/ / Pakistanın “Diplomatik Star” jurnalında “Azərbaycanın davamlı inkişafını təmin etmiş lider” sərlövhəli məqalə dərc olunub
Pakistanın “Diplomatik Star” jurnalında “Azərbaycanın davamlı inkişafını təmin etmiş lider” sərlövhəli məqalə dərc olunub
14.06.2014 [10:37]
Pakistanın diplomatik çevrələrində böyük nüfuza malik ingilisdilli “Diplomatik Star” jurnalında tanınmış jurnalist Mohsin Əlinin “Azərbaycanın davamlı inkişafını təmin etmiş lider” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycanın Pakistandakı səfirliyinin məlumatına görə, “İyunun 15-də Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir” sözləri ilə başlayan yazıda ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan böyük çətinliklərlə üzləşdiyi diqqətə çatdırılır. Bu çətin və ağır günlərdə Azərbaycan xalqının öz ümidini yalnız Heydər Əliyevə bağladığı, xalqın israrlı tələbi ilə Ümummilli liderin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıtdığı və bu günün azərbaycanlılar tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunduğu bildirilir.
Məqalədə müəllif Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu kursunu seçdiyi, ölkədə köklü iqtisadi və siyasi islahatlar apardığı, neft strategiyasını müəyyənləşdirdiyi qeyd olunur. Ulu öndərin prezidentliyi dövründə Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyi, dünya ölkələri sırasında özünəməxsus yer tutmağa müvəffəq olduğu vurğulanır.
Yazıda Ümummilli liderin parlaq gələcəkli Azərbaycan yaratması ideyalarının Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi qeyd olunur. Bu ideyalara sadiq olan Azərbaycan Prezidentinin ölkənin beynəlxalq arenada imicini daha da möhkəmləndirdiyi və Azərbaycanı dünyada ən yüksək templərlə inkişaf edən ölkələrdən birinə çevirdiyi diqqətə çatdırılır.
Jurnalist Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini daim əziz tutduğunu vurğulayır. Yazıda Heydər Əliyevin adını daşıyan və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyəti haqqında da məlumat verilir. Bu qurumun fəaliyyətinin Ümummilli liderin Azərbaycanın inkişafı ilə bağlı ideyalarının həyata keçirilməsinə istiqamətləndiyi vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

