Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanacağı şübhəsizdir
31.10.2010 [23:45]
YAP-ın 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, partiyanın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sədaqət xanım, ilk olaraq, istərdik ki, parlament seçkiləri kampaniyasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən həyata keçirilən təbliğat-təşviqat prosesi ilə bağlı fikirlərinizi bildirəsiniz...
- Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd kimi irəli sürdüyü bütün şəxslər vahid proqram əsasında hərəkət edir. Bizim ən ümdə vəzifəmiz təmsil etdiyimiz YAP-ın “Güclü dövlət, yüksək rifah” devizi altında irəli sürdüyü platformanın xalqa çatdırılmasıdır. Mən YAP-ın 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi kimi partiyamızın platformasının seçicilərə geniş şəkildə çatdırılmasına çalışıram. Namizədlər üçün müvafiq icra hakimiyyəti tərəfindən xüsusi olaraq ayrılmış yerlərdə bir sıra görüşümüz reallaşıb. Bununla yanaşı, hər gün ev-ev gəzərək seçicilərlə fərdi qaydada görüşərək təbliğatımızı aparırıq. Təbii ki, apardığımız işin nəticəsi özünü noyabrın 7-də seçki günü göstərəcək. İnsanlarla görüşümüz zamanı mən seçicilərdən Yeni Azərbaycan Partiyasına və partiyamızın namizədlərinə olan çox böyük dəstək, sevgi, inam görürəm. Təbii ki, bunun əsasında duran ən böyük amil Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətdir. Mən YAP tərəfindən bu seçkilərdə namizəd olduğum üçün çox böyük qürur hissi keçirirəm. Keçirdiyimiz görüşlərdə də seçicilərimiz ölkəmizdə vətəndaşlara göstərilən qayğıdan, aparılan iqtisadi siyasətin uğurlarından böyük həvəslə danışırlar. Əlbəttə ki, bütün problemləri birdən-birə həll etmək mümkün deyil. Seçicilərin özləri də bildirirlər ki, yaşayış səviyyəsi ildən-ilə yüksəlir, insanların sosial müdafiəsi istiqamətində tədbirlər genişlənir. ümumiyyətlə, bizim seçicilərlə ünsiyyətimiz hələ imzatoplama kampaniyası zamanından başlamışdı. Yəni, imzatoplama kampaniyasına start verilən zaman bizim seçki qərargahının bu işlə məşğul olan fəalları dairə ərazisindən imza toplamaqla yanaşı ümumi problemlərlə də yaxından maraqlanırdılar. Məlumat üçün deyim ki, rəhbərlik etdiyim YAP Nizami rayon təşkilatının 7500 üzvü var və partiya fəallarımız seçki prosesində yaxından iştirak edirlər. Görülən işlərin nəticəsidir ki, insanlar çox sevinclə YAP-ın namizədinə imza verirdilər. Təbliğat kampaniyası zamanı biz onlarla daha yaxın ünsiyyətdə olmaq imkanı əldə etdik. İnsanlar son illərdə aparılan abadlıq-quruculuq işlərindən çox razıdırlar. Nizami rayonunda görülən işlər bütün sakinlər tərəfindən bəyənilir. Mən inanıram ki, 2010-cu il parlament seçkiləri çox uğurla keçəcək, hər zaman olduğu kimi seçki prosesi şəffaf və ədalətli olacaq.
- ötən parlament seçkiləri ilə müqayisədə bu dəfə YAP tərəfindən daha çox qadınların deputatlığa namizədliyi irəli sürülüb. ümumiyyətlə, bu baxımdan qadınların siyasi fəallığını necə dəyərləndirmək mümkündür?
