Aİ İrəvanda sınaq keçirir
09.04.2024 [10:40]
Ermənistan yenidən təcrübə laboratoriyası kimi istifadə olunur
Müasir qlobal münasibətlər sistemində gedən proseslər mühüm və maraqlı tendensiyaları ortaya çıxarır. Xüsusilə, son illərdə “Dünya adası” adlandırılan Avrasiyaya nəzarət uğrunda qəti mübarizənin kəskin şəkil alması, yeni - köhnə güc mərkəzlərinin təmərküzləşmə uğrunda mübarizəsi beynəlxalq aləmin maraqlı dizaynını formalaşdırıb. Qeyd edək ki, bu prosesdə də xəyali iki qanada bölünmüş dünya güc proyeksiyası (qırmızı və göy qanad) ənənəvi tərəfləşməni özündə əks etdirir. Bu mübarizədə Avropa İttifaqı da daxil olmaqla daxili aktorlarla yanaşı, Avrasiyadan kənarda yerləşən ABŞ da fəal iştirak etmək üçün səfərbər olub. Nəzərə alsaq ki, Yer kürəsinin iqtisadi-siyasi mərkəzi kimi çıxış edən Avroasiyadakı nüfuz savaşı həm də bütün dünyaya nəzarət imkanı yaradır, qarşıdurmaların fərqli stansiyalar üzərində lokal gedişi təəccüblü görünməməlidir - bu mübarizənin gedişatında zaman-zaman bu və ya digər güc mərkəzi üstünlüyü ələ alır, bir müddət sonra isə digəri ilə əvəz olunur və ya dünəni? düşməni bu gün müttəfiqə çevrilir. ABŞ ilə Avropa İttifaqının timsalında olduğu kimi...
Aİ ilə ABŞ arasında “centlemen sazişi”...
“Soyuq müharibə”nin ardından sürətli şəkildə dünya hakimiyyəti uğrunda “mübarizəyə” başlamış ABŞ müəyyən bir dönəmdə özünün müttəfiqini də unutmuşdu - ambisiyaları gözünü qapamış Vaşinqton “köhnə qitə”ni də digər regionlar kimi “asılılq dərəcəsi” üzrə qiymətləndirməyə çalışırdı. Amma...
Son 20 ildə baş verənlər - qlobal iqtisadi böhrandan başlayaraq xüsusilə Avrasiya məkanında bir çox münaqişələrin yeni məzmun qazanması, belə məsələlərin bəzilərinə münasibətdə hətta beynəlxalq hüququn tələblərinin təsirsiz qalması, beynəlxalq terrorçuluğun, dəniz quldurluğunun və s. daha təhlükəli hal alması ABŞ-ı “təkbaşına dünya hakimiyyəti qurmaq” arzusundan vaz keçirdi - Vaşinqton müəyyən bir müddətə də olsa, Avropa İttifaqını özünün “koalision” hökumətinə “şərik etmək” məcburiyyətində qalıb. ABŞ həm də Amerika qitəsində yerləşən bir dövlət olaraq Avroasiya məkanında gedən proseslərə tam təsir etmək imkanından məhrumdur - problemlərin bu və ya digər şəkildə tam həll olunması üçün gücü kifayət etmir. Bunun üçün də ABŞ köhnə-təzə rəqibi ilə hədəfləri birləşdirmək məcburiyyətində qalır...
İttifaq ordusu ideyası yeni kontekstdə...
Sirr deyil ki, ABŞ-ın ən yeni regional hədəfi məhz Cənubi Qafqazdır. 100 ildən sonra yenidən Ermənistan üzərindən regiona ayaq açmaq istəyən Qərb kontingenti bircins deyil - XX əsrin əvvəlində Qafqaz uğrunda mübarizədə Avropanın nüfuz dairəsi daha real görünürdüsə, bu dəfə bütün addımlar “konsorsiuma” əsaslanır. ABŞ Ermənistandakı varlığını Aİ ilə şərikinə yürütməyə məcburdur.
Bəlli olduğu kimi, 5 aprel görüşünün alt mahiyyətində “hərbi kodlaşdırma” dayanır. Bu “kodlaşdırmanın” özünün mahiyyəti isə daha qəlizdir. İlk baxışdan Fransanın patronajlığı altında Ermənistanda varlığını sürdürən “mülki missiya”nın həm Avropa İttifaqının, həm də ABŞ-ın maraqlarını təmin etməyə hədəfləndiyini düşünmək olar. Əsl mahiyyətdə isə belə deyil. Aİ Ermənistanda özünün ABŞ-a qarşı ən böyük planını həyata keçirir. Bu haqda az sonra...
