabatın Avropa Parlamentinin Brüsseldə yerləşən iqamətgahında keçirilən təqdimatında Şuranın sədri Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Şuranın üzvü Rəna Mirzəzadə, Avropa Parlamentinin qadın üzvləri, Belçika Senatının fəxri spikeri Anne Mari Lizin, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Əlli səhifədən ibarət hesabat Azərbaycan qadınının ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakından bəhs edir.
Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü, qadın hüquq müdafiəçisi Culi Uord tədbiri açaraq Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində əldə edilən uğurlardan danışıb. O xatırladıb ki, Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının üzvüdür. Avropa İttifaqı üçün insan hüquqlarının müdafiəsi məsələsində qadın hüquqları xüsusi önəm kəsb edir. Bununla bağlı “Şərq tərəfdaşlığı”na digər üzv ölkələrlə təcrübə mübadiləsinin aparılması əhəmiyyətli ola bilər.
Azay Quliyev tədbirdə çıxış edərək deyib ki, rəhbərlik etdiyi Şura hər il gender bərabərliyinin təmini, insan alverinə, məcburi əməyə qarşı mübarizə və qadınlarla bağlı digər mövzularda 50-yə yaxın layihəni dəstəkləyir. Hesabat haqqında danışan Şura sədri qeyd edib ki, sənəddə göstərildiyi kimi, Azərbaycan qadınların bütün hüquq və azadlıqlarının qorunduğu dünyəvi və müasir bir dövlətdir. A.Quliyev deyib ki, Azərbaycan qadınının cəmiyyətdə, eləcə də dövlət strukturlarında geniş şəkildə təmsil olunması böyük ictimai əhəmiyyətə malikdir. Azərbaycanda qadınlara seçib-seçilmək hüququ 1918-ci ildə - Belçika, Fransa və ABŞ kimi ölkələrdən də əvvəl verilib. Hazırda Azərbaycan hökuməti qadınların cəmiyyətdə rolunu artırmaq üçün bütün lazımi tədbirləri görür.
A.Quliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini misal göstərərək bildirib ki, Azərbaycan qadını bu gün dövlət quruculuğunda xüsusi mövqe tutur.
Şura sədri, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə Azərbaycan qadınının zərər çəkdiyini, məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımız sırasında 300 minə yaxın qadının olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, əsirlikdə olan və itkin düşmüş 4049 Azərbaycan vətəndaşı arasında 17 nəfər gənc qız, 247 qadın var. Onların pozulmuş hüquqları bərpa edilməlidir.
Qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert xanım Patrisia Lalond və “Kişi ilə qadın arasında bərabərlik naminə Valloniya Sinerji” təşkilatının prezidenti, belçikalı ekspert Ren Marselis “Avropa qonşuluğunda qadın hüquqlarının inkişafı: Azərbaycanın timsalında” adlı hesabatı təqdim ediblər. Bu il Azərbaycana səfər edən faktaraşdırıcı missiyanın üzvü xanım P.Lalond Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin, eləcə də ölkəmizin digər bölgələrindəki belə qurumların fəaliyyətini müsbət qiymətləndirib. O, Azərbaycan hökumətinin bu sahədə gördüyü işləri sadalayaraq qanunvericilikdə nikah yaş həddinin 17-dən 18-ə qaldırılmasını və məcburi nikahlara görə cəzaların sərtləşdirilməsini yaxşı addım kimi qiymətləndirib.
Təqdimatdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətin gördüyü işlərdən söhbət açıb. Komitə sədri bildirib ki, hökumət ölkədə gender bərabərliyinin gücləndirilməsi məqsədi ilə mühüm işlər görür və artıq bu sahədə ciddi irəliləyişlər var. H.Hüseynova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan dövlətinin qadınlara diqqət və qayğısının bariz nümunəsidir. Rəhbərlik etdiyi qurumun yerli QHT-lərlə sıx əməkdaşlıq etdiyini deyən komitə sədri əlavə edib ki, bölgələrdə tez-tez qadınlar üçün maarifləndirmə tədbirləri, təlimlər, dəyirmi masalar təşkil edilir.
Milli Məclisin deputatı, Lider Qadınlar İctimai Birliyinin təsisçisi Məlahət İbrahimqızı Azərbaycanda gender siyasəti sahəsində həyata keçirilən işlərdən danışıb. O, Azərbaycanda qadınların qərar qəbuletmədə, parlamentdə və bələdiyyələrdə artan rolunu qeyd edib.
Sonda hesabat və mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

