Devid Çambers: Fəxr edirəm ki, dünyada ən uca bayraq dirəyini məhz Bakıda tikmişəm
07.09.2010 [12:29]
- Cənab çambers, siz Bakıda hündürlüyü 162 metr olan bayraq tikintisi layihəsini işləyib hazırlamış şirkətin rəhbərisiniz. Bu, dünyada ən uca bayraq dirəyidir. Həmin layihənin həyata keçirilməsində hansı məqamı xüsusi qeyd etmək istərdiniz?
- Bu layihənin həyata keçirilməsi üçün şirkətimiz iki ildən çox vaxt sərf etmişdir. Bizim Bakıda ucaltdığımız 162 metr hündürlüyündə bayraq dirəyi bu sahədə əvvəlki dünya rekordu (133 metr) ilə müqayisədə təxminən 30 metr və ya 22 faiz çoxdur. Bu sahədə dünya rekordunun artması prosesi aşağıdakı ardıcıllıqla qeydə alınmışdır: Əbu-Dabidə 123 metr, Əmmanda 126 metr, yenə Əmmanda 132 metr, Aşqabadda 133 metr. Gördüyünüz kimi, hündürlükdə son fərq sadəcə olaraq çox böyükdür. Biz ilk növbədə Bakının küləklər şəhəri olması amilini nəzərə almışıq. Bununla əlaqədar, bayraq dirəyinin tikintisi ilə bağlı mühəndis hesablamalarında və araşdırmalarda ən yeni texnologiyalar tətbiq edilmişdir. Bunun sayəsində bayraq dirəyi küləyin sürəti saatda 209 kilometr və ya saniyədə 58 metr olacağı hallar üçün davamlıdır.
- Siz Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmisiniz...
- Bəri başdan qeyd etmək istərdim ki, dünyada ən hündür bayraq dirəyinin Bakıda tikilməsi layihəsinin həyata keçirilməsi öz konsepsiyasına görə bütün əvvəlki layihələrdən fərqlənirdi. İş burasındadır ki, Bakıdakı bayraq dirəyi nəticə etibarilə Dövlət Bayrağı Meydanına çevrilmiş bütöv bir kompleksin mərkəzi elementi olmuşdur. Bildiyiniz kimi, bu meydanda bayrağın özündən əlavə, nəhəng ölçülü gerb, səkkizguşəli ulduz formasında postament də vardır. Həmin postamentin üzərində dövlət himni həkk edilmişdir... Bütün bunlar mənim fikrimcə, çox yüksək rəmzi məna daşıyır və vətənpərvərlik nümunəsidir. Bu konsepsiya Azərbaycan dövlətinin başçısı tərəfindən lap əvvəldən layihənin bütün iştirakçıları qarşısında qoyulmuş vəzifələrdə qeyd edilmişdir. Səmimi deməliyəm ki, dövlət başçısının bu layihəyə göstərdiyi diqqət məni çox mütəəssir etmişdir. Meydanın tikintisi mərhələsində cənab Prezident altı dəfə oraya gəlmiş, qiymətli göstərişlər vermiş, bir sözlə, bütün layihəni daim nəzarətdə saxlamışdır. Layihəyə bu cür münasibətin məntiqi yekunu isə meydanın möhtəşəm açılış mərasiminin həqiqətən ən yüksək səviyyədə təşkil edilməsi olmuşdur. Mən dünyada ən uca bayraqların açılış mərasimlərində dəfələrlə iştirak etmişəm, lakin həmin məsələyə bu cür münasibət az-az rast gəlinir. Bütün bunlar Azərbaycan Prezidentinin dövlət rəmzlərinə nə qədər ciddi əhəmiyyət verməsinə dəlalət edir. Bu, ehtirama layiq faktdır.
- Müasir Bakı sizə necə təsir bağışlayır və bu bayraq şəhərin memarlıq landşaftına nə dərəcədə uyğundur?