ABŞ ilə Aİ-ni Şərqə doğru hərəkətləndirən əsas mahiyyətin “iqtisadi maraq” olduğu iddia edilir - amma burada bir incə məqam unudulur. Həm ABŞ, həm də Aİ açıq şəkildə anlayır ki, bölgənin ümumi iqtisadi balansının formalaşdırılmasında həlledici qərar və ya rol “Şərq gücü”nə aiddir. Şərq-Qərb ticari tranzitinin ən mühüm dövləti sayılan Çinin bu məsələdəki mövqeyi bütövlükdə, hər şeyi həll edir. Bunun nəticəsidir ki, Aİ liderləri, ABŞ dövlət rəsmiləri ard-arda, hətta bir-birinə aman vermədən Pekinə səfərlər təşkil edirlər. Üst qatda müttəfiq olduğu güman edilən ABŞ ilə Aİ alt qatda ölüm-dirim savaşı aparır. Hətta Ukrayna ilə bağlı mövzuda fikirlərin, qərarların haçalanması, Aİ-nin Rusiyaya nəzərən daha məqbuledici tona keçid etməsi də bundan qaynaqlanır. Yeni dövrün iqtisadi xəritəsində ABŞ ilə “eyni rəngə” boyanmaq istəməyən Aİ bütün gücünü səfərbər edib. Sadəcə olaraq, hazırki iqtisadi gücü ona “hegemonluq” üçün əsas vermədiyinə görə və enerji məsələsində asılılıq dərəcəsinin yüksəkliyi Aİ-ni ABŞ ilə eyni “qutuya girməyə” məcbur edib...
Ermənistan “Aİ Ordusu”nun yeni poliqonu kimi...
Aİ-nin Ermənistanda özünün ABŞ-a qarşı ən böyük planını həyata keçirməsinə gəldikdə isə burada hərbi güc məsələsi önə çıxır. İllərdir ki, müzakirə edilən Avropa İttifaqı ordusunun yaradılması məsələsi yenidən aktuallaşır. Zaman-zaman gündəmə gələn, amma kağız üstündə qalan və müzakirələrdən uzağa getməyən ideya aylar öncə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen tərəfindən də xüsusilə qəti şəkildə dəstəklənmişdi. Fon der Lyayen bildirmişdi ki, “nə yaxşı ki, NATO var. Amma NATO hər yerdə deyil. Həm də elə ssenarilər ola bilər ki, Avropa İttifaqının hərəkətinə ehtiyac ola bilər və belə halda biz fəal hərəkət etməyi bacarmalıyıq”. AK prezidenti Aİ ordusunun yaradılmasını tam dəstəklədiyini demişdi.
Qeyd edək ki, təklif Avropanın aparıcı dövlətləri tərəfindən də heç zaman biganə qarşılanmayıb. Tam əksinə, Almaniya, Fransa kimi mərkəzçi Avropa dövlətləri bu ideyaya olduqca isti baxışları ilə seçilib. Hətta 2017-2022-ci illərdə Fransanın müdafiə naziri olmuş Florens Parli Avropa İttifaqı (Aİ) ordusunun yaradılması məsələsini Avstraliya, İngiltərə və ABŞ-ın “AUKUS” adlı hərbi-siyasi alyans yaratması ilə paralelləşdirmişdi. O, Aİ ordusu məsələsini bunun kompensasiyası kimi görürdü.
Bəzi nəzəriyyəçilər Aİ ordusunun yaradılmasının Avroməkana daha çox ziyan gətirəcəyini düşünsə də, təklif Transatlantik, TransAsiya əlaqələri baxımından kəskin mənfi təsirlər yarada bilməz. Düzdür, bu ideya ABŞ tərəfindən hər zaman “qılınclanıb” - hazırki məqamda da Vaşinqton bu məsələnin dövriyyəyə buraxılmasından narahatdır. Amma artıq yeni simptomlar görünməkdədir.
Belə ki, bir sıra Qərb mütəxəssisləri Aİ-nin Ermənistanda “ordu yaratmaq” təcrübəsi keçirdiyini bildirir. Onların fikrincə, Aİ-nin “mülki missiyası” qarşıdakı dövr üçün Aİ ordusu təklifinin mühüm bir hissəsi qismində çıxış edə bilər. İddia olunur ki, ABŞ-dan olan hərbi mütəxəssislərin son dönəmlərdə İrəvanda tez-tez görünməsinin bir səbəbi də bununla izah olunur.
Beləliklə, Ermənistan yenidən “təcrübə laboratoriyası”na çevrilir. Bu dəfə Aİ üçün hərbi poliqona çevrilən Ermənistan özünü böyük təhdidlərlə üz - üzə qoyub. Regionda yeni hərbi konflikt yaratma ehtimalı ilə yanaşı. Aİ ordusunun “kazarması”rolunu oynayacaq İrəvan bu dəfə öz “sözdə dövlətçiliyini” də təhlükəyə bürüyür...
SADİQI
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

