Biz Ermənistan nümayəndələrinin iştirak etdiyi bütün tədbirlərdə olmalıyıq
19.05.2012 [12:43]
Məlum olduğu kimi, Milli Məclisin deputatları Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının 39-cu plenar iclasında iştirak etmək üçün 21-24 may tarixlərində Yerevanda səfərdə olacaqlar. Səfərlə bağlı məlumat almaq üçün Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, QDİƏT PA-da nümayəndə heyətinin üzvü Musa Quliyevlə əlaqə saxladıq. Millət vəkili Azərbaycan təmsilçilərinin bu tədbirdə iştirakının təmin olunduğunu dedi:
- QDİƏT PA-nın iclasları əlifba sırası ilə üzv dövlətlərdə keçirilir. Növbə Ermənistana çatdığı üçün təşkilatın iclası Yerevanda keçiriləcək. Bu tədbirdə QDİƏT PA-ya sədrlik Azərbaycana keçəcək və 6 ay ərzində qurumun rəhbəri Azərbaycan parlamentinin spikeri olacaq. Ona görə də, biz həm iclasda iştirak etmək, həm də sədrliyi qəbul etmək üçün Yerevana səfər etməliyik. Bildiyiniz kimi, QDİƏT PA-da üç komitə fəaliyyət göstərir. İqtisadi məsələlər komitəsində əsas məruzəçi mən olacam. Məruzə üzv dövlətlərdə üzümçülük və şərabçılığın inkişaf perspektivləri mövzusunu əhatə edir. Mədəniyyət və sosial məsələlər komitəsində isə əsas müzakirə mövzusu QDİƏT-ə üzv ölkələrdə uşaq hüquqlarının qorunması ilə bağlıdır. İclasın qətnaməsini həmin komitənin sədri Jalə Əliyeva oxuyacaq.
Hüquq komitəsində isə müzakirələr üzv ölkələrdə iqtisadi cinayətkarlıqla və terrorizmlə mübarizənin vəziyyəti haqqında olacaq. Hər iki komitənin işində imkan var ki, başqa məsələlərlə yanaşı, Qarabağ problemini qaldıraq və Ermənistanın işğalçılıq siyasətini ifşa edək. Eyni zamanda, Ermənistanın təcavüzünün qaçqın uşaqlara nə qədər mənfi təsir göstərdiyi, ölkəmizin terrorizmdən əziyyət çəkdiyi, Dağlıq Qarabağda separatçılığın və onun nəticələri barədə fikirlərimizi səsləndirmək imkanımız olacaq.
- İşğalçı dövlətə səfərlə əlaqədar Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinə təminat verilibmi?
- Bizim təhlükəsizliyimiz təmin olunmalıdır. Biz Yerevana Gürcüstan vasitəsilə gedəcəyik. Məlumat üçün deyim ki, Türkiyə nümayəndə heyəti də Tbilisiyə gələcək. Və beləliklə, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndə heyəti birlikdə maşınlarla Yerevana yola düşəcək. Qeyd etdiyim kimi, səfərimizlə əlaqədar təhlükəsizlik məsələləri də nəzərə alınıb. Hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatlarda təmsil olunursa, iclasların hansı ölkədən keçirilməsindən asılı olmayaraq, biz bu tədbirlərə getməliyik. Həm Azərbaycanın mövqeyini müdafiə etmək üçün, həm də ölkəmizə qarşı əks fikir olarsa onlara cavab vermək üçün bizim bu iclasda iştirakımız vacibdir. Fikrimcə, hansı təşkilatda və tədbirdə Ermənistanın nümayəndəsi varsa, orada biz də olmalıyıq.
- ölkəmizdə heç də hamı Ermənistana səfər etməyi müsbət qarşılamır və buna etirazlar da olur. Bu baxımdan, həmin insanlara nə demək istərdiniz?
- Azərbaycan Ermənistanla heç bir əməkdaşlıq etmir və işğalçı dövlətlə əlaqələr mövcud deyil. Bizim Yerevana səfərimizdə məqsəd beynəlxalq tədbirdə iştirak etməkdir. Beynəlxalq tədbirin hansı ölkədə keçirilməsinin əhəmiyyəti yoxdur. Digər tərəfdən, həmin adamlar bilməlidir ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olursa, həmsədrlər ölkələrə səfərlər edirsə və hər iki tərəflə məsləhətləşərək bu işi aparırsa, Azərbaycan nümayəndə heyətinin də hər hansı beynəlxalq təşkilat çərçivəsində Yerevana getməsinin müsbət tərəfləri çoxdur. Ona görə ki, bizim iştirak etmədiyimiz tədbirlərdə ermənilər istədikləri böhtanı, yalanı Azərbaycanın ünvanına deyə bilər. Azərbaycan nümayəndələrinin tədbirlərdə iştirak edib Ermənistanın işğalçı siyasətini ifşa etməsi yaxşıdır, yoxsa yox? Bütün bunları nəzərə alaraq biz həmin tədbirlərdə iştirak etməliyik. Hesab edirəm ki, millət vəkilləri olaraq belə tədbirlərdə iştirak edərək mövqeyimizi ortaya qoymalı və müdafiə etməliyik.
- Bildiyimiz kimi, indiki Ermənistan dövləti qədim Azərbaycan torpağında yaradılıb. Bu baxımdan, Ermənistana səfər çərçivəsində hansısa məkanı ziyarət etməyi düşünürsünüzmü?
- Əslində, protokoldan kənara çıxa bilmərik. Amma QDİƏT PA-nın Baş Assambleyasının toplantılarında adətən bir gün mədəni proqramlar tərtib olunur və həmin proqramlar çərçivəsində nümayəndə heyətlərini ölkənin gəzməli-görməli yerləri ilə tanış edirlər. Əgər imkan yaransa, mən belə proqramda iştirak etməyib, doğulduğum Sisyan rayonunun Urud kəndini ziyarət etmək niyyyətimi bildirəcəm. İstəyirəm ki, kəndimizin məzarlığının yerləşdiyi ərazini ziyarət edim. İndi orada qəbirlər olmasa da, həmin ərazini ziyarət edib, dünyasını dəyişmiş doğmalarımın ruhuna dualar oxumaq istəyirəm. Amma bu istəyimin reallacağını isə indidən deyə bilmərəm.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

