/ / Azərbaycanda mövcud olan milli həmrəylik Vətən müharibəsində möhtəşəm zəfərin əldə edilməsində mühüm rol oynadı
Azərbaycanda mövcud olan milli həmrəylik Vətən müharibəsində möhtəşəm zəfərin əldə edilməsində mühüm rol oynadı
16.02.2021 [09:12]
Sübut Əsədov: Siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi, dialoq prosesinin dərinləşdirilməsi milli həmrəyliyin gücləndirilməsində olduqca əhəmiyyətli faktordur
Müsahibimiz Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədovdur:
- Sübut müəllim, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın möhtəşəm zəfər qazanması ilə həm ölkəmizin, həm də regionun inkişafı baxımından yeni perspektivlər yaranıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq prosesi çərçivəsində görülən işlər barədə nə deyə bilərsiniz?
- Uzun illər düşmən tapdağında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edilməsi tarixi hadisədir. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri elə bir şücaət göstərib ki, bütün dünya ordumuzun və dövlətimizin qüdrətinin şahidi olub. Təbii ki, əldə edilən möhtəşəm qələbədən sonra işğaldan azad olunan ərazilərimizdə minatəmizləmə, bərpa və yenidənqurma işlərinə başlanılıb. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən ərazilərdə minalardan təmizləmə, infrastruktur layihələri və tikinti işlərinin ən müasir standartlara cavab verməli olduğunu xüsusi vurğulayıb. İşğaldan azad edilmiş rayonların bərpası və inkişafı üzrə konsepsiyanın hazırlanması da onu deməyə əsas verir ki, bu istiqamətdə bütün işlər planlı şəkildə həyata keçiriləcək. Üstəlik, həmin rayonların iqtisadi potensialı regiona yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Artıq bizə dost olan Türkiyə, İtaliya və Böyük Britaniya şirkətlərinin yenidənqurma işlərinə cəlb edilməsi prosesi gedir.
Onu da qeyd edim ki, müharibədən sonra yaranmış yeni reallıqlar həm Azərbaycanın, həm də regionun inkişafı baxımından mühüm perspektivlər vəd edir. Bu baxımdan, 11 yanvarda Moskvada imzalanan üçtərəfli bəyanat həm Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasının quru yolu ilə əlaqələrinin bərpası, həm də regionda nəqliyyat-kommunikasiya xətlərinin şaxələnməsi istiqamətində əhəmiyyətli işlərin görülməsini nəzərdə tutur.
- Müharibə zamanı Azərbaycan xalqı güclü milli birlik və həmrəylik nümayiş etdirdi. Bu prosesə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da mühüm töhfə verdilər. Son illərdə geniş vüsət alan siyasi islahatların və yeni siyasi konfiqurasiyanın formalaşması fonunda milli həmrəyliyin önəmi və qələbənin əldə olunmasında rolu haqqında fikirlərinizi bilmək istərdik...
- Əvvəlcə qeyd edim ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar cəmiyyətdə olduqca müsbət qarşılanır. Belə ki, son bir neçə ildə struktur islahatları, kadr dəyişiklikləri, habelə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə geniş vüsət alıb. Siyasi islahatlara gəlincə, bu istiqamətdə atılan addımlar yeni siyasi konfiqurasiyanın formalaşmasını şərtləndirib. Eyni zamanda, yeni struktur islahatları çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və şöbə tərəfindən siyasi dialoq işinin səmərəli təşkili bu işə xüsusi töhfə verib.
Əlbəttə, siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi, dialoq prosesinin dərinləşdirilməsi milli həmrəyliyin gücləndirilməsində olduqca əhəmiyyətli faktordur. Əldə edilən milli həmrəyliyin nəticəsində Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı Ali Baş Komandanın yürütdüyü siyasətə birmənalı şəkildə dəstək verib. Əksər siyasi partiyalar, o cümlədən sədri olduğum Respublikaçılar Partiyası bu həmrəyliyə qoşulub. Beləliklə, Azərbaycanda mövcud olan milli həmrəylik Vətən müharibəsində möhtəşəm zəfərin əldə edilməsində mühüm rol oynadı.
- Sübut müəllim, müharibə dövründə milli həmrəyliyə qoşulmayan, hətta prosesi sabotaj etməyə çalışan radikal müxalifət və “beşinci kolon”un təmsilçiləri indi də ictimai rəyi yanıltmaq üçün sosial şəbəkələrdə pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Qələbəmizə kölgə salmağa çalışan belə qruplaşmaların bu cür təxribatçı hərəkətlərinə münasibətiniz necədir?
- Bir daha qeyd edim ki, Vətən müharibəsi dövründə, antimilli qruplaşma istisna olmaqla, bütün digər siyasi qüvvələr Azərbaycan xalqının haqq işinə öz dəstəyini verdi. Ölkənin əksər siyasi partiyalarının birgə bəyanatına qoşulmayanlar isə 30 il əvvəl torpaqlarımızın düşmən tapdağına düşməsinə görə məsuliyyət daşıyanlardır. Azərbaycanın torpaqlarının itirilməsinin səbəbkarı AXC-”Müsavat” cütlüyü olub. Məhz onların hakimiyyəti dövründə torpaqlarımız işğal altına düşüb.
Təəssüf ki, radikal müxalifət və “beşinci kolon”un təmsilçiləri bu gün də ictimai rəyi yanıltmaq üçün sosial şəbəkələrdə pozuculuqla məşğul olurlar. Antimilli şura xain simasını bir daha ortaya qoyur.Hesab edirəm ki, hazırda ölkə daxilində və xaricdə anti-Azərbaycan təbliğatı aparanların, qələbəmizə kölgə salmağa çalışanların pozuculuq fəaliyyəti öz xəyanətlərini ört-basdır etmək cəhdləridir. Sözsüz ki, otuz il əvvəl torpaqlarımızın işğal altına düşməsində rolu olanlar və Vətən müharibəsində antimilli mövqe nümayiş etdirənlər xalqımızın haqlı qınağından xilas ola bilməyəcəklər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

