/ / Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir mütəşəkkil ordunun yaranmasıdır
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir mütəşəkkil ordunun yaranmasıdır
17.07.2014 [04:55]
Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhərində xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə yerli əhali və ordu nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev ideyalarına sadiqlik!” devizi altında kütləvi mərasim keçirilib.
AzərTAc xəbər verir ki, Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani tədbiri açaraq Ulu öndərin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişi ilə respublikamızda yeni eranın başlandığını, ölkəmizin intibah dövrünə qədəm qoyduğunu deyib. Məhz bugünkü güclü və qüdrətli Silahlı Qüvvələrimizin yaranmasının təməlinin də həmin dövrdə qoyulduğunu qeyd edən polkovnik onu da bildirib ki, 70-ci illərin əvvəllərində Ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcəkdə müstəqilliyə qovuşacağını əvvəlcədən görərək müstəqilliyin təminatçısı olan Silahlı Qüvvələrin zabit korpusunun yaranması qayğısına da qalıb və indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoyub. Dahi rəhbər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də bugünkü Azərbaycan Silahlı Qüvvələrinin baş memarıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir mütəşəkkil ordunun yaranmasıdır.
Polkovnik A.Qurbani daha sonra deyib ki, hazırda ordu quruculuğu məsələləri dövlətimizin başçısının fəaliyyətində prioritetdir və bu iş uğurla davam etdirilir.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də 1969-cu ildən başlanan tarixi missiyanın ölkəmizin, xalqımızın və millətimizin həyatında və taleyində mühüm rol oynadığını bildirib. O, böyük qürur hissi ilə qeyd edib ki, Azərbaycan ordusu məhz bu bölgədə, ön səngərdə ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin timsalında öz Ali Baş Komandanını görüb, o dahi şəxsiyyətdən, qətiyyətli sərkərdədən xeyir-dua alaraq torpaqların işğaldan azad olunması uğrunda müqəddəs döyüşlərə atılıb. Bu gün yaşıllıqlara qərq olmuş və gündən-günə çiçəklənən Horadiz böyük xilaskarın sayəsində düşmən tapdağından azad edilib və xarabalıqlar üzərində müasir şəhər salınıb. Bütün xalqımız kimi füzulilər də dahi rəhbər Heydər Əliyevin ideyalarına sadiqdirlər və hər an Ali Baş Komandanın əmrlərinə hazırdırlar.
Milli Məclis sədrinin müavini Bahar Muradova da Ulu öndərimizin nəsillərə nümunə həyatından, Vətən qarşısında misilsiz xidmətlərindən, ordu ilə xalqın monolit birliyindən söhbət açıb və Azərbaycan Silahlı Qüvvələrində son vaxtlarda aparılan islahatların Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsi olduğunu bildirib.
Tədbirin sonunda Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı geniş konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14

