Azərbaycan milli mətbuatının 137-ci ildönümü qeyd edilib
24.07.2012 [22:16]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Mətbuat Şurasının nümayəndələri, həmçinin bir sıra qəzet və jurnalların redaktorları, əməkdaşları Milli Mətbuat Günü münasibəti ilə iyulun 22-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
AzərTAc xəbər verir ki, milli mətbuatımızın banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, istedadlı publisist, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və başqaları əsası Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıblar.
Vurğulanıb ki, Prezident İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamına əsasən, artıq Zərdab və Gəncədə tədbirlər keçirilib, bu istiqamətdə işlər davam etdiriləcək. Bildirilib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda fikir və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranıb. Azərbaycanda milli mətbuatımızın yubileyi ilə bağlı tədbirlərin keçirilməsinin artıq xoş ənənəyə çevrildiyini deyən natiqlər vurğulayıblar ki, bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sonra “Min bir gecə” istirahət mərkəzində Azərbaycan milli mətbuatının 137-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov Azərbaycan mediasının nümayəndələrini milli mətbuatımızın yaradılmasının 137-ci ildönümü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Professor Əli Həsənov deyib ki, Azərbaycan cəmiyyətinin fikir dünyasının qabaqcıl nümayəndələri olan jurnalistlər, mətbuat sahəsində çalışan alimlər, pedaqoqlar, ziyalılar neçə ildir ki, iyulun 22-də bir araya gələrək bu bayramı qeyd edirlər. Fərəhləndirici haldır ki, Azərbaycanda Milli Mətbuat Gününün böyük təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilib. Neçə illərdir ki, davam edən bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı Fərman imzalayıb. Həmin vaxtdan iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Ənənəvi olaraq hər il bu bayram günündə ölkəmizin ictimai-siyasi həyatının müxtəlif sahələrində dəyərli yazıları ilə fərqlənən və dövlətçilik ənənələrimizə xidmət edən media mənsubları mükafatlandırılırlar.
Şöbə müdiri bildirib ki, bugünkü tədbirdə cəmiyyətimizdə rəy formalaşdıran, insanların fikir və mülahizələrini ümumiləşdirib mətbuat səhifələrinə çıxaran, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında bağlılıq yaradan, cəmiyyətin dövlət siyasətinə münasibətini ümumiləşdirib səhifələrinə, efirlərinə, radio dalğalarına çıxaran insanlar toplaşıb. Cəmiyyətdə hər zaman ön sıralarda olan bu insanlar ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçib: “1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirmişdir. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunmuş, mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edilmiş, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılmışdır. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir”.
Əli Həsənov deyib ki, 137 il əvvəl görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda bu qədər davamçısı olacağını bilsəydi, qürur hissi keçirərdi: “O dövrdə 5-10 ziyalını bir əqidə ətrafında səfərbər etmək, onların fikir dünyasını cəmiyyətə çatdırmaqda bu insanların təfəkküründən yararlanmaq hər ziyalının işi deyildi. Bu səbəbdən Milli Mətbuat Gününün məhz Həsən bəy Zərdabinin adı, onun yaratdığı “Əkinçi” qəzeti ilə bağlanması bu böyük publisistin haqqıdır”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu qeyd edib.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamına uyğun olaraq, Zərdabda və Gəncədə tədbirlər keçirilib, bu istiqamətdə işlər davam etdiriləcək.
Sonra Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı”nın təqdimetmə mərasimi olub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli “Ali media mükafatı”nın birinci, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Azəri-Press” (APA) informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı ikinci, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, Təfəkkür Universitetinin professoru Tofiq Yusifov və “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı isə üçüncü dərəcələrinə layiq görülüblər. Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli son illər ölkəmizdə medianın inkişafı istiqamətində görülmüş işlərdən danışıb. V.Səfərli milli mətbuatın 137-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim olunub. Yazılar Fondun doqquz eksperti tərəfindən araşdırılaraq qiymətləndirilib.
Sonra müsabiqə qaliblərinə - “Zaman Azərbaycan” qəzetinin şöbə müdiri Natiq Pənahlı, “Paritet” qəzetinin müxbiri Fuad Hüseynzadə, “Qələbə” qəzetinin (Salyan) baş redaktoru Rüstəm Məlikov, “Kaspi” qəzetinin baş redaktorunun müavini Məğrur Əliyev, “Olaylar” qəzetinin cənub bürosunun rəhbəri Hafiz Mirzə, “Yeni Azərbaycan” qəzetinin müxbiri Hülya Məmmədli, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədov, “Səs” qəzetinin baş redaktorun müavini Valeh Məhərrəmov, “Kür” qəzetinin (Yevlax) müxbiri Afaq Bayramova, “üç nöqtə” qəzetinin müxbiri Xalid Kazımov, AzərTAc-ın müxbirləri Ramiz Quliyev, Suvar İbadov, “Yeni gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı, “Olaylar” informasiya agentliyinin redaktoru İradə Əhmədova, “Paralel” qəzetinin baş redaktorunun müavini Akif Nəsirli, “Mövqe” qəzetinin redaktoru Rasim Bayramov, “Lent.az” informasiya agentliyinin müxbiri Elşən Məmmədov, “Futbol+qol” qəzetinin şöbə müdiri Şahin Şirinov, “Palitra” qəzetinin müxbiri İlkin Ağayev, “Azadinform” informasiya agentliyinin müxbiri Atif Eyvazov, “Gəncəbasar” qəzetinin (Gəncə) müxbiri Əfsun Sucayev, “Xalq qəzeti”nin əməkdaşları İlqar Rüstəmov, Namiq Əhmədov, “İki sahil” qəzetinin müxbiri Sevinc Azadi, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, “Bakı Xəbər” qəzetinin müxbiri İradə Sarıyeva, “MODERN.AZ” informasiya agentliyinin əməkdaşı Aytən Əliyeva, “Azadlıq” qəzetinin müxbiri Aytən Məmmədova, “525-ci qəzet”in müxbiri Aqil Lətifov və “Qobustan” qəzetinin baş redaktoru Lalə Maxsudovaya KİVDF-nin mükafatları təqdim edilib.
Sonda milli mətbuatımızın 137-ci ildönümü ilə bağlı “Bakcell” şirkəti bir çox qurumların mətbuat xidmətlərinin rəhbərlərinə və media təmsilçilərinə mükafatlar təqdim edib.
Tədbir konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50

