Demokratiya bütün hallarda milli maraqlara söykənməlidir
05.07.2014 [09:51]
Yaxud milli dəyərlər və maraqlardan uzaq olan “demokratiya” ssenariləri yalnız xaos və anarxiya mənbəyidir
Son zamanlar yerləşdiyi coğrafi məkana və sahib olduğu resurslara görə dünya siyasətində müəyyən əhəmiyyətə malik olan bir sıra ölkələrdə baş verən dağıdıcı olaylar bəzi məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə də çevrilişlər və qarşıdurmaların “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında aparılması bu dəyərlərin, əslində, hegemon güclərin maraqlarına xidmət etdiyini növbəti dəfə göstərdi. Və bir daha bəlli oldu ki, milli dəyərlər və maraqlardan uzaq olan “demokratiya” ssenariləri yalnız xaos və anarxiya mənbəyidir.
Ümumiyyətlə, bir sıra müstəqil milli dövlətlərin müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, yaxud iqtisadi inkişaf tempinə malik olması hegemon güclər tərəfindən müsbət qarşılanmır. Məhz buna görə də, həmin güc mərkəzləri, ilk növbədə, müstəqil milli dövlətlərə qarşı qara piar kampaniyası aparır, illeqal vasitələrə istinad edir, daha sonra isə “idarə edilən xaos” yaratmaqla nəzarəti tamamilə ələ keçirməyə çalışırlar. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən missioner təşkilatların fəaliyyəti və “beşinci kolon”un xidmətləri xüsusi yer tutur.
Bütün bunlara baxmayaraq, hegemon güc mərkəzlərinin “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında müxtəlif ölkələrə qarşı həyata keçirdiyi siyasət ifşa olunmaqdadır. Artıq belə bir yekun qənaət var ki, bəhs olunan aktorlar ayrı-ayrı ölkələrin müstəqilliyinin dəstəklənməsi adı altında beynəlxalq miqyasda demokratik dəyərlərdən siyasi təsir vasitəsi və manipulyasiya predmeti kimi istifadə edirlər. Bir sıra ölkələrdə baş verən bu cür hadisələrdən anlaşıldı ki, dünya siyasətində güc mərkəzi kimi çıxış edən nəhəng aktorların ixrac etməyə çalışdıqları heç də “demokratik dəyərlər” sistemi deyil. Bu, yalnız hegemon güclərin geostrateji maraqlarına xidmət edən təzyiq vasitəsidir.
Beləliklə aydın olur ki, demokratiya bütün hallarda milli maraqlara söykənməlidir. Bir sıra ölkələr bu prinsipdən irəli gələrək “ixrac edilən demokratiya”nı birmənalı şəkildə qəbul etmirlər. Məsələ kontekstində növbəti strateji məqam budur ki, hegemon güc mərkəzləri “ixrac edilən demokratiya”dan imtina edən müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Suveren daxili və xarici siyasət həyata keçirən, nəhəng aktorların irticaçı geostrateji tələblərinə məhəl qoymayan, öz milli maraqları əsasında hərəkət edən dövlətlərin təzyiqlərə məruz qalmaları gözləniləndir, çünki “demokratiya” ssenariləri transmilli güclərin hegemonluq fəlsəfəsinə söykənir. Təsadüfi deyil ki, “demokratiya” ssenarilərinin gerçəkləşdirildiyi ölkələrin kəskin daxili və xarici situasiya ilə üzləşməsi “idarə edilən xaos” oyunlarının nəticəsi kimi səciyyələndirilir.
Vurğulamaq gərəkdir ki, “ixrac edilən demokratiya”nı qəbul etməyən dövlətlər həyata keçirilən rasional daxili siyasət kursunun fonunda demokratik inkişafın milli modelini formalaşdırmaqla idarəetməni təkmilləşdirirlər. Ümumiyyətlə, bəzi araşdırmaçılar bildirirlər ki, demokratiya özündə ümumbəşəri dəyərləri ehtiva etdiyindən universal mahiyyətə malikdir. Amma müxtəlif ölkələrin nümunəsində aşkar görünür ki, özündə ümumbəşəri dəyərləri ehtiva edən demokratiyanın milli modelini yaratmaq və onun davamlılığını təmin etmək mümkündür. Milli demokratiya modeli dedikdə ümumbəşəri dəyərlərin milli mental xüsusiyyətlərlə uzlaşdırılması fonunda ortaya çıxmış ümumi və xüsusi dəyərlər sistemi nəzərdə tutulur. Odur ki, milli demokratiya modeli özündə milli mental xüsusiyyətləri və xalqın özünəməxsus keyfiyyətlərini ehtiva etdiyindən ümummilli inkişafın təmin edilməsinin ən ideal vasitəsidir. Dünya təcrübəsindən məlumdur ki, müxtəlif geosiyasi məqsədlər və planlar əsasında ixrac edilən demokratiya modelləri, ilk növbədə, həmin xalqın milli xüsusiyyətlərinə və müvafiq dəyərlər sisteminə uyğun olmadığından ziddiyyətlər mənbəyi kimi çıxış edir. Odur ki, ümummilli inkişafın strateji əsaslarının formalaşdırılması və onun davamlılığının təmin edilməsi üçün özündə milli dəyərlər sistemini ehtiva edən inkişaf və transformasiya modelinə istinad etmək zəruridir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

