Bələdiyyələr birləşməklə səmərəli işləmək imkanı qazanırlar
11.09.2009 [12:22]
Azərbaycanda bələdiyyələrin birləşməsi prosesi davam edir. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə hesab edir ki, birləşmə bələdiyyələrin keyfiyyətli fəaliyyət göstərməsinə şərait yaradır:
- Bələdiyyələrin birləşməsi hər yerdə müsbət qarşılanır. İlk növbədə, artıq bələdiyyə ərazisində yaşayan insanlar başa düşürlər ki, xırda bələdiyyələrlə problemləri həll etmək mümkün deyil. Qanunvericiliyə əsasən indiyə qədər bələdiyyə yaratmaqda məhdudiyyət yox idi. Qanun çox demokratik prinsipləri özündə əks etdirir. çünki məsələlər inzibati qaydada yox, əhalinin istəyinə uyğun həll edilir. Yəni, bələdiyyələr bu formada insanları təmin etmirsə, onlar daha böyük bələdiyyələr yaradırlar. Bildiyiniz kimi, aprel ayından etibarən, parlamentə bələdiyyələrin çoxlu sayda müraciətləri daxil olmağa başladı. Bu müraciətlərin hamısı ümumiləşdirildi, respublikada 2760-a yaxın bələdiyyənin təxminən 1000-i ixtisara düşdü. Və hazırda ölkəmizdə1720-yə yaxın bələdiyyə fəaliyyət göstərir. Bu şəraitdə bələdiyyələrin maliyyə imkanları daha geniş olur, onları yüksəkixtisaslı kadrlarla təmin etmək məsələsi həll olunur. İndiyə kimi kənd bələdiyyə sədrlərinin təxminən 40 faizinin ali təhsili yoxdur. Razılaşın ki, belə bələdiyyə sədrlərinin qanunları oxuyub öyrənmək, ondan nəticə çıxarıb tətbiq etmək məsələsində böyük çətinliklər var. Amma indi bələdiyyələrin ərazisi də, əhalisinin sayı da böyüyür. Onların büdcəsinin maliyyə bazası genişlənir. Güman edirik ki, bundan sonra səmərəli işləmək imkanı qazanacaqlar.
Digər tərəfdən, birləşmədən sonra bələdiyyələrlə əlaqəli işləyən dövlət orqanlarının da işi asanlaşır. İldə bələdiyyələr üçün dövlət tərəfindən təxminən 3,5 milyon manat dotasiya ayrılır. Biri var bu vəsait 2760 bələdiyyə arasında, biri də var 1720 bələdiyyə arasında bölünsün. Bunun özü də böyük stimuldur. ümumiyyətlə, bu birləşmə bələdiyyələrin fəaliyyətini yaxşılaşdırmaqla bərabər, dövlət orqanlarının da onların işi ilə dərindən məşğul olmasına şərait yaradır.
- Sədrlərdən söz düşmüşkən, parlamentdə bəzi millət vəkilləri bələdiyyə sədrlərinin ali təhsilli olması ilə bağlı müvafiq qanuna dəyişikliklər olunmasını təklif etmişdilər. Belə bir dəyişikliyin olması gözlənilirmi?
- Belə məsələ nəzərdə tutulmur. Bu məsələ bələdiyyə ərazilərində yaşayan insanların öhdəsinə buraxılır. İnsanların özləri seçim etməlidirlər. Elə insanlar var ki, ali təhsili olmasa da, çox bacarıqlı, təşkilatçı rəhbər kimi özlərini təsdiq ediblər. Məsələn, vaxtilə Neftçala rayonunda Nuruş Əliyev, Salyanda Qüdrət Quliyev kimi kolxoz sədrləri bütün SSRİ-də tanınırdılar. Halbuki, onların ali təhsili yox idi. Amma güclü təşklatçılıq və işlərlə bağlı insanları səfərbər etmək qabiliyyətləri var idi. Ona görə də, hesab edirəm ki, bələdiyyə sədrlərini seçmək hüququ insanlara verilib. ümumiyyətlə, biz məhdudiyyət tətbiq etsək, bu, insan hüquqları baxımından da düzgün olmazdı.
- Arif müəllim, ümumiyyətlə, bələdiyyələrin birləşməsi hansı prinsiplərlə aparılır? Bu prosesdə hər hansı problem yaranmayıb ki?
