Azərbaycan əhali potensialına görə regionun ən güclü dövlətidir
17.07.2012 [00:14]
“Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım vardır. Ancaq hesab edirəm ki, bu artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün yəqin ki, əlavə tədbirlər görülməlidir”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyul ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. Əlbəttə ki, dövlətimizin başçısı məhz, ölkədəki demoqrafik vəziyyətə toxunmaqla, əslində, Azərbaycanın perspektiv inkişafı ilə bağlı fikirlərini cəmiyyətlə bölüşüb. çünki, bu gün hər kəsə aydındır ki, Azərbaycan kimi bütün dünya ölkələrinin də gələcək tərəqqisi daha çox insan kapitalından asılı olacaq. Yəni, hansı ölkədə nə qədər çox kreativ və qabiliyyətli gənc olacaqsa, həmin dövlətin də perspektiv inkişafı bir o qədər açıq olacaq.
Heç də təsadüfi deyil ki, ictimai və humanitar elmlərlə məşğul olan alimlərin böyük əksəriyyəti əhali potensialı məsələsinə toxunmaqla bildiriblər ki, bu faktor ölkənin iqtisadi, siyasi, sosial və digər çoxvektorlu daxili inkişafına təkan verməklə yanaşı, həmin dövlətin xarici siyasətində də mühüm rol oynayır. Başqa sözlə, milli gücün kəmiyyət komponentlərindən biri olan əhali potensialı ölkənin hərtərəfli inkişafı ilə yanaşı, onun beynəlxalq münasibətlər sistemində avanqard mövqe tutmasına da şərait yaradır. Həmçinin, insan amili hər bir ölkənin uğur qazanmasında iştirak edən resurs kimi, ictimai-iqtisadi formasiyanın transformasiyasında da əhəmiyyətli rol oynayır. Bir sözlə, əhali potensialı ölkənin inkişafı prosesində iştirak edən mühüm komponentlərdən biridir və özündə perspektivi biləşdirən əsas faktordur. Bugünkü dünyanın siyasi və iqtisadi xəritəsi də söylənilən fikirləri bir daha təsdiqləyir.
Bu gün dünyanın geosiyasi və geoiqtisadi mərkəzlərindən sayılan ABŞ, Avropa, Yaponiya, çin, Hindistan, Braziliya, hətta, Cənub-Şərqi Asiya ölkələri əldə etdikləri nailiyyətləri yüksək səviyyəli texnoloji əməklə yanaşı, böyük əhali potensialına görə də qazanıblar. Adları çəkilən ölkələrin əhali potensialının 100-200 milyondan artıq olması, hətta, insanların sayının milyardlarla ölçülməsi onların üstünlük qazanmasına səbəb olub. Bu isə özünü həm sənaye, həm kənd təsərrüfatı, həm də hərbi sahədə açıq şəkildə biruzə verib. Lakin müasir dövrdə bu və ya digər səbəblər üzündən demoqrafik problemlərin üzə çıxması nəticəsində adı çəkilən güc mərkəzlərinin zəifləməsi, hətta, çökməsi baş verib.
Qeyd edək ki, skeptiklər hələ də dövlətin inkişafının ancaq siyasi gedişlərdən və bu addımları əsaslandıran iqtisadi layihələrdən asılı olduğunu düşünürlər. Amma Avropanın müasir durumu ortaya yeni faktlar qoyduğundan skeptiklərin tezisləri yeni anti-tezislərlə darmadağın edildi.
Təkzibolunmazdır ki, “qoca qitə” adlandırılan Avropada baş verən sosial böhranların əsas səbəblərindən biri kimi cəmiyyətin gəncləşməməsi faktorunun ortaya çıxmasıdır. Avropanın güclü sənaye dövlətlərində əmək fəaliyyəti və pensiya yaşının həddindən artıq çox olması sonda həm məhsuldarlığın azalmasını, həm də sosium daxilində ciddi narazılıqların meydana çıxmasını şərtləndirir. Avropada təbii artımın həddindən artıq zəif olması ailələrin uşaqsızlaşmasına və cəmiyyətin gəncsizləşməsinə səbəb olub ki, bu da sonda ağır sosial-iqtisadi problemlərin yaranmasını labüdləşdirib.
