“Uorlikin təklifləri Qarabağın Azərbaycanın nəzarətindən çıxarılmasını nəzərdə tutur”
09.05.2014 [10:01]
“Amerikalı həmsədrin təklifləri Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən faktiki olaraq çıxarılmasını nəzərdə tutur”. Bu fikri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “Media forum” saytına ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tərəfindən irəli sürülən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 6 bəndlik təkliflər paketinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, amerikalı diplomatın təklifləri Dağlıq Qarabağ ətrafında ermənilərin işğal etdikləri rayonları qaytarmaqla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycana tabe olmayan hansısa qurumun yaradılmasıdır: “Hətta gediş-gəliş üçün Laçın dəhlizi adı altında böyük bir ərazinin Ermənistanın nəzarəti altına verilməsini təklif edir. Təkliflərdə Azərbaycanın ərazi bütövlüyünə şübhə yaradan məqamlar var. Hesab edirəm ki, həmin təkliflər Azərbaycanın maraqlarına uyğun deyil.
Münaqişənin Ceyms Uorlikin təklifləri əsasında həllinə Azərbaycan heç vaxt razılıq verməz. Bizim mövqeyimiz aydındır. Bütün məsələlərdən əvvəl Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır. Torpaqlar qaytarılandan sonra Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşı olaraq veriləcək status müzakirə oluna bilər. Yəni əvvəlcə Dağlıq Qarabağ ətrafında yerləşən rayonlar tam qaytarılır. Bundan sonra Dağlıq Qarabağa hansı statusun verilməsi məsələsi üzərində müzakirələr aparılır. Sonda tərəflərin razılığı ilə həmin ərazinin Azərbaycanın tərkibində qalması mütləq şərt olaraq qəbul edilir və Dağlıq Qarabağa özünüidarəetmənin yüksək forması verilir”.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazıdır, çünki təcavüzkar Ermənistanla, təcavüzə məruz qalan Azərbaycanı tərəzinin eyni gözünə qoyurlar: “Həmsədr ölkələr təcavüzkar Ermənistana təzyiq göstərmir. Təzyiq işğalın nəticəsinin aradan qaldırılması üçün vacibdir. Təzyiqin olmaması işğal prosesini uzadır”.
Xəbər lenti
Hamısına baxAnalitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31

