Ölkəmizdə siyasi dialoqun davam etməsi milli maraqlarımıza uyğundur
19.03.2020 [09:14]
Sabir Rüstəmxanlı: Müxalifət partiyalarının fəaliyyəti ümummilli maraqlardan kənara çıxmamalıdır
Müsahibimiz Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlıdır:
- Sabir müəllim, hazırda gündəmin əsas mövzularından biri ölkəmizdə siyasi islahatların əhəmiyyəti ilə bağlıdır. Bildiyimiz kimi, VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə siyasi sistemin inkişafı və siyasi konfiqurasiya ilə əlaqədar fikirlərini də diqqətə çatdırıb. Sizin bu məsələyə münasibətiniz necədir?
- Əvvəlcə onu qeyd edim ki, mən Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdəki çıxışını tarixi bir çıxış hesab edirəm. Dövlət başçısı çıxışında bir çox vacib məsələlərə toxundu. Həmin məsələlərdən biri də ölkəmizin siyasi mühitində vəziyyətin yaxşılığa doğru dəyişdirilməsi ilə bağlı idi. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, müxalifəti təmsil edən partiyaların Milli Məclisin işində fəal iştirakı, vitse-spikerlərdən birinin, komitə sədrlərinin müavinlərinin müxalifət partiyalarının nümayəndələrindən seçilməsi siyasi mühitdə müsbət tendensiyasının göstəriciləridir. Bütün bunlar, əlbəttə ki, dövlət başçısının təşəbbüsüdür.
Bu fikri Vətəndaş Həmrəyliyi Partiyası olaraq Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində keçirilən görüşümüzdə də demişik. Mən bir siyasi partiya rəhbəri olaraq həmin fikirdə qalıram ki, istər özünü radikal, ya da qeyri-radikal saysın, hər halda Azərbaycanda mövcud olan müxalifət partiyaları ilə ayrı-seçkilik qoyulmadan belə görüşlərin keçirilməsi, dialoqun qurulması zəruridir. Bizim cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, milli birliyin güclənməsi üçün bütün bunlar son dərəcə vacibdir.
- Bu məsələdə Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi nədən ibarətdir?
- Ümumiyətlə, bu mövqe Vətəndaş Həmrəyliyi Partiyasının bütün fəaliyyəti dövründə yürütdüyü siyasətdir. Çünki belə bir fəaliyyət ölkəmizin bugünkü və gələcək maraqları ilə üst-üstə düşür. Vətəndaş həmrəyliyi və milli birlik olmadan ölkənin inkişafı və problemlərin həlli mümkün deyil. Xüsusilə, müharibə şəraitində olduğumuzu nəzərə alsaq, ölkədə vətəndaş həmrəyliyi son dərəcə zəruridir. Həm də nəzərə alaq ki, çevrəmizdə bizi istəməyən dairələr var, milli birliyimizə qarşı olan qüvvələr mövcuddur. Belə olan halda ölkədə qarşılıqlı etimad, vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlər vacibdir. Siyasi partiyalar da bu baxımdan təşkilatlanmış institutlardır və onlardan istifadə etmək lazımdır.
- Vacib məsələyə toxundunuz. Siyasi münasibətlərin gücləndirilməsi aktual məsələdir. Bu prosesdə parlamentdə təmsil olunmayan siyasi partiyaların üzərinə hansı vəzifələr düşür?
- Azərbaycan Prezidentinin bu baxımdan tutduğu mövqe çox təqdirəlayiqdir. Dövlət başçısının təşəbbüsləri və tövsiyələri, əlbəttə ki, ümumi işimizin xeyrinədir və parlamentdə müxalifət partiyalarına olan münasibət cəmiyyətimizdə müsbət qarşılanır. Yəni iqtidarla müxalifətin əməkdaşlıq istəyi siyasi mühiti, təbii ki, yaxşılaşdırır.
Burada siyasi partiyaların da üzərinə müəyyən öhdəliklər düşür. Öhdəliklər deyəndə, bu, müxalifət partiyalarının hakimiyyətin mövqeyindən çıxış etməsi anlamına gəlmir. Əslində, bunu hakimiyyət də istəmir və ölkənin siyasi maraqları da bunu tələb etmir. Məncə, hər bir siyasi partiya apardığı siyasi xətti daha planlı etməlidir. Bu prosesi həm müstəqil, həm də təşkilatlanmış şəkildə davam etməlidirlər. Amma bütün bunlar ölkənin ümummilli maraqlarından kənara çıxmamalıdır. Onu da vurğulayım ki, parlamentdə Vətəndaş Həmrəyliyi Partiyasının bir nümayəndəsi Milli Məclis sədrinin müavinidirsə, bu o demək deyil ki, məsələlərə münasibətimizdə dəyişiklər olacaq. Biz bu günə kimi olan siyasi xəttimizi yenə də davam etdirəcəyik. Məsələlərə daha ciddi şəkildə yanaşacağıq. Əgər müəyyən məsələlərdə fikir ayrılıqları olarsa, parlament çoxluğu ilə fikrimiz üst-üstə düşməyəcəksə, biz öz mövqeyimizi müdafiə edəcəyik. Düşünürəm ki, bu yanaşma da ölkənin xeyrinədir.
- Sabir müəllim, belə bir şəraitdə siyasi dialoq məsələsi də öz aktuallığını saxlayır. Bəzi müxalifət partiyaları dialoqa getmək üçün əvvəlcədən şərtlər irəli sürür. Sizcə, yeni mərhələdə dialoqun gücləndirilməsi siyasi proseslərə nə kimi təsir göstərə bilər?
- Əvvəllər də iqtidarla müxalifət arasında dialoq olub. Bu dialoqda hakimiyyəti YAP-ın yuxarı səviyyəli nüməyəndələri təmsil edib. Hazırda bu məsələ daha da təkmilləşdirilib. Qeyd etdiyim kimi, Prezident Administrasiyasında müvafiq şöbənin yaradılması çox müsbət haldır. Hesab edirəm ki, şərt irəli sürmədən dialoq olmalıdır. Amma dialoq zamanı şərtlər irəli sürülə bilər. Dialoqun pozulmasına yönələn addımlar əslində, ölkənin xeyrinə ola biləcək proseslərə mane olmaqdır. Ona görə də, dialoqdan qaçmaq lazım deyil. Ölkəmizdə siyasi dialoqun davam etməsi milli maraqlarımıza uyğundur.
Düşünürəm ki, əgər hansısa partiya ilə hakimiyyət arasında inciklik varsa, o aradan qaldırılmalıdır. Vətəndaş həmrəyliyi, milli birlik üçün qarşılıqlı güzəştlər zəruridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