Eyni vəziyyətlə Rusiya da qarşı-qarşıyadır. Dünyanın ərazi baxımından ən böyük dövləti olan Rusiyada əhalinin sayı 150 milyona yaxındır. Lakin beynəlxalq təşkilatların hesablamalarına görə, növbəti 30 il ərzində Rusiya əhalisinin demək olar ki, 30 faizi azalacaq. Bu da onu göstərir ki, Avropada olduğu kimi, Rusiyada da nəsillər arasında ciddi uçurum meydana çıxacaq və bu da öz növbəsində ağır sosial-iqtisadi kataklizmlərə yol açacaq.
Əlbəttə ki, həm Avropada, həm Rusiyada, həm də dünyanın bu cür problemlərlə qarşılaşan dövlətlərində müxtəlif sosial proqramlar həyata keçirilir ki, ailələrdə çoxuşaqlılığı təmin etsinlər. Bununla da, onlar əhali potensialının zəifləməsinin qarşısını almağa və perspektiv inkişafı zəmanət altına almağa cəhd göstərirlər.
Amma sevindirici haldır ki, sürətli inkişaf dövrünü yaşayan Azərbaycan belə bir problemlə üz-üzə deyil. Hazırda, Azərbaycanın 9,3 milyon nəfər əhalisi var və son hesablamalara görə, növbəti 5-10 il ərzində bu rəqəm 15-20 milyon səviyyəsində olacaq. Əlbəttə ki, belə bir tendensiyanın müşahidə olunması, Azərbaycanın perspektiv inkişafı baxımından uğurlu gələcək vəd edir. çünki, Azərbaycanın artan iqtisadiyyatı, inkişaf edən sənayesi və kənd təsərrüfatı çoxlu sayda işçi tələb edəcək ki, bunun da ödənilməsi əhali potensialının hesabına həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, ölkəmizdə əhalinin 53,1 faizini şəhər, 46,9 faizini isə kənd sakinləri, o cümlədən, əhalinin 51 faizini qadınlar, 49 faizini kişilər təşkil edir. Əhalinin yaş strukturuna görə isə, ümumi sayın 23 faizi 0-14 yaşda, 69 faizi 15-64 yaşda, 8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 30 faizi 18-34 yaşda olan gənclərdir. Əhalinin orta yaşı 31 yaş təşkil edir. Məhz, bu göstəricilərə əsasən, Azərbaycan demoqrafik vəziyyətinə görə, regionun lider dövlətidir. Hətta, keyfiyyət indikatorlarına görə isə, Azərbaycanı Avropanın ən qabaqcıl dövləti kimi də səciyyələndirmək olar.
Qeyd olunmalıdır ki, Azərbaycanın ümumi əhali potensialı Ermənistanla Gürcüstanın malik olduğu ümumi göstəricidən 3 dəfə çoxdur və 5-10 ildən sonra bu fərq 5-6 dəfə olacaq. Bu isə o deməkdir ki, dövlətimiz Azərbaycanın perspektiv inkişafı ilə bağlı insan kapitalı məsələsini indidən həll edir və gələcəyi zəmanət altına alır. Prezident İlham Əliyev iyul ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunaraq, bir daha diqqətə çatdırıb ki, iqtisadiyyatımız, sənaye gücümüz, maliyyə imkanlarımız, imkan verəcək ki, biz indiki səviyyədən iki dəfə çox əhalini işlə təmin edək və bütün şəraiti yaradaq.
Beləliklə də, bu gün demoqrafik vəziyyətinə görə, müsbət göstəricilərə sahib olan Azərbaycan hakimiyyətinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Avropanın, Rusiyanın və bir çox dövlətlərin qarşılaşdığı problemlərdən uzaq duracaq. Belə bir problemin olmaması isə, Azərbaycan üçün fasiləsiz inkişaf tendensiyasının yaşanacağına səbəb olacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

