Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilib
31.05.2024 [17:22]
Komanda-qərargah təlimində bölmələr təlim rayonlarına çıxarılarkən onların manevr imkanları, komandirlərin və qərargahların yaranmış mürəkkəb əməliyyat şəraitində idarəetmə bacarıqları və qərargahların bölmələrin hərtərəfli təminatında fəaliyyətləri yoxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində yuxarı komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.
Təlimin ikinci mərhələsi ənənəvi olaraq qərargahlar tərəfindən qəbul edilən qərarların, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və atəş-dəstək vasitələrinin effektiv istifadəsini görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib. Komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, təlim döyüş fəaliyyətlərinin gedişində xüsusi təyinatlı, tank, mexanikləşdirilmiş, rabitə və artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyət üzrə sualların işlənilməsi yoxlanılıb. Təlimə cəlb olunan Hava Hücumundan Müdafiə bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunaraq komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb. Döyüş heyətləri müxtəlif hündürlük diapazonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən şərti hava düşmənini məhv edərək hava məkanının təhlükəsizliyini təmin edib.
Təlimin gedişində Raket və Artilleriya birləşmə, hissə və bölmələri pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyatı vasitələrinin məlumatlarından istifadə etməklə şərti düşməni aşkar edərək sərrast və dəqiq atışlarla məhv ediblər. Xüsusi təyinatlılar şərti düşmənin dərinliyində, çətin keçidli dağ və meşəlik ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetirib. Artilleriya bölmələrinin atəşindən yararlanan xüsusi təyinatlılar şərti düşmənin vacib obyektlərini basqın fəaliyyətləri icra edərək ələ keçirib.
Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

