/ / Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə Strasburqda dövlət bayrağının qaldırılması mərasimi keçirilib
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə Strasburqda dövlət bayrağının qaldırılması mərasimi keçirilib
15.05.2014 [09:04]
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə Strasburq meriyasının qarşısında dövlət bayrağımızın qaldırılması mərasimi keçirilib.
Mərasimi açan şəhər merinin müavini Jan-Jak Qsel bildirib ki, Avropanın rəmzi paytaxtı hesab edilən Strasburq Avropa Şurasına üzv olan müxtəlif ölkələrin Nazirlər Komitəsinə sədrliyə başlaması ilə bağlı dəfələrlə bayraqqaldırma mərasimi kimi yaddaqalan hadisələrin şahidi olub. Özünəməxsus tarixə, müxtəlif dinlərə və mədəniyyətə malik olan üzv ölkələrin fəaliyyətində Avropa Şurasının əsas prinsipləri - demokratiya, insan haqları və qanunun aliliyi mühüm rol oynayır.
Nazirlər Komitəsinə sədrliklə bağlı ilk tədbirin Strasburqda 1949-cu il avqustun 8-də keçirildiyini xatırladan Jan-Jak Qsel sədrliyi Azərbaycana təhvil verən Avstriyanın Avropa Şurasına üzv olduğu müddətdə altı dəfə Nazirlər Komitəsinə sədrlik etdiyini diqqətə çatdırıb, Avstriya ilə Strasburq arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Azərbaycanın ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını xüsusi vurğulayan Jan-Jak Qsel Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfərinin ölkələrimiz arasında siyasi dialoqun və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıdığını bəyan edib.
Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battani-Draqoni çıxışında bayraqqaldırma mərasiminin bir növ Avropanın güclü simvoluna çevrildiyini, sədrlik dövründə Avstriyanın fikir azadlığı, jurnalistlərin təhlükəsizliyi, insan hüquqları, korrupsiyaya və qadın zorakılığına qarşı mübarizə istiqamətində müəyyən işlər gördüyünü, Avropa Şurası və Strasburq şəhəri ilə birgə əməkdaşlıq sayəsində demokratiyaya dair dünya forumunu təşkil etdiyini xatırladıb.
Azərbaycanın Avropa Şurasına üzv olduğu müddətdə ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını diqqətə çatdıran baş katibin müavini ölkəmizin özündən əvvəlki sədrlər kimi korrupsiyaya qarşı fəal mübarizə aparacağına, Avropa Şurasının əməkdaşlığının zəruri tərkib hissəsi olan qonşuluq və mədəniyyətlərarası dialoq siyasətini müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini bildirib.
Çıxışının sonunda baş katibin müavini altı ay ərzində Nazirlər Komitəsinə sədrlik edəcək Azərbaycana fəaliyyətində uğurlar arzulayıb.
Avstriyanın Avropa Şurası yanındakı daimi nümayəndə heyətinin rəhbəri səfir Rudolf Lennk ölkəsinin Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Avropa Şurasının prioritetləri olan demokratiya, insan haqları və qanunun aliliyi istiqamətində gördüyü işlərdən danışıb.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov çıxış edərək deyib: “2001-ci ilin yanvar ayında Avropa Şurasının üzvü olduqdan sonra təşkilatın əsas qərarverici qurumu olan Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək həqiqətən də Azərbaycan Respublikası üçün mühüm hadisədir. 2014-cü ilin may-noyabr aylarını əhatə edəcək sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin üç əsas meyarına - insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və bu istiqamətlərdə təşkilatın atacağı addımların təşviqi ilə bağlı səylərini əsirgəməyəcəkdir.
Azərbaycan sədrliyi dövründə şəksiz olaraq demokratiya, təhlükəsizlik və sabitlik sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin üzləşdiyi problemlərə ciddi diqqət yetirəcək. Bu məqsədlə Azərbaycan təşkilatın bütün üzv ölkələri ilə birgə gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarların qəbuluna çalışacaq. Korrupsiya ilə mübarizə sədrliyi dövründə Azərbaycanın əsas prioritetlərindən biri olacaq. Biz Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik.
Mütəmadi olaraq inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada ən aktual məsələlərdən birinə çevrilib. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə mövcud olduğu bir ölkə olub. Sədrliyi dövründə Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada ayrı-seçkilik və dözümsüzlüklə mübarizəyə öz töhfəsini göstərəcək.
Sədrlik dövründə səylərimiz, eyni zamanda, çiçəklənən və inkişaf edən cəmiyyətlərin iki əsas ayrılmaz elementi olan gənclik və təhsil üzərində də cəmləşəcək. Gənclərin öz hüquqlarından geniş istifadə imkanlarının təmin edilməsi məsələsi sədrlik dövründə diqqət mərkəzində saxlanılacaq.
May-noyabr aylarında Azərbaycanda çoxsaylı tədbirlər keçiriləcəkdir ki, bu tədbirlərdə Avropa Şurasına üzv ölkələrdən çoxlu sayda nümayəndənin iştirakı nəzərdə tutulub. Həmçinin bu müddət ərzində Azərbaycan tərəfindən Strasburqda da çoxsaylı mədəni tədbirlərin təşkili nəzərdə tutulur. Əminəm ki, istər Bakıda, istərsə də Strasburqda keçiriləcək bu tədbirlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti və incəsənətinin nümayiş etdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyacaq”.
Sonda Avstriyanın dövlət himninin sədaları altında dövlət bayrağı endirilib, Azərbaycanın dövlət himninin sədaları altında ölkəmizin bayrağı qaldırılıb və eyni zamanda, Avropa Şurasının himni səslənib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

