Bodrumda Azərbaycan diaspor təşkilatlarının forumu başa çatıb
08.08.2012 [23:55]
ümumrusiya Azərbaycan Konqresinin Moskva regional təşkilatının sədri İlqar Hacıyev çıxışında qurumun hüquq-müdafiə mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib. O, azərbaycanlıların hüquqlarının qorunması, soydaşlarımıza hüquqi yardımların göstərilməsi sahəsində görülən işlər, təşkilatın Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri barədə də danışmışdır. İ.Hacıyev soydaşlarımızın bir çox hallarda öz hüquqlarını bilmədiklərinə görə də problemlərlə qarşılaşdıqlarını vurğulayıb.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov soydaşlarımızın Avropa ölkələrində hüquqlarının qorunması sahəsində görülmüş işlər haqqında məlumat verib. S.Qasımov hər bir ölkədə azərbaycanlı icmanın etnik qrup statusu əldə etməsinin həm azərbaycanlılarının hüquqlarının müdafiəsi, həm də onların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor quruculuğu işində daha fəal iştirak etmələrinin vacibliyini vurğulayıb.
çukurova Universitetinin professoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Cahangir Novruzov Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərdən danışıb. C.Novruzov xarici ölkələrdə, xüsusilə də Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin mənfi təsirlərə məruz qalmalarının qarşısının alınması üçün Azərbaycan dövlətinin ayırdığı maliyyə vəsaiti hesabına yataqxanaların açılmasını təklif edib.
Gürcüstanda Etnik Azərbaycanlıların İctimai Maraqlarının Müdafiəsi Koalisiyasının rəhbəri Zaira Musayeva Gürcüstanda yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində mövcud vəziyyət haqqında məlumat verib. Z.Musayeva bu sahədə müəyyən işlər görüldüyünü, lakin qarşıda hələ kifayət qədər vəzifələrin dayandığını bildirib.
Panel iclası başa çatdıqdan sonra forumun yekun toplantısı keçirilib. Nazim İbrahimov müzakirələrdə fəal iştirak etdiklərinə görə forumun bütün iştirakçılarına təşəkkür edib. Komitə sədri forum çərçivəsində keçirilən panellərdə və görüşlərdə aparılan müzakirələrin kifayət qədər səmərəli olduğunu, maraqlı təkliflərin irəli sürüldüyünü vurğulayıb.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib. İrəli sürülən təkliflərin hər birinin araşdırılacağını bildirən Əli Həsənov xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor təşkilatları ilə fəal əməkdaşlıq etmələrinin vacibliyini qeyd edib.
Əli Həsənov Cahangir Novruzovun azərbaycanlı tələbələrin kənar mənfi təsirlərə məruz qalması ilə bağlı narahatlığını da bölüşdüyünü, bu sahədə müvafiq tədbirlərin görülməsi ilə bağlı təklifləri dəstəklədiyini diqqətə çatdırıb. Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşdüyünü deyən Prezident Administrasiyasının rəsmisi Azərbaycan dövlətinin də xaricdə yaşayan soydaşlarımızın mənafelərini hər zaman nəzərə aldığını vurğulayıb. Qeyd edilib ki, bu cür tədbirlərin məqsədi xaricdə yaşayan azərbaycanlılar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaq, soydaşlarımızın problem və qayğılarını öyrənmək, bu problemlərin həlli yollarını tapmaqdan ibarətdir. Bu forum bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir azərbaycanlının arxasındadır, ona dayaqdır.
Şöbə müdiri aparılan müzakirələrin, qəbul olunmuş qərarların Azərbaycan diasporunu daha da gücləndirəcəyinə inandığını söyləyib. Əli Həsənov deyib: “Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız sizə müəyyən tövsiyələr verə, qəbul etdiyiniz qərarların icrasında dəstək göstərə bilərik. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir”.
Prezident Administrasiyasının rəsmisi forumun işindən razı qaldığını bildirib.
Sonra forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə forum iştirakçılarının Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığı öz əksini tapıb. Sənəddə qeyd olunub ki, diaspor təşkilatları bundan sonra da ölkəmizin milli maraqlarının qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səylərini əsirgəməyəcəklər.
Tədbirin sonunda müzakirələrdə irəli sürülmüş təkliflər əsasında hazırlanmış forumun yekun sənədi - “Azərbaycan diaspor təşkilatları rəhbərlərinin “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forum iştirakçılarının birgə bəyanatı”nın layihəsi səsə qoyularaq qəbul edilib. İyirmi beş bənddən ibarət olan sənəddə gənclərin və qadınların diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması, lobbi quruculuğu sahəsində fəaliyyətin genişləndirilməsi, Türkiyədə yaşayan azərbaycanlı ziyalıların forumunun, Orta Asiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə toplantısının, Ukrayna azərbaycanlıları qurultayının və Skandinaviya ölkələri azərbaycanlılarının konqresinin təşkili ilə bağlı müddəalar əksini tapıb. Bundan başqa, bəyanatda soydaşlarımızın yığcam yaşadığı regionlarda şəbəkələrə malik “Azərbaycan diasporu informasiya mərkəzi”nin yaradılması, “Xocalıya ədalət - Qarabağa azadlıq” beynəlxalq kampaniyasına dəstəyin gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün Azərbaycanda yay düşərgələrinin təşkili ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət edilməsi də nəzərdə tutulub. Tədbirdə dünya azərbaycanlı elm xadimlərinin forumunun təşkil edilməsi, “Virtual həftə sonu” məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi, “Avropa İttifaqı ölkələrində azərbaycanlıların cəmiyyətə inteqrasiya prosesləri: mövcud təcrübə, problemlər və onların həlli yolları” mövzusunda forumun keçirilməsi, növbəti Rusiya-Azərbaycan iqtisadi forumunun Ulyanovsk şəhərində təşkili üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflərin verilməsi də qərara alınıb.
Bununla da forum işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52

