YAP-ın seçki planı bu yaxınlarda hazır olacaq
09.03.2010 [09:45]
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov APA-ya müsahibə verib:
- 2010-cu il Azərbaycanda parlament seçkiləri baxımından önəmli ildir. ölkədə demokratik seçkilərin keçirilməsi üçün normal şərait varmı?
- Həm iqtisadi göstəricilərinə, həm də seçki ilinə görə ötən il də Azərbaycan üçün uğurlu olub. Mən hesab edirəm ki, həm Azərbaycandakı ictimai-siyasi vəziyyət, həm Azərbaycanın coğrafi mövqeyi, həm də baş verən hadisələr ölkədə azad, ədalətli, demokratik seçkilərin keçirilməsinin mümkünlüyünü söyləməyə tam əsas verir.
- Amma Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər səslənir, hətta, Siz də belə təkliflər irəli sürmüsünüz...
- Seçki Məcəlləsinə dəyişikliklə əlaqədar bəzi adamlar ümumi qaydada çıxış edir, deyirlər ki, məcəllə dəyişməlidir. Lakin soruşanda ki, hansı bəndə, hansı maddəyə dəyişiklik edilməlidir, ortaya konkret heç nə qoymurlar. Nə dəyişilməlidir, seçkilərin keçirilməsinə hansı maddə mane olur, prosedur necə olmalıdır? Konkret heç nə demirlər, deyə də bilməzlər. Azərbaycanda Seçki Məcəlləsi ilə bağlı konkret fikir deyə biləcək 5-10 adam varsa, onlardan da biri mənəm. çünki, həm nəzəri, həm də praktik baxımdan hazırki Seçki Məcəlləsini çox yaxşı bilirəm. Kimsə hardasa nə isə oxuyubsa, bəlkə də, heç oxumayıb, Seçki Məcəlləsinin üzünü görməyib, amma təklif edirsə ki, Seçki Məcəlləsi dəyişməlidir, mən hesab edirəm ki, onların heç bir tutarlı arqumenti də yoxdur. Yalnız bir detala toxunurlar ki, seçki komissiyaları dəyişməlidir. Seçki komissiyaları ilə bağlı Azərbaycanda bütün variantlardan istifadə olunub. Son nəticədə ən optimal variant seçilib və bu variantla da azad, ədalətli seçkilər keçirilir. Mənim isə konkret maddələrlə bağlı bir sıra təkliflərim var. Bunlar da prosedur qaydalarla bağlı məsələlərdir. Orada elə məsələlər var ki, heç bir əhəmiyyəti yoxdur - tutaq ki, imzanın verilmə vaxtının qeyd olunması, şəxsiyyət vəsiqəsinin alınma tarixi və digər məsələlər...
- Digər partiyalar parlament seçkilərinə hazırlığa başlayıb. YAP da hazırlığa start veribmi?
- Bu ilin əvvəlində YAP İdarə Heyətinin iclası keçirildi, orada partiyanın iş planını hazırladıq. 2010-cu ilin iş planının 60 faizi məhz parlament seçkilərinə ayrılıb. Bununla bağlı biz seçki planının da hazırlanmasına başlamışıq və bu yaxınlarda yekunlaşdıracağıq. Bu planda seçki gününə qədər atılacaq addımlar əksini tapıb. Hazırda biz rayon-şəhər təşkilatları ilə görüşlər keçiririk, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, qərargahlarının vəziyyəti, seçkilərə hazırlıq səviyyəsi ilə bağlı hesabatlarını dinləyib müvafiq tövsiyələr veririk. Bu prosedur başa çatandan sonra ərazilərin təhlili aparılacaq. Seçki ilə bağlı görülən işlər əsasən iki məsələdən - tədqiqat və təhlildən asılıdır. Biz təhlili yekunlaşdırandan sonra tədqiqat aparıb, hər bir seçki dairəsinin xüsusiyyətlərini öyrənib, o dairələrdən hansı namizədlərin irəli sürülməsini müəyyənləşdirəcəyik.