- Bu məsələ cəmiyyətdə çoxdan müzakirə olunurdu. ötən ilin iyun ayında “Bələdiyyələrin Azərbaycanda aparılan sosial-iqtisadi inkişaf proqramlarının icrasında rolu» mövzusunda ümumrespublika müşavirəsi keçirildi. İlk dəfə ölkə səviyyəsində bələdiyyələrin birləşməsi təşəbbüsü bu müşavirədə səsləndirildi. Sonra bunun davamı olaraq 9 rayonda zona müşavirələri keçirildi və bələdiyyələrin birləşməsi tövsiyə olundu. Bundan sonra məsələ ilə bağlı Milli Məclisə müvafiq sənədlər daxil olmağa başladı. Birləşmək üçün iki əsas şərt var. Şərtin biri ondan ibarətdir ki, bələdiyyələr buna könüllü getsin və ya qərar qəbul etsin. Bu barədə keçirilən iclasın qaydaları da müəyyənləşib. Əhalinin 25 faizi iclaslarda iştirak etməlidir. İştirak edənlərin 50 faizindən çoxu isə birləşməyə tərəfdar olmalıdır. Həmin sənədlər əsasında parlament müzakirələr apararaq müvafiq qanun qəbul etdi.
Doğrudur, bu proseslə bağlı komitəmizə şikayət xarakterli müraciətlər də daxil olub və onların hamısı yoxlanılıb. Müraciətlər bələdiyyələrin birləşməsini inkar etmirdi. Narazılıqlar “mərkəz bizim bələdiyyə olsun” və ya “buna yox, digərinə birləşək” və s. şəklində olurdu. Bütün hallarda proses qanunauyğun şəkildə həyata keçirilib.
- Birləşmə prosesindən sonra yerli özünüidarəetmə orqanlarının fəaliyyətində irəliləyiş varmı?
- Xeyli sayda bələdiyyələr var ki, öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Sumqayıt bələdiyyəsi, Abşeronun Qobu, Samuxun Sərkər, Xaçmazın Nabran bələdiyyələri çox yaxşı fəaliyyət göstərirlər. Bələdiyyələrin əsas problemi nədir? Bu qurum yaradılıb ki, insanlar öz maliyyələri hesabına müəyyən işləri təşkil etsin. Amma bir çox hallarda ictimai fəallıq zəifdir. İnsanlara deyəndə ki, daşınmaz əmlaka görə bələdiyyənin büdcəsini formalaşdırmalısan, vergi verməlisən. Deyirlər ki, özüm tikmişəm, niyə vergi verməliyəm? Belə insanlar da var.
Pozuntulara yol verən bələdiyyələr də var. Bələdiyyələrin büdcəsi ən çox torpaq icarəyə vermək və satmaqla formalaşır. Halbuki, torpaqların hamısını satıb qurtarıblar. İndi də əlavə torpaq istəyirlər. Torpaq nə qədər verilə bilər? Əgər torpaqlar icarəyə verilsəydi, müəssisələr yaradılsaydı, daha səmərəli olardı. Elə bələdiyyələr var ki, hətta avtonəqliyyat müəssisəsi yaradıb. Bələdiyyələrə böyük imkanlar verilib, dayanacaqlar, yarmarka keçirmək üçün yerlər və s. Verilmiş imkanlardan onlar səmərəli istifadə etməlidirlər.
- Bu ilin dekabr ayında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçki ərəfəsində, yəni payız sessiyası zamanı bələdiyyələrlə bağlı qanunvericilikdə hər hansı yeniliklər olacaqmı?
- Təbii ki, payız sessiyası ilə bağlı komitəmizin iş planı təsdiqlənəcək. Amma bələdiyyə qanunvericiliyinə seçki prosesinə təsir edəcək hansısa dəyişiklik edilməyəcək. Hazırda bələdiyyələrin reyestri, onların parlamentdə hesabat verməsi ilə bağlı qanun layihələri üzərində iş gedir. Bilirsiniz ki, bu ilin mart ayında keçirilmiş referendum nəticəsində Konstitusiyaya bələdiyyələrin parlamentdə illik hesabat verməsi ilə bağlı müddəa daxil edilib. Bu müddəadan irəli gələrək müvafiq qanun layihəsi hazırlanır.
- Arif müəllim, siz, həmçinin, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüsünüz. Partiyanın bələdiyyə seçkilərinə hazırlığını necə qiymətləndirirsiniz?
- Partiyamızın mütəşəkkilliyi, insanları səfərbər etmək qabiliyyəti hamımıza məlumdur. Son prezident seçkiləri, eləcə də, referendum YAP-ın gücünü bir daha nümayiş etdirdi. ümumiyyətlə, YAP-ın seçki təcrübəsi çox böyükdür. Hesab edirəm ki, geniş imkanlara, potensiala malik olan partiyamız bələdiyyə seçkilərində də böyük uğurlar qazanacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43

