/ / Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu ölkələrimizin mehriban dostluq və qonşuluq prinsiplərinə söykənən uğurlu əməkdaşlığın nümunəsidir
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu ölkələrimizin mehriban dostluq və qonşuluq prinsiplərinə söykənən uğurlu əməkdaşlığın nümunəsidir
24.06.2014 [09:58]
İyunun 23-də Qəbələ Konqres Mərkəzində “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb.
Əvvəlcə forum iştirakçıları Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və güllər qoyublar.
Sonra Azərbaycan və Rusiyanın nailiyyətlərini nümayiş etdirən sərgi-ekspozisiyalarla tanışlıq olub.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, bu forum ölkələrimiz arasında mehriban qonşuluq və dostluq prinsiplərinə söykənən uğurlu əməkdaşlığın nümunəsidir. Nazir deyib: “Ölkələrimiz beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verir”.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin 2 milyard 600 milyon dollar təşkil etdiyini bildirən nazir vurğulayıb: “Qarşılıqlı maliyyələşdirmə ikitərəfli əməkdaşlığın mühüm istiqamətləridir. Azərbaycan son 10 ildə Rusiyaya 1 milyard dollar sərmayə yatırmışdır. Rusiya iş adamlarının iştirakı ilə Azərbaycanda çoxsaylı biznes-forumlar keçirilmişdir”.
Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın fəal inkişaf etdiyini bildirən nazir bu sahədə əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rolunu xüsusi vurğulayıb.
Azərbaycanın Rusiya regionları ilə uğurla əməkdaşlıq etdiyini bildirən Şahin Mustafayev deyib: “Azərbaycan Rusiyanın 15 subyekti ilə əməkdaşlıq haqqında sənədlər imzalamışdır. Bununla belə, Azərbaycan və Rusiya böyük potensiallarının köməyi ilə əmtəə dövriyyəsinin həcmini genişləndirə bilərlər”.
Azərbaycan iqtisadiyyatının inkişafından söz açan nazir deyib ki, ölkəmizə 170 milyard dollardan yuxarı sərmayə yatırılıb. O bildirib ki, Azərbaycanda davamlı iqtisadi inkişaf var və əhalinin rifahı yüksəlir. Bununla belə, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması müxtəlif iqtisadi layihələri tam həyata keçirməyə imkan vermir.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bildirib ki, növbəti forumun Azərbaycanda keçirilməsi ölkələrimizin rəhbərlərinin əsasını 5 il əvvəl qoyduqları xoş ənənənin güc topladığının və genişləndiyinin göstəricisidir.
Rusiya nazirinin sözlərinə görə, bu gün Azərbaycan və Rusiya energetika, bank, nəqliyyat, sənaye və s. sahələrdə uğurla əməkdaşlıq edirlər. Humanitar əlaqələrə toxunan nazir qeyd edib ki, Rusiyada 13 Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. İ.Slyunyayev deyib: “Bir çox regionlarda Azərbaycan dilinin və milli özünəməxsusluğun qorunub saxlanılması üçün şərait yaradılmışdır. Azərbaycanın ali məktəbləri ilə birlikdə Həştərxanda Azərbaycan dili üzrə mütəxəssislər hazırlanır”.
Plenar iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra RF Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciətini oxuyub.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Şəki rayon İcra Hakimiyyətinin başçısı E.Usubov, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Dağıstan Respublikasının başçısı R.Abdulatipov, Rusiyanın Stavropol diyarının başçısı vəzifələrini müvəqqəti icra edən V.Vladimirov, İnquşetiya Respublikasının başçısı Y.Yevkurov da forumda iştirak ediblər.
Sonra keçirilən “dəyirmi masa”larda energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib, turizm, investisiyalar, aqrar və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Forumda təqribən 500 nümayəndə - hər iki ölkənin Prezident administrasiyalarının, nazirliklərinin rəsmiləri, parlamentlərin deputatları, yerli icra hakimiyyəti orqanlarının başçıları, Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri, habelə sahibkarlar, qeyri-hökumət təşkilatlarının əməkdaşları və jurnalistlər iştirak edirlər.
Forumun təşkilatçıları Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq iki ölkənin Prezident administrasiyalarının ümumi rəhbərliyi altında aparılıb.
İyunun 24-də işini davam etdirəcək forum çərçivəsində birgə sənədlərin imzalanması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