- Namizədlərin müəyyənləşməsinə nə vaxt başlanacaq?
- Bu, seçki dairələrinin xüsusiyyəti öyrəniləndən sonra olacaq. Yəni rayonlarda sosial, cinsi, milli qrupların siyasi əhval-ruhiyyəsi vəziyyəti necədir, bunlar öyrəniləcək. Keçmiş namizədlər, bu dəfə onların hansının namizədliyini yenidən irəli sürmək ehtimalı var, bunların hamısını təhlil edib qərar verəcəyik. Əgər bizim ötən dəfə irəli sürdüyümüz namizəd özünü tam doğruldubsa, biz yenə də həmin şəxsin namizədliyini irəli sürəcəyik. Əks halda, həm dəyişiklik, yerdəyişmə baş verər, həm də yeni namizəd ola bilər. Bələdiyyə seçkilərində biz bu tədqiqatı apardıq, keçmiş namizədlərin cəmi 30 faizi yenidən irəli sürüldü. Kimlər etimadı doğrultmayıbsa, namizədliyi irəli sürülməyəcək.
- Sizcə, ötən dəfə YAP-ın parlamentə irəli sürdüyü namizədlər özlərini nə qədər doğrulda biliblər?
- ümumilikdə, mən YAP-dan olan millət vəkillərinin parlament fəaliyyətini yaxşı qiymətləndirirəm. Fərdi qaydada isə təbii ki, bu namizədlər arasında çatışmayan cəhətləri olanlar, bu proses ərzində göstərilən etimadı bu və ya digər şəkildə doğrultmayanlar da var. Yəni burada, həm seçicilərin, həm partiyanın etimadını doğrultmaq məsələsinə diqqət yetirilməlidir. Bundan başqa, parlamentin qanunvericilik işində iştirak, beynəlxalq təşkilatlarda parlamenti təmsil etmək və digər yanaşmalar var. Bu təhlillər davam edir.
- Bu dəfə köhnə namizədlərdən neçə faizi yenidən namizəd ola biləcək?
- Bu, kollektiv müzakirələr nəticəsində qəbul olunan qərardır, ən əsası isə partiyanın Sədrinə məruzə olunduqdan sonra Sədrin iradəsindən asılı olan məsələdir. Təhlillər hamısı partiyanın Sədrinə təqdim olunacaq, sonra İdarə Heyəti müvafiq qərar qəbul edəcək.
- Parlament rəhbərliyinin dəyişməsinə nə qədər ehtiyac var?
- Dünyada parlamentin tərkibi də, rəhbərliyi də uzunmüddətli olur, məsələn bir çox ölkədə bu müddət 30-40 ildir. Yəni bu, artıq işdir, parlament üzvü bunu öyrənib, bu sahədə mütəxəssisləşib. Parlament rəhbərliyi cəmi 5 ildir, seçilib. Bu müddətdə də uğurlu işlər aparılıb. Güman edirəm ki, bu fəaliyyət gələcəkdə də davam edəcək.
- Müxalifət partiyalarının parlament seçkilərinə hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?
- Müxalifət seçkilərə hazırlığa bir-birinə qarşı ittihamlarla başlayıb. Seçkiyə hazırlığa başlamaq üçün potensial lazımdır. Müxalifətin isə belə bir potensialı yoxdur. Yəni, ancaq qəzet üzərində bəyanat verirlər ki, hazırlığa başladıq. Harada başlayıblar, nə ilə başlayıblar? Biri deyir ki, 100 namizəd müəyyənləşdirib, o biri deyir 150 namizədi var. Bir-biri ilə bəhs edirlər. Amma bu namizədlər haradadır? Əgər belə namizədləri vardısa, bələdiyyə seçkilərində irəli sürəydilər. Amma bələdiyyələrdə müxalifət ümumilikdə heç 200 namizəd irəli sürə bilmədi. Yəni blok yaratmaq, namizəd müəyyən etmək bir şoudur, atıblar ortaya... Bunun da ətrafında bir ajiotaj yaratmağa çalışırlar. Amma istər “Azadlıq” blokunun, istər digərlərinin heç birinin potensialı yoxdur. Hərəsindən 3-4 namizəd ola bilər, bu da olsa... Mən düşünürəm ki, bu seçkilərdə 30-a yaxın partiya iştirak edəcək, onların da hərəsi iki namizəd irəli sürsə, bu da 60 namizəd edir.
