Xalqın dəstəyi iqtidarın sarsılmaz gücüdür
12.07.2012 [23:02]
Məlum olduğu kimi, Azərbaycan hazırda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Əlbəttə ki, ölkəmiz bu cür inkişaf mərhələsinə asanlıqla daxil olmayıb. Daha dəqiq desək, bu inkişafın əsasında uğurla reallaşdırılan rasional daxili və xarici siyasət kursu dayanır. Yəni, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə milli maraqlara, dəyərlərə müvafiq surətdə davam etdirilməsi bugünkü ümummilli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Belə ki, inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, rasional iqtisadi inkişaf strategiyasının tətbiq edilməsi və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək ümummilli inkişafı ən yüksək səviyyədə təmin edib.
Heç şübhəsiz, sadalananlarla yanaşı, ölkəmizin milli inkişafını şərtləndirən fundamental faktorlardan biri də güclü siyasi iradənin fonunda həyata keçirilən rasional islahatlardır. Bu sırada praqmatik daxili və xarici siyasət kursu, özəlliklə də siyasi-hüquqi islahatlar xüsusi əhəmiyyət kəsb edir. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir.
Qeyd edək ki, ölkəmizdə siyasi hüquq və azadlıqların, xalqın ali iradəsinin təmin olunmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, inamla davam etdirilir.
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir. Siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir.
Vurğulamaq lazımdır ki, milli iqtidarın rasional fəaliyyət mexanizminin uğurluluğunu təmin edən fundamental faktorlardan biri və birincisi hakimiyyətin xalq tərəfindən dəstəklənməsidir. Başqa sözlə, öz fəaliyyətində milli maraqları və dəyərləri əsas götürən milli iqtidar gücünü xalqın ali dəstəyindən alır. Bu da təsadüfi deyil. çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun əsas vəzifəsi qismində xalqın ali mənafeyinin, milli və dövlətçilik maraqlarının təmin edilməsi çıxış edir.
Bütün bunlara baxmayaraq, bəzi qərəzli daxili dairələr, antimilli qüvvələr ölkəmizin inkişafına mane, həmçinin, ictimai-siyasi sabitliyin pozulmasına nail olmaq üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. Praktik olaraq heç bir şeyə nail olmayan bu ünsürlər ölkəmizə qarşı qara piar kampaniyası aparır və faktiki olaraq qərəzli xarici dairələrin, imperialist mərkəzlərin əlində ucuz vasitəyə çevrilirlər. Bunun nəticəsidir ki, həmin ünsürlər nəinki ölkə daxilində ciddi etimadsızlıqla qarşılanırlar, həmçinin, nüfuzlu, aparıcı beynəlxalq institutlar Azərbaycan siyasi palitrasındakı həmin dağıdıcı elementləri ciddi siyasi aktor kimi qəbul etmir və onlarla nəinki əməkdaşlıq münasibətləri, hətta qarşılıqlı təmas belə formalaşdırmağı düşünmür.
Amma bəhs edilən dairələrin bu cür qərəzli fəaliyyətinə rəğmən, Azərbaycan sürətli inkişaf tempini davam etdirir və həmin ünsürlərin antimilli əməlləri heç bir nəticə vermir. çünki xalq öz iqtidarını dəstəkləyir və ona güc verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunub: “Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik”!
Bir sözlə, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunu təqdir edir, milli iqtidarın fəaliyyət mexanizmini ən yüksək səviyyədə dəyərləndirir. Bütün bunlar isə yuxarıda bəhs olunan antimilli qüvvələrin milli maraqlara və dəyərlərə zidd əməllərini puç edir.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

