Toronto bəyanatı Azərbaycan diplomatiyasının böyük uğurudur
06.07.2010 [11:23]
“Trend”in Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini, “Vestnik Kavkaza” internet-portalının baş redaktoru, “Trend”in Ekspertlər Şurasının üzvü Aleksey Vlasovla xüsusi olaraq “Yeni Azərbaycan” qəzeti üçün müsahibəsi:
- Füzuli və Kəlbəcər rayonlarının tezliklə işğaldan azad olunması ilə bağlı fikirlər nə dərəcədə əsaslıdır? ABŞ qoşunlarının Füzulidə, rus qoşunlarının isə Kəlbəcərdə yerləşdirilməsi ilə bağlı ehtimallara münasibətiniz necədir?
- Hesab edirəm ki, yaxın vaxtlarda iki rayonun məsələsi həll olunacaq. Yaxın vaxtlar dedikdə, mən 2010-2011-ci illəri nəzərdə tuturam. Buna məni ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin üç prezidentinin Toronto sammitində verdikləri bəyanat inandırır. Lakin münaqişə zonasında sülhməramlıların yerləşdiriləcəyini düşünmürəm. çünki, nə Azərbaycan, nə də Ermənistan kontingentin hansı ölkəyə məxsus olmasından asılı olmayaraq, onların Dağlıq Qarabağ ərazilərinə gəlib çıxmalarında maraqlı deyillər. 1994-cü ildə atəşkəs haqqında sazişin imzalandığı andan Dağlıq Qarabağ münaqişəsinin xüsusiyyəti ondan ibarətdir ki, Dnestryanı və ya Cənubi Osetiya və Abxaziyadan fərqli olaraq, orada sülhməramlı kontingent yerləşdirilməyib. Və qoşunların bölmə xəttində sülhməramlıların görünməsi prinsip etibarilə nə Bakının, nə də Yerevanın hazır olmadığı başqa bir vəziyyət yaradacaq, daha doğrusu, bu addımın nəticələrini hesablamaq mümkün deyil. Qaçqınların köçürülməsindən sonra azərbaycanlı və erməni əhalinin təhlükəsizliyi məsələsi olacaq, çox ehtimal ki, buna ikitərəfli səviyyədə, yəni, bilavasitə Ermənistanla Azərbaycan arasında baxılacaq. Bu çətin addımdır, lakin əgər razılaşma əldə olunarsa və saziş imzalanarsa, bu, iki rayonun qaytarılmasından daha güclü irəliləyiş olacaq.
- Siz prezidentlərin bəyanatını necə qiymətləndirirsiniz? Bu bəyanat Azərbaycan tərəfinin mövqelərinə nə dərəcədə uyğundur?
- Prezidentlərin Torontodakı sammitdə verdikləri bəyanatın 90 faizi Bakının mövqeyini əks etdirir və şübhəsiz ki, bu, Azərbaycan diplomatiyasının böyük uğurudur. İndiyədək Dağlıq Qarabağla bağlı xeyli sayda bəyanat və bəyannamələr imzalanıb. Lakin burada, biz onu deyə bilərik ki, vasitəçilər nöqtə qoydular və nizamlanmanın parametrləri üzrə aydın və yekun mövqeni formalaşdırdılar. Bu baxımdan həmin sənəd irəliləyişdir. İndi top Yerevan tərəfdədir və Serj Sarkisyanın reaksiyası bir çox amillərdən asılı olacaq. Erməni xarici siyasi məsələsində bu subyektivlik mənə irəliləyişin Yerevan tərəfindən dəstəklənəcəyini əminliklə söyləməyə imkan vermir.
- Siz ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza, o cümlədən, Azərbaycana səfərini necə qiymətləndirirsiniz? Bu səfərin Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə dinamiklik verəcəyini gözləmək olarmı?
- Hillari Klintonun səfəri o baxımdan vacibdir ki, dövlət katibi ABŞ-ın o mövqeyini təkrarladı ki, Azərbaycan rəhbərliyinin bunları eşitməsi vacib idi. Azərbaycana qarşı daha müsbət münasibətin möhkəmləndirilməsi də çox vacibdir. Dağlıq Qarabağla bağlı nə söyləmək mümkün idisə, onların hamısı prezidentlərin bəyanatında deyilib. Bundan sonra söhbət bu ideyaların reallaşdırılması mexanizmləri barədə gedə bilər. Lakin bu, mənə elə gəlir ki, bu səfərin formatına daxil deyildi. Görünür, bu məsələ başqa formada və başqa səviyyədə irəliyə aparılacaq. Ola bilsin ki, yaxın gələcəkdə bilavasitə iki tərəfin görüşündə reallaşdırma ilə bağlı konkret addımlar səsləndiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

