/ / Xaricdə yaşayan bəzi radikal şəxslərin peşmançılığı Azərbaycan cəmiyyətindəki ictimai qınağın öz hədəfinə çatdığını sübut edir
Xaricdə yaşayan bəzi radikal şəxslərin peşmançılığı Azərbaycan cəmiyyətindəki ictimai qınağın öz hədəfinə çatdığını sübut edir
17.05.2019 [09:46]
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, bu günlərdə radikal müxalifətin Avropada yaşayan bəzi nümayəndələri tərəfindən müəyyən etiraflar, xüsusilə də Azərbaycanın dövlət başçısına qarşı fəaliyyətlərindən peşmançılıq ifadə edən bəyanatlar səslənməkdədir. Vaxtilə radikal mövqedən çıxış edən şəxslərin birdən-birə mövqe dəyişikliyi nümayiş etdirmələrinin səbəbləri barədə fikirlərinizi bilmək istərdik.
- Biz bu prosesləri pozitiv, müsbət hadisə kimi qarşılayırıq. Belə ki, əgər Azərbaycandan kənarda olan və özlərini “mühacir” adlandıran bəzi şəxslər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqına, onun maraqlarına birbaşa xidmət etdiyini başa düşür və bu baxımdan fikirlərində dəyişiklik edirlərsə, bu, müsbət haldır. Bu proses Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına və onun daha da möhkəmlənməsinə xidmət edir. Həmçinin bu proses onu göstərir ki, fərqli fikirlərə, qarşıdurmaya baxmayaraq, müəyyən zaman keçdikdən sonra haqq-ədalət öz yerini tapır.
Bu kontekstdən çıxış edərək demək mümkündür ki, bəzi radikal şəxslərin peşmançılığı, dövlət başçısından üzr istəməsi və etirafları Azərbaycan cəmiyyətində uzun müddətdir davam edən ictimai qınağın öz hədəfinə çatdığını sübut edir. Ümumiyyətlə, birdən-birə və ya hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bəzi şəxslərin Azərbaycanın, onun dövlət başçısının əleyhinə olan mövqelərində dəyişiklik etməsi proseslərini müsbət dəyərləndiririk.
- Peşmançılıq keçirən həmin şəxslərdən biri axırıncı bəyanatlarında Azərbaycana qayıtmaq, burada fəaliyyət göstərmək ehtimalını istisna etmir. Buna münasibətiniz necədir?
- Ümumiyyətlə götürəndə, istər həmin şəxs, istərsə də indiyə qədər xaricdə yaşayan digər biri Azərbaycana qayıtmaq istəyirsə, bu, mümkündür. Yəni Azərbaycanda bütün vətəndaşlarımız üçün yaşamaq, işləmək üçün şərait var. Bir çox vətəndaşımız bəzən təhsil almaq, bəzən də işləmək üçün xarici ölkələrə üz tutur. Xaricdə yaşayan çoxlu soydaşlarımız var ki, onlar zaman-zaman Azərbaycana qayıdır, öz bilik və bacarıqlarını burada tətbiq edirlər. Yəni Azərbaycana qayıtmaq, həmçinin Azərbaycandan getmək azad şəkildə həyata keçən proseslərdir.
- Əli müəllim, bu günlərdə Azərbaycanın Prezidenti İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 10 illiyinin qeyd olunması tədbirləri çərçivəsində Brüsselə uğurlu səfəri baş tutdu. Bu proseslərin fonunda bəzi antimilli qüvvələrin təxribat cəhdi də oldu. Xaricdəki bəzi radikalların peşmançılığı prosesi fonunda bu cür hərəkətləri necə qiymətləndirmək olar?
- Cənab Prezidentin Brüsselə sonuncu səfərini mütləq şəkildə uğurlu adlandırmaq olar. Ona görə ki, Azərbaycan regionun sürətli inkişafı ilə seçilən müstəqil dövləti kimi Avropa İttifaqı ilə qarşılıqlı sıx iqtisadi, siyasi və mədəni münasibətlərə malikdir, Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın qüdrətli dövləti olduğuna görə Azərbaycanın dövlət başçısı da Brüsseldə Avropa İttifaqı rəhbərləri tərəfindən çox böyük hörmətlə qarşılanıb, səmərəli görüşlər baş tutub. Bu görüşlər bir daha sübut etdi ki, bəzi üzdəniraqların neqativ davranışları Azərbaycan Prezidentinin və ölkəmizin nüfuzuna heç bir xələl gətirə bilməz.
Bu hadisə bir-iki antimilli şəxsin mənəvi-əxlaqi durumunun ən aşağı səviyyədə olmasının bir daha açıq şəkildə nümayiş etdirilməsidir. Çünki Azərbaycan Prezidenti ölkəmizdən kənara səfərlər zamanı Azərbaycan xalqını, dövlətimizi təmsil edir. Belə bir qeyri-etik və heç bir tərbiyəyə sığmayan davranış bütövlükdə həm Azərbaycan cəmiyyətində, həm də Avropada, o cümlədən Brüsseldə yaşayan soydaşlarımız tərəfindən kəskin şəkildə qınanılmaqdadır.
- Ümumiyyətlə götürəndə, belə demək mümkündür ki, xaricdə yaşayan soydaşlarımız, o cümlədən Avropadakı Azərbaycan diasporunun əksər üzvləri Azərbaycan Respublikasının, onun dövlət başçısının yürütdüyü xarici siyasəti tam dəstəkləyirlər.
- Əlbəttə, birmənalı olaraq deyə bilərik ki, Avropadakı Azərbaycan diasporu həmişə dövlət başçısının Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun şəkildə apardığı uğurlu və praqmatik siyasətə dəstək verir. Həmçinin xaricdə yaşayan soydaşlarımız, diaspor nümayəndələrimiz Azərbaycan Prezidentinin siyasətini dəstəkləyirlər, Onunla həmrəydirlər və diaspor qurumları tərəfindən vaxtaşırı keçirilən tədbirlər də bunun bariz nümunəsidir. Üç-beş nəfər təxribatçının sonuncu qeyri-etik davranışına gəlincə, onlar heç bir halda Avropada yaşayan əksər soydaşlarımızı, diasporumuzu təmsil etmirlər. Əksinə, onlar xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən xüsusi dairələr və erməni lobbisi tərəfindən maliyyələşdirilən dəstənin üzvləridir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56

