Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
15.09.2020 [08:56]
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə www.yap.org.az saytına müsahibə verib:
- Pərvin xanım, sentyabrın 15-də ölkəmizdə yeni tədris ili başlayır. Bu baxımdan, Azərbaycanda təhsilin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.
Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan illər ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunur.
- Ölkəmizdə təhsil infrastrukturu quruculuğu da diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?
- Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır, Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır.
Bütün ölkənin pandemiya bəlasına qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda belə təhsil infrastrukturunun inkişafı daim dövlətin və dövlət başçısının diqqət mərkəzində olub.
Bütövlükdə, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir. İlin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir.
Ümumiyyətlə, təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Son 17 ildə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və tapşırıqları əsasında təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 2020-ci ilin sonuna qədər 98 ümumtəhsil məktəbi 60-ı modul tipli olmaqla məktəblilərin ixtiyarına veriləcək. Ümumilikdə 2016-cı ildən başlayaraq 293 modul tipli məktəb Azərbaycanda inşa edilib. Bu, innovativ layihədir, çünki bu layihələr Azərbaycanın ən ucqar yerlərində belə məktəb infrastrukturunun yaxşılaşmasını birbaşa nümayiş etdirir. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və bunun tamamlanması, Prezidentin müvafiq tapşırığına müvafiq olaraq, 2021-2022-ci ildə başa çatmalıdır. Bu, analoqu olmayan bir faktdır. Dünyanın heç bir yerində belə qısa vaxt ərzində bu qədər məktəb inşa edilməyib.
- Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əhəmiyyəti nədən ibarətdir?
- Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edib, bu sahədə genişmiqyaslı işlər reallaşdırıb. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən artıq şagirdin təhsil aldığı 600-dək məktəb binası inşa olunub və yenidən qurulub.
Bu məktəblərin hər birində müasir laboratoriyalar, kitabxanalar, yeməkxanalar, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxanalar, idman zalları, geniş meydançalar yaradılıb. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

