5-ci ildir ki, Azərbaycan xalqı 28 Mayı qürurla qeyd edir
28.05.2025 [11:15]
Bu il mayın 28-də Azərbaycanın müstəqillik tarixinin 107-ci ili tamam olur. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi və dünyəvi respublikasını yaradıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni Qanun qəbul edilib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən həmin Qanuna əsasən, ölkəmizdə mayın 28-i Müstəqillik Günü kimi təntənəli şəkildə qeyd olunur.
23 ay yaşadı...
AXC-nin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir mərhəəni təşkil edir. Onun qısa mövcudluğu ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Azərbaycan vətəndaşlığı institutunun, dövlət atributlarının təsis edilməsi kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. O dövrdə Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. AXC dövründə olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qüvvəyə minib. Təəssüf ki, milli dövlətçilik tariximizdə silinməz izlər qoyan AXC 1920 - ci il aprelin 28-də bolşevik istilasının nəticəsi olaraq cəmi 23 aydan sonra süqut etdi.
Əbədi və dönməz müstəqillik...
AXC-nin süqutundan sonra Azərbaycan 70 il ərzində keçmiş ittifaqın tərkibində qalmışdır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş ittifaqın süqutu ilə Azərbaycan xalqının azadlıq arzularının həyata keçməsinə real zəmin yarandı. Beləliklə, Azərbaycanın Ali Soveti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqiliyin ilk illəri də bir sıra çətinliklərlə müşayiət olunub, hətta deyə bilərik ki, müstəqilliyimiz üçün real təhdidlər yaranıb. Belə çətin şəraitdə müstəqilliyin bərpasında və möhkəmlənməsində böyük siyasətçi Heydər Əliyevin müstəsna xidmətləri olub. Müstəqil Azərbaycanın ideoloji və iqtisadi əsasları məhz Ulu öndər tərəfindən yaradılıb.
Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşmasının əsası məhz Onun səyləri və cəsarəti sayəsində Naxçıvanda qoyulub. Sonrakı mərhələdə isə Heydər Əliyev müstəqilliyimizin qorunmasında və möhkəmləndirilmməsində müstəsna missiya yerinə yetirib. O dövrdə AXC - “Müsavat” iqtidarının səriştəsiz rəhbərliyi respublikamızı vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Onun müdrik və uzaqgörən siyasəti sayəsində müstəqilliyimiz qorundu və möhkəmləndi.
Azərbaycanın möhtəşəm zəfərləri
Heydər Əliyevin əsasını qoyduğu siyasətin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasına və getdikcə daha da möhkəmlənməsinə güclü təminatdır.
Son 20 ildən artıq müddətdə müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələrə yüksəlib. Ən böyük uğurumuz isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsidir. Bu, Müzəffər Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı şanlı qələbələr sayəsində mümkün oldu. 5-ci ildir ki, Azərbaycan xalqı 28 Mayı qürurla qeyd edir.
Bu zəfərlər son 200 illik tariximizin ən böyük qələbələridir və tariximizdə əbədi qalacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

