/ / Türkiyənin sabiq səfiri: Bakı ilə Pekin arasında dialoq Avrasiyada əməkdaşlığa sanballı stimuldur
Türkiyənin sabiq səfiri: Bakı ilə Pekin arasında dialoq Avrasiyada əməkdaşlığa sanballı stimuldur
13.02.2025 [14:48]
Azərbaycanın siyasi və iqtisadi təsir sərhədləri respublikanın coğrafi sərhədlərindən qat-qat genişdir. Bugünkü Azərbaycan Cənubi Qafqazın tanınmış güc mərkəzlərindən biridir, bütün regionda sülh, sabitlik və inkişafa mühüm töhfə verir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Prezident İlham Əliyevin CGTN telekanalına müsahibəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, müasir Azərbaycanın uğurlarının əsasında Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dayanır.
Qlobal beynəlxalq hüququn böhranı fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin təkbaşına ədaləti, ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini xatırladan Kılıç qeyd edib ki, 30 illik işğal ərzində Azərbaycan problemin diplomatik yolla həlli cəhdlərini davam etdirib. O əlavə edib ki, Bakı hələ də İrəvanla uzunmüddətli sülh əldə etmək üçün bütün səyləri göstərir, eyni zamanda, qonşu dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Kılıç Bakının müxtəlif qlobal arenalarda beynəlxalq nüfuzunun artdığını da qeyd edib.
Agentliyin həmsöhbəti Azərbaycanın bu dialoq platformasının inkişafına yeni təkan verən Qoşulmama Hərəkatına sədrliyinin nəticələrinə diqqət çəkib və qeyd edib ki, Bakının bu çərçivədə fəaliyyətinin prioritet istiqamətlərindən biri gənclərə dəstək və dövlətlərin ictimai-siyasi həyatında qadınların rolu olub.
Sabiq səfir onu da diqqətə çatdırıb ki, Bakı böhranlı bölgələrin sakinlərinə kömək etmək üçün əlindən gələni edir. O, buna misal olaraq, respublikanın koronavirus pandemiyası zamanı müxtəlif ölkələrə göndərdiyi humanitar yardımları göstərib.
Kılıç, həmçinin dünyanın onlarla ölkəsinin dövlət və hökumət başçılarını bir araya gətirən COP29 iqlim konfransının Bakıda uğurla keçirildiyini vurğulayıb. “Dünyanın bir çox aparıcı ölkələri bu səviyyədə yüksək peşəkarlıqla qlobal müzakirələr təşkil etmək iqtidarında deyil”, - deyən diplomat Azərbaycanın COP29 çərçivəsində göstərdiyi səylərin kiçik ada dövlətlərinin problemlərini dünya ictimaiyyətinə çatdırmağa imkan verdiyini qeyd edib.
Sabiq səfir daha sonra Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) kimi platformalar çərçivəsində uğurlu dialoq apardığını qeyd edib.
Kılıç Bakının Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfəni də vurğulayaraq bildirib ki, Azərbaycan qazı hazırda Avropanın səkkiz ölkəsinə çatdırılır.
Hulusi Kılıç nəqliyyat və logistika sektorunu Azərbaycanın mühüm rol oynadığı beynəlxalq gündəmin digər vacib sahəsi adlandırıb. O əlavə edib: “Azərbaycan Orta Dəhlizdə ən mühüm bəndlərdən biridir. Buna həm də Azərbaycanın avtomobil və dəmir yollarının inkişafına qoyulan sərmayələr kömək edib”.
“Bakı ilə Pekin arasında inkişaf edən dialoq Avrasiyada ticarət əlaqələrinin inkişafı üçün mühüm stimuldur”, - deyən sabiq səfir Azərbaycanın bütün öhdəliklərini yerinə yetirdiyini vurğulayıb.
Kılıç Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın dünya ticarəti üçün əhəmiyyətinin artacağına əminliyini də ifadə edib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