- Müxalifət daxilində agent məsələsi ilə bağlı başlayan qarşılıqlı ittihamları necə qarşıladınız?
- Əslində, bunlar ittiham deyil, həqiqətdir. Biz vaxtında bu həqiqətləri demişik. İndi onlar bizim dediyimiz sözləri təsdiq edirlər. Vaxtında biz deyəndə ki, bəzi partiyaların daxilində Rusiyanın, İranın agentləri var, hamısı etiraz edirdi. Bizim dediyimiz fikirləri İsa Qəmbər 10 il sonra təsdiq etdi. Vaxtında biz deyəndə ki, nəyə görə İsa Qəmbər vaxtında Əbülfəz Elçibəyin vahid namizəd olmasına razılıq vermədi? İndi həmin sözləri Əvəz Temirxan deyir. İndi İsa Qəmbər bildirir ki, “Mən Elçibəy yolu gedirəm, o mənim siyasi liderimdir”. Hansı ki, Elçibəy dəfələrlə xahiş etdi ki, imkan verin seçkilərə tək gedim, amma İsa Qəmbər imkan vermədi. Xalq Cəbhəsinin parçalanmasında, dağılmasında İsa Qəmbərin bilavasitə rolu oldu. Yəni bunların hamısını biz vaxtilə demişik. Bunu Azərbaycan əhalisi də, mətbuatı da bilir. İndi isə onlar həmin fikirləri yenidən gündəmə gətirirlər. 1990-cı illərdə başqa-başqa xüsusi orqanlar tərəfindən xalq hərəkatına müəyyən adamlar yeridiliblər. İndi də onlar həmin partiyaların rəhbərləridir. Hamının gözünün qarşısında olub ki, Polyaniçko indiki Şəhriyar Klubunda onları yığıb mitinqdə çıxış etmək üçün kurs keçirdi. Onlar həmin adamlardır. Onlar Gənc Alimlər Klubuna da daxil idi, ayrı-ayrı kəşfiyyat orqanlarına işləyirdilər, indi də həmin mərkəzlərə işləyirlər və onlardan maliyyə dəstəyi alırlar.
- Əgər xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyənlər varsa, bu dövləti cinayətdir. Nə üçün həmin şəxslərlə bağlı hüquq-mühafizə orqanları tədbir görmür?
- Təbii ki, bunlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Amma bu, elə məsələdir ki, gərək, fakt olsun, necə deyərlər əlində tutasan. Yəni, məntiqi cəhətdən bu belədir. Amma hüquq elmi belədir ki, gərək həmin şəxslər maliyyə dəstəyi aldıqları yerdə tutulsunlar. Ruslan Bəşirli pul aldığı yerdə tutuldu. İndi onu siyasi məhbus adlandırırlar. Amma hamı gördü ki, o, ermənidən Azərbaycanda iğtişaş yaratmaq üçün pul alır. Bu kimi hallar çox olur, amma onların hər birisini izləmək çətindir. Tutaq ki, Amerikaya, Avropaya, İrana, Rusiyaya, Türkiyəyə çağırırlar və orada müəyyən maliyyə dəstəyi verirlər. Bu zaman onların qarşısına konkret tapşırıqlar qoyulur.
- “Eks prezidentlərin statusu haqqında” qanunun qəbuluna məhz bu statusun Əbülfəz Elçibəyə şamil edilib-edilməməsi məsələsinin mane olduğu bildirilir. Bu status Elçibəyə şamil olunmalıdırmı?
