Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının V iclası keçirilib
13.06.2014 [09:28]
TürkPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib
İyunun 12-də Azərbaycan Respublikası Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının V iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri iştirak ediblər.
İclası TürkPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək açaraq qurumun ötənilki fəaliyyəti barədə məlumat verib.
Cəmil Çiçək bildirib ki, son iki həftə ərzində türk dünyası üçün önəmli tədbirlər keçirilir. Belə ki, ötən həftə Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı təşkil edilib. Bu gün isə TürkPA Şurasının V iclası keçirilir. Bu tədbirlər ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin təcəssümüdür.
Ötənilki iclasda TürkPA-ya sədrliyin Qırğızıstandan Türkiyəyə keçdiyini xatırladan C.Çiçək bildirib ki, birillik gərgin fəaliyyətdən sonra bu gün sədrliyi Azərbaycan qəbul edir. Beləliklə, quruma üzv dörd ölkənin hər biri artıq TürkPA-ya sədrlik etmiş olur. Bundan sonra üzv dövlətlər artıq ikinci dəfə sədrlik dövrünü həyata keçirəcəklər.
C.Çiçək deyib: “Bu gün biz burada özümüzü doğma yurdumuzda, evimizdəki kimi hiss edirik. Bakını Ankaradan, Bişkekdən və Astanadan ayırmırıq, bu şəhərlərin hər birini öz vətənimiz hesab edirik. Biz bütün türk dövlətlərində yaşayan uşaqların xoşbəxt, təhlükəsiz şəraitdə böyüməsini arzu edirik. Məqsədimiz türk dünyası uşaqlarına aydın gələcək verməkdir. Ölkələrimiz arasında ortaq dilə, dinə, tarixə və mədəniyyətə əsaslanan qardaşlıq əlaqələri çox güclüdür. Biz ortaq potensialımızı görəcəyimiz gözəl işlərlə daha da yüksəklərə qaldırmaq istəyirik”.
Sonra TürkPA-ya sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə keçib.
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədrinə ötən dövrdə səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib və quruma sədrliyi qürur hissi ilə qəbul etdiyini vurğulayıb.
Oqtay Əsədov bildirib ki, sədrliyi dövründə TürkPA-nın məqsədlərinin həyata keçirilməsi üçün Azərbaycan tərəfi bütün lazımi işlərin görülməsinə çalışacaq.
Milli Məclisin sədri Qazaxıstan Respublikası Parlamenti Məclisinin yeni seçilmiş sədri Habibulla Yakupovu TürkPA Şurasının üzvü kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Azərbaycan Milli Məclisinin TürkPA-ya sədrliyi dövründə görəcəyi işlər barədə məlumat verən O.Əsədov deyib: “Assambleyanın əsas işlək orqanları kimi komissiyaların fəaliyyətini qeyd etmək istəyirəm. Ötən dövrdə qurumun dörd daimi komissiyasının iclasları keçirilmiş, hesabat məruzələri və tövsiyə qərarları hazırlanmışdır. Bu sənədlər müxtəlif məsələlərə dair ortaq mövqeyimizi formalaşdırmışdır. Lakin qarşıda duran vəzifələr komissiyaların strukturunda dəyişikliklər edilməsi zərurətini yaradır. Hesab edirəm ki, komissiyaların yenidən təşkili qurumun səmərəliliyini daha da artıra bilər.
Biz TürkPA-nın ekspert potensialının artırılmasına xüsusi diqqət yetirəcəyik. Ekspertlər səviyyəsində görüşlərin keçirilməsinə ilk dəfə Türkiyənin təşəbbüsü ilə başlanılıb. Biz bu ənənəni davam etdirəcəyik. Azərbaycan parlamenti TürkPA-nın hüquqi bazasının təkmilləşdirilməsi işini də nəzarətdə saxlayacaq. Plenar iclas bu məsələnin tətbiqi ilə bağlı katibliyə təlimat verəcək. Ümid edirəm ki, katiblik payızın əvvəllərinə qədər məsələ ilə bağlı hesabat hazırlayacaq. Biz də bu hesabata uyğun olaraq lazımi addımlar atacağıq”.
TürkPA-ya üzv dövlətlər arasında təhsil və mədəniyyət sahələrində də əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülməli işlərin çox olduğunu deyən O.Əsədov türk dilində təcrübəli və yüksək ixtisaslı tərcüməçilərin hazırlanmasının vacibliyini vurğulayıb.
Sonra Oqtay Əsədov şura iclasının gündəliyini təqdim edib. Bildirilib ki, gündəlikdə 12 məsələ var.
Gündəlik qəbul olunduqdan sonra Cəmil Çiçək Türkiyə tərəfinin təşkilata sədrliyi dövründəki fəaliyyəti barədə məruzə ilə çıxış edib.
İclas işini gündəlikdə duran digər məsələlərin müzakirəsi ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38

