/ / Nizami Gəncəvi irsini geniş təbliğ etməklə bir daha Azərbaycanın zəngin mədəniyyətini dünya ictimaiyyətinə nümayiş etdirəcəyik
Nizami Gəncəvi irsini geniş təbliğ etməklə bir daha Azərbaycanın zəngin mədəniyyətini dünya ictimaiyyətinə nümayiş etdirəcəyik
09.01.2021 [09:50]
Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məciddir:
– Rəşad müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi İli" elan olunub. Bu ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan olunmasının əhəmiyyəti nədən ibarətdir?
–2020-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli, nəhayət, Azərbaycanın qələbəsi ilə başa çatdı. Bütün dünya xalqımızın tarixən yurdsevər və döyüşkən olduğunu bir daha gördü. Azərbaycan həm də zaman-zaman bəşər mədəniyyətinə dahi sənətkarlar, alimlər, mütəfəkkirlər vermiş bir ölkə kimi tanınıb. 2019-cu ili "Nəsimi İli" olaraq əlamətdar etməyimiz, 2021-ci ilin isə "Nizami Gəncəvi İli" elan edilməsi bu baxımdan Azərbaycanı dünyaya qədim sivilizasiya mərkəzlərindən biri kimi tanıtmağa xidmət edir. Azərbaycan ötən il dünyaya Zəfər çalmış qüdrətli dövlət olaraq tanıdıldı, bunun ardınca isə bu il bəşər mədəniyyətinə Nizami kimi korifey sənətkarlar vermiş istedadlı insanlar məmləkəti kimi təqdim olunacaq.
Bu münasibətlə Prezident İlham Əliyevin imzaladığı Sərəncam ötən ilin Qələbə duyğusu və düşüncələrinin davamı olaraq, xalqımıza Nizami dahiliyindən doğan öyünclü bir il yaşadacaq. Bu baxımdan, dövlət başçısının Sərəncamını milli-mənəvi dəyərlərimizin ali səviyyədə diqqətdə saxlanılması ilə yanaşı, həm də qalib xalqa verilən Prezident hədiyyəsi də hesab etmək olar. Yəni öz yurdunu işğaldan azad etməklə yağılardan qorumuş bir xalqın öz qələbə təntənələrini dünya miqyasında korifey sayılan bir şairi və mütəfəkkiri ilə öyünməklə davam etdirməyə tam haqqı çatır.
– Dövlət başçısının Sərəncamında orta əsrlər Azərbaycan intibahının zirvəsi sayılan Nizami Gəncəvi böyük sevgi və iftixarla "Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət" kimi təqdim olunur...
– Sərəncamda bildirilir ki, nəhəng söz ustasının xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Xatırlatdığım kimi, 2 il bundan qabaq ölkəmizdə "Nəsimi İli" elan olunmuşdu. Cənab Prezidentin "Nəsimi İli" elan etməyinin bir səbəbi də işğalçı Ermənistanın xalqımıza qarşı böhtan və yalanlarının dünya səviyyəsində cavablandırılması idi. Bu ilin də "Nizami Gəncəvi İli" olması həmin məram və məntiqin davamı olaraq, cənab Prezidentin böyük məna yükü olan müdrik addımıdır.
Nizami dühasının nadirliyini bir daha nəzərə çatdıran Prezidentin Sərəncamında xatırladılır ki, Azərbaycan poeziyasının nəhəngi zaman-zaman dünya şərqşünaslığının da diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində isə daha önəmli işlər görülüb. Şairin əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi tikilib, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Qeyd edim ki, Ümummilli Lider Heydər Əliyev də Azərbaycana rəhbərliyi dövründə Nizami irsinə xüsusi diqqət yetirmişdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar dahi şairin həyat və yaradıcılığının tədqiqi və təbliği üçün geniş imkanlar yaratmışdı. O zaman da yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdi. Müstəqillik dövründə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edildi.
Sərəncamdan aydın olur ki, dünya bu il Nizami Gəncəvinin yaradıcılığına bir daha nəzər salacaq. Dünya Nizami Gəncəvinin yaradıcılığına geniş miqyasda və dərindən qayıdacaq. Dünya bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olmasına şahidlik edəcək. "Nəsimi İli"ndə olduğu kimi, bu ilin də nəzərdə tutulduğu səviyyədə keçirilməsi üçün yaradıcı və elmi təşkilatlarla yanaşı, müvafiq dövlət və vətəndaş qurumları da öz layiqli töhfələrini verəcək.
– Azərbaycan Yazıçılar Birliyi "Nizami Gəncəvi İli" çərçivəsində dahi şairin 880 illik yubileyinə həsr olunmuş hansı tədbirləri həyata keçirəcək?
– Ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradan böyük şairimiz Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çoxsaylı davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub.
Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi ilə bağlı Sərəncamın diktə etdiyi məna və mahiyyət, eləcə də nəzərdə tutulan silsilə tədbirlər Azərbaycanı beynəlxalq aləmə dünya miqyasında dahilər yetirən bir coğrafi məkan kimi tanıtmağa xidmət edəcək.
Təbii ki, Yazıçılar Birliyi də Mədəniyyət Nazirliyi və digər icra qurumları ilə birgə silsilə tədbirlər həyata keçirəcək. Artıq biz bu məsələni təşkilatımızda müzakirə etmişik. Vaxtilə "Nizami Poeziya Günləri" keçirilib. Bu poeziya günlərini bərpa etməyi qərara almışıq. Gəncədə və Göygöl ətrafında xarici qonaqların iştirakı ilə bu tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Bu ənənənin bərpa olunması ilə yanaşı, il ərzində başqa tədbirlərimiz də olacaq.
Bütövlükdə, Nizami Gəncəvi irsini geniş təbliğ etməklə bir daha Azərbaycanın zəngin mədəniyyətini dünya ictimaiyyətinə nümayiş etdirəcəyik.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59

