Azərbaycan parlamentinin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub
11.04.2014 [09:29]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub.
Azərbaycan nümayəndə heyətinin Koreya Respublikası Milli Assambleyasının sədri Kanq Çanq-hi ilə görüşündə ölkələrimiz arasında münasibətlərin hazırki vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz coğrafi cəhətdən bir-birindən uzaqda yerləşməsinə baxmayaraq son 20 ildə yaxşı münasibətlər formalaşıb, hər iki tərəf siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı üçün səylər göstərir. Ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan sonra müxtəlif sahələrə aid bir neçə sənəd imzalanıb, beləliklə əlaqələrimizin hüquq-müqavilə bazası formalaşdırılıb.
Vurğulanıb ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli səfərlərin, xüsusilə dövlət başçılarının səfərlərinin xüsusi rolu olub.
Tərəflər iki ölkənin münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığı genişləndirməyin qarşılıqlı faydalı olacağına əminlik ifadə ediblər.
Koreya tərəfinə Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanın son illər qazandığı uğurlar, həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat, infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası hazırda Cənubi Qafqazın lider dövləti kimi regionda xüsusi rol oynayır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açılıb, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin, habelə Avropa Parlamentinin, AŞ PA-nın, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qərarlarından irəli gələn tələblərin işğalçı Ermənistan tərəfindən yerinə yetirilməməsi təəssüflə qeyd edilib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun Koreya Respublikasının baş naziri Çunq Honq-von ilə görüşündə ölkələrimiz arasında münasibətlərin inkişafına, iqtisadi sahədə əməkdaşlığın vəziyyətinə, yeni sərmayə imkanlarına dair müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanan bir neçə Koreya şirkəti ölkəmizdə uğurlu layihələr həyata keçirir. Bununla yanaşı, son illər iqtisadi inkişaf nəticəsində maliyyə imkanları genişlənən Azərbaycan xarici ölkələrə fəal sərmayə yatırmağa başlayıb. Elə bu yaxınlarda Azərbaycanın Koreya Respublikasının paytaxtı Seul şəhərinin daşınmaz əmlak sektoruna 450 milyon ABŞ dollarına yaxın sərmayə yatırması da ölkələrimizin iqtisadi sahədə münasibətlərində yeni bir istiqamət yaradıb.
Azərbaycan nümayəndə heyətinin Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-sokun və Milli Assambleyanın Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Seul şəhərinin vitse-meri Kim Sanq-bum ilə görüşlərində iki ölkə arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub, bu cür qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafındakı rolu vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyəti böyükdür. Bu istiqamətdə dostluq qruplarının üzərinə böyük vəzifə düşür.
Nümayəndə heyətinin Koreya Respublikasının ədliyyə naziri Hvanq Kyo-an ilə görüşündə isə ölkələrimizin hüquq sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. Qarşı tərəf Azərbaycan məhkəmə-hüquq, ədliyyə sistemində həyata keçirilən islahatlar barədə məlumatlandırılıb, bu sahədə qanunvericiliyinin təkmilləşdirildiyi bildirilib.
Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının iclas zalı, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraiti ilə tanış olub.
Bundan başqa, nümayəndə heyəti Seul Milli Xiyabanını ziyarət edərək, Koreyanın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. Ziyafət Əsgərov Milli Xiyabanın xatirə kitabına ürək sözlərini yazıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Koreyanın nüfuzlu “Joongang Daily” qəzetinə müsahibəsində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dinamik inkişafından danışıb. Qeyd edib ki, regionun lider dövləti olan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb. Ölkəmiz beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan xarici siyasət kursu yürüdür.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, Rüstəm Xəlilov, İmamverdi İsmayılov və Sədaqət Vəliyeva daxil idi. Azərbaycanın Koreya Respublikasındakı müvəqqəti işlər vəkili Rəmzi Teymurov, Xarici İşlər Nazirliyinin Şərqi və Mərkəzi Asiya şöbələrinin müdiri Vaqif Cəfərov nümayəndə heyətini müşayiət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35