- Bu qanun fərdə görə qəbul olunmur. Bu məsələni biz Konstitusiyaya salmışıq. Əgər Milli Məclis bunu lazım bilməsəydi, referendum aktına daxil etməzdi. Konstitusiyaya əlavə və dəyişiklik edildikdən sonra parlamentdə bir sıra qanun qəbul olundu. “Eks-prezidentlərin statusu haqqında” qanun da gündəlikdə var, parlamentdə qəbul olunacaq. İndi onun hazırlanması prosesi gedir. Bu prosesdə də dünyanın inkişaf etmiş ölkələrinin, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərin praktikasından və Azərbaycanın öz qanunvericilik təcrübəsindən istifadə edərək müəyyən edəcəyik ki, kim eks-prezident statusunu ala bilər. Qanun o kəsə şamil olunur ki, o xalq tərəfindən seçilib, Azərbaycan Respublikasının prezidenti vəzifəsində müəyyənləşmiş müddət ərzində çalışıb. Bundan başqa, qanun səhhəti, o cümlədən dünyasını dəyişməsi və digər səbəblərdən vəzifəsini başa çatdıra bilməyən prezidentlərə də şamil olunur. Vəzifə başında cinayət törətmək, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, xalqı təhlükəli vəziyyətdə qoyub qaçmaq və digər hallarda onlara eks-prezident statusu şamil olunmur. Dünya praktikasında da bu belədir.
- Bu status eks-prezident və onun ailəsinə hansı üstünlüklər verəcək?
- Toxunulmazlıq statusu, sosial təminat, özünün və ailəsinin dövlət mühafizəsi və digər məsələlər eks-prezidentlərə şamil olunacaq.
- YAP-ın bəzi rayon təşkilatlarının qərargahları mərkəzi qərargahdan daha böyükdür. Partiyaya mərkəzi qərargahın tikilməsi ilə bağlı təkliflərin reallaşması istiqamətində hansı addımlar atılır?
- Partiyanın yerli təşkilatları yığılan üzvlük haqları hesabına özlərinə yeni qərargahlar tikir və ya təmir edirlər. Düzdür, biz də istəyirik ki, mərkəzi qərargah rayon təşkilatlarının qərargahlarından daha yaxşı olsun. Hələlik isə bu qərargah bizi qane edir.
- Yeni qərargah tikmək planı varmı?
- Planda var.
- Dövlət rəsmilərinin işğal altında olan torpaqların hərbi yolla geri qaytarılması ilə bağlı bəyanatlarını necə qiymətləndirirsiniz? Ordumuz müharibəyə hazırlaşmalıdırmı?
- Bizim ordu müharibəyə hazırdır. çünki, indi atəşkəsdir, müharibə bitməyib, sadəcə, döyüş bitib. Növbəti döyüş isə hər saat, hər dəqiqə başlaya bilər. ötən il Azərbaycanda hərbi parad keçirildi. Azərbaycan ordusu postsovet ölkələri içərisində bir neçə ölkəni çıxmaqla ən güclü ordudur.
- Hərbi əməliyyatlara başlamağın vaxtıdırmı?
- Bu proses yetişir. Ermənistan tərəfindən lazımı addımlar atılmayacaqsa, bu qaçılmazdır. Amma bunun məqamı var. Sülh danışıqları gedir və bu nəticə verməsə, gec-tez hərbi yolla torpaqları azad edəcəyik. Biz torpağımızı heç kimə güzəştə getməyəcəyik. Bunu Ermənistan tərəfi də, onlara himayədarlıq edən dövlətlər də bilir. Nəyin bahasına olur olsun, torpaqları azad edəcəyik. Buna bizim hüququmuz da, mənəvi haqqımız da, gücümüz də var.
- Sizcə, sülh danışıqları üçün konkret müddət müəyyən etmək lazımdırmı?
- Təbii. Ermənistan hər dəfə danışıqlardan qaçır. Bu da Azərbaycanı sövq edir ki, işğal olunmuş torpaqları hərb yolu ilə azad etsin. Ermənilərin belə yalançı mövqeyi axırda ona gətirəcək ki, Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs rejimi pozulacaq, Azərbaycan ərazi bütövlüyünü hərbi yolla təmin edəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