- Bəli, qeyd etdiyiniz kimi, bu gün Yeni Azərbaycan Partiyasının namizədləri arasında xeyli sayda qadınlar var. ümumiyyətlə, mən xüsusi olaraq qeyd etməliyəm ki, YAP hər zaman siyasi proseslərdə qadınların rolunu genişləndirməyə çalışıb. Həqiqətən, qadınlar böyük qüvvədir. Qadın anadır. Bu gün qadın deputatlarımızın, xüsusilə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti göz önündədir. Azərbaycan qadınları məhz Mehriban xanım Əliyevanın fəaliyyətini özləri üçün nümunə hesab edib, vətəndaşı olduğu ölkəsinin problemlərinin həllində gücü çatdığı dərəcədə yaxından iştirak edirlər. Bundan ruhlanan seçicilərim də məhz YAP-ın irəli sürdüyü namizədə daha çox inamla yanaşırlar. Digər tərəfdən, qeyd etdiyimiz kimi, qadın həm də anadır və analar hər zaman qayğıkeş olurlar. Keçirdiyimiz görüşlərdə bu məqam xüsusi olaraq qeyd olunur.
- Seçicilərlə keçirdiyiniz görüşlərdən sonra sizdə hansı qənaət yaranır? Seçicilərin münasibətini necə xarakterizə etmək olar?
- Mən tədbirlərdə insanlara müraciət edərək deyirəm ki, seçicilər Azərbaycan xalqının siyasi iradəsini bütün dünyaya nümayiş etdirməlidir. Seçki günü layiq bildiyiniz insana səs verin, dəstəkləyin. Mənə səs verəcək insanlar da, verməyəcək insanlar da sağ olsunlar. Amma seçki prosesini bütün dünya izləyir. Ona görə də, xalqımız öz seçki mədəniyyətini bütün dünyaya göstərməlidir. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan artıq dünyada tanınır. Bütün seçicilər mənə bildirirlər ki, onlar mütləq şəkildə seçkidə iştirak edəcəklər və YAP-ın namizədini dəstəkləyəcəklər. Bu inam məni daha da güclü edir. Mən xalqımın etimadına inanıram. Azərbaycan xalqı hər zaman siyasi aktivliyi ilə seçilən xalq olub. Yəqin ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində bu fakt bir daha təsdiqlənəcək və seçicilərimiz mütəşəkkil şəkildə bu prosesdə iştirak edəcəklər. Hər bir vətəndaş öz Konstitusiya hüququndan istifadə etməli və seçki məntəqələrinə gəlib səs verməlidir. Nəticə isə şübhəsiz ki, bir daha YAP-ın inamlı qələbəsi ilə müşayiət olunacaq.
- Rəqibləriniz haqda nə deyə bilərsiniz? Onların prosesdə iştirakını nəticə etibarilə necə qiymətləndirirsiniz?
- Mən heç bir siyasi təşkilatı Yeni Azərbaycan Partiyasına rəqib görmürəm. Görüşdüyümüz seçicilər də bildirirlər ki, bu gün özünü bizə rəqib sayanlar ancaq seçkidən-seçkiyə xalqın arasına çıxır. Onda da yalnız populist çıxışlarla, avantürist fikirlərlə insanları aldatmaq üçün üzə çıxırlar. Bu gün özünü YAP-a opponent saymaq həvəsində olanlar hər hansı bir problemin həlli istiqamətində konkret təklif və ya proqramla çıxış etmirlər. Yalnız yalan bəyanatlar, populizm dolu fikirlər səsləndirməklə insanları ələ almağa çalışırlar. Xalq onları birmənalı şəkildə rədd edir. çünki onların 1992-93-cü illərdə ölkəmizin, insanlarımızın başına hansı problemləri açdıqları göz önündədir. Dövlətimizi vətəndaş müharibəsinə sürükləyirdilər. Bu gün də eyni psixologiyadan çıxış edirlər. Onlar seçkiyə yalnız boş sözlərlə gedir, YAP isə bu gün seçkilərə gördüyü işlərlə, hazırladığı proqramlarla, ölkənin daha da güclü inkişafına nail olmaq üçün yaratdığı konsepsiyalarla gedir. Mən əminəm ki, bu fərq özünü seçkinin nəticələrində də açıq-aydın göstərəcək.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20