- Etiraf etməliyəm ki, Bakıya ilk səfərim zamanı bu şəhərin yerləşdiyi məkan, xüsusən Bakı buxtası məni məftun etmişdi. Bayraq dirəyinin ucaldılması nəzərdə tutulan yer mənə göstəriləndə isə başa düşdüm ki, bu bayraq şəhərin bütün nöqtələrindən görünəcəkdir. Bu məqam layihəyə xüsusi nadirlik verirdi. Müasir Bakı barədə saatlarla danışmaq olar. çünki burada dünyada ən ambisiyalı memarlıq layihələri ilə rəqabət apara biləcək çoxlu yeni memarlıq tikililəri ucaldılmışdır. Lakin Bakının dənizkənarı bulvarı həqiqətən bu şəhərin incisidir. Yeri gəlmişkən, bulvardan baxanda dünyada ən uca bayrağın valehedici panoramı görünür.
- Böyük bayraqlara qulluq edilməsi üzrə xüsusi tələblər vardırmı?
- Əlbəttə, vardır. Bildiyiniz kimi, Bakıdakı Dövlət Bayrağı Meydanında asılan bayraq havada dalğalanan bütün bayraqlar arasında rekordçudur. Yəni bu, sadəcə böyük bayraq deyil, çox nəhəng bayraqdır. Bayraqlara dair tələblər məsələsinə gəldikdə isə, bayraqların hazırlanması üçün materialların iki tipi var - nisbətən yüngül və əlvan naylon və daha ağır, daha möhkəm poliester. Naylon bayraq sərt küləkli hava şəraitində istismara davam gətirmir, poliester bayraq isə sakit havada dalğalanmır. Buna görə də bayraq dirəklərinin operatorlarının sərəncamında həmişə istər naylon, istərsə də poliester materialdan hazırlanmış bir neçə bayraq dəsti olmalıdır. Biz Bakıdakı layihəni təhvil verərkən göstərmişik ki, güclü külək zamanı hər hansı materialdan olan bayraqları endirmək məsləhətdir. Bildiyiniz kimi, küləyin sürəti saniyədə 20 metr olduqda bu cür külək qasırğa hesab edilir. Bununla əlaqədar, dəniz səviyyəsində və 162 metr hündürlükdə küləyin sürəti arasındakı fərqi xüsusi qeyd etmək istərdim. Adətən, hündürlükdə küləyin sürəti saniyədə 6-8 metr çox olur. Beləliklə, küləyin sürəti saniyədə 20 metrdən çox olduqda bayraq endirilməlidir. Bu, dünyada istifadə edilən bütün bayraqlar üçün tamamilə normal haldır. Yalnız bu yolla hər bir bayrağın uzunömürlü olmasını təmin etmək mümkündür.
- Başqa sözlə desək, Bakının küləklər şəhəri olması faktı təkcə bayraq dirəyinin konstruksiyasında deyil, bayraqların özlərinə münasibətdə də nəzərə alınmışdır?
- Məhz belədir. Yuxarıda qeyd etdiyim kimi, biz bayraqlardan küləyin sürəti müəyyən həddi aşmadığı şəraitdə istifadə olunmasını tövsiyə edirik, küləyin sürəti bu həddi aşdıqda bayrağı endirmək lazımdır. Bizim hesablamalara görə, Bakıda bu cür günlərin sayı ildə 40-50-dən çox deyildir. Qalan vaxtda bayraq şəhərin üzərində sakitcə dalğalana bilər.
- Bu möhtəşəm layihə üzərində işi tamamladıqdan sonra siz hansı hisslər keçirirsiniz?
- Səmimi deməliyəm, mən dünyada ən uca bayrağı məhz Bakıda ucaltdığıma görə fəxr edirəm. Mənim burada işlədiyim iki ildə sizin şəhəriniz mənə çox doğma olmuşdur. Burada mən çoxlu yaxşı dost qazanmışam və əminəm ki, buraya tez-tez qonaq gələcəyəm.
Xəbər lenti
Hamısına baxElanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26

