Azərbaycan ərazi bütövlüyünə xələl gətirə biləcək hər hansı bir addım atmayacaq
30.07.2009 [09:48]
Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi intensivləşib. Belə bir zamanda ABŞ Dövlət Departamenti Madrid prinsiplərinin detallarını açıqlayıb. Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşündən sonra isə Madrid prinsiplərinin yeniləşdirilməsi zərurəti yaranıb. Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza öz növbəsində artıq həmsədrlərin Krakovda keçirilən görüşündə yeniləşmiş variantın hazırlandığını bildirib.
Bəs Azərbaycan tərəfinin bu məsələyə münasibəti necə ola bilər? Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ilə söhbətimiz bu haqdadır.
- Mübariz müəllim, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar prosesi xeyli intensivləşib. Son prosesləri necə qiymətləndirirsiniz?
- Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv danışıqlar gedir. Azərbaycan Prezidenti İlham Əliyev son illərdə bu istiqamətdə Ermənistanın dövlət başçısı ilə bir neçə dəfə görüşüb. Bildiyiniz kimi, son görüş Moskva şəhərində Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə keçirilib. Bu görüşdə Ermənistan tərəfi növbəti dəfə qeyri-konstruktiv mövqdən çıxış edib. Onu da deyim ki, Ermənistanın qeyri-konstruktiv mövqe tutması Azərbaycanın diplomatiyasının uğurudur. O mənada ki, hamı Azərbaycanın problemi sülh yolu ilə həll etmək istədiyini görür. Real vəziyyətdən çıxış edərək Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərə dünyada mövcud olan ən yüksək statusu verməyə hazır olduğunu bildirir. Lakin bunun müqabilində erməni tərəfi danışıqları pozur, yeni bəhanələr gətirir və s. Heç kimə sirr deyil ki, Azərbaycan hərbi, iqtisadi, diplomatik, bir sözlə, bütün sahələrdə Ermənistandan üstündür. Xüsusilə, qeyd etmək istəyirəm ki, diplomatik cəbhədə üstünlüyümüz bütün dünyada etiraf olunur. Hətta erməni mətbuatı diplomatik cəbhədə Azərbaycanın Ermənistan hakimiyyətini tam üstələdiyini açıq şəkildə bildirir. Prezident İlham Əliyevin sürətli, çevik və “hücum” diplomatiyası tam səmərə verməkdədir. Ermənistanı diplomatik cəbhədə himayə edən ölkələr belə erməni tərəfinin qeyri-konstruktiv mövqeyini açıq şəkildə etiraf edirlər. Eyni zamanda masa üzərində müəyyən baza prinsipləri var. Azərbaycan bu baza əsasında prosesin irəliyə getməsini istəyir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilmiş geniş iclasında Azərbaycanın mövqeyini bir daha ifadə etdi.
- Amerikalı həmsədr Metyu Brayza həmsədrlərin Krakov görüşündə Madrid prinsiplərinin yeniləşdirildiyini bildirib. Sizcə, bu yenilik münaqişənin həllinə nə dərəcədə təsir göstərə bilər?
- Azərbaycan ərazi bütövlüyünə xələl gətirə biləcək hər hansı bir addım atmayacaq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək status verməyə tərəfdarıq. Madrid prinsipləri deyilən sənədlə bağlı çoxlu fikirlər, ajiotajlar yaradılmaqdadır. Lakin bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər çoxlu sayda müxtəlif xarakterli sənədlər ortada olub. Eyni zamanda münaqişənin həlli ilə bağlı variantlar irəli sürülüb. Azərbaycan konstruktivlik nümayiş etdirərək bəzi layihələri qəbul edib. Bu gün danışıqlarda ortada olan hansısa sənədin üzərində hay-küy qoparmağa dəyməz. Əsas məsələ tərəflərin hansı şərtlərlə münaqişənin həllinə meyilli olmasıdır. Danışıqlar masası üzərində çoxlu variantlar ola bilər. Mən deyərdim ki, həmsədrlər bununla əlaqədar onlarla layihə hazırlayıb. Amma əsas məsələ bu variantlara tərəflərin necə yanaşmasıdır. Azərbaycan tərəfinin mövqeyi aydındır. Bu, ölkəmizin ərazi bütövlüyü və suverenliyidir. Ermənistan tərəfi isə işğalçı və ilhaqçı mövqeyindən əl çəkməyərək nəyin bahasına olursa-olsun Dağlıq Qarabağı özünə birləşdirməyə, ya da həmin ərazidə qondarma erməni dövləti yaratmağa cəhd göstərir. Ermənilərin radikal qanadları daha qabağa gedərək işğal olunmuş digər ərazilərin də qaytarılmasına qarşı çıxış edirlər. Belə bir şəraitdə isə Azərbaycan Prezidentinin məsələnin sülh yolu ilə həll edilmədiyi təqdirdə ölkəmizin digər variantlara əl atacağı haqda bəyanatı tamamilə məntiqə uyğundur və BMT-nin Baş Məclisinin qəbul etdiyi sənədlərə, Təhlükəsizlik Şurasının qətnamələrinə, o cümlədən, BMT-nin nizamnaməsinə uyğun şəkildədir. Bütün bunların müqabilində biz son günlər Krakovda ATƏT-in Minsk qrupu həmsədrlərinin yenidən toplaşaraq Madrid prinsiplərinin yeni variantı üzərində işlədiklərini görməkdəyik. Bu variantda hansı məqamların əks olunması konfidensial danışıqların predmetidir. Bununla əlaqədar konkret açıqlamalar vermək o qədər də doğru olmazdı. Azərbaycan bu sənədi tam öyrəndikdən sonra mövqeyini ortaya qoyacaq. Sadəcə, bu yeni prinsiplər milli maraqlarımıza uyğun olacaqsa, Azərbaycan bu sənəd əsasında danışıqları davam etdirəcək. Əks halda, ölkəmiz danışıqların başqa bir səpgidə, prinsiplər əsasında davam etməsini təklif edəcək.
Minsk qrupunun həmsədrləri müxtəlif xarakterli bəyanatlar verə bilər. Amma onların dedikləri əsas deyil. Əsas məsələ ortada olan, tərəflərə təqdim edilən sənəddir. Həmin sənəd müzakirəyə təqdim olunur. Təcavüzə məruz qalmış Azərbaycan dövləti bu varianta öz münasibətini bildirəcək. “Böyük səkkizlər”in sammitində üç həmsədr dövlətin prezidentləri birgə bəyanat imzaladılar ki, bu, mühüm bir sənəddir. Bu sammitdə Dağlıq Qarabağ məsələsinin gündəmə gətirilməsi münaqişənin dünya siyasətinin diqqət mərkəzində olduğunu göstərir. Bu çağırışa uyğun olaraq, həmsədrlərin fəallaşmasını görməkdəyik.
- Həmsədrlər vaxtaşırı olaraq bir-birinə zidd bəyanat verirlər. Bu isə danışıqlar prosesi ilə bağlı ictimaiyyətdə narahatlıq yaradır...
- Minsk qrupunun həmsədri olan üç dövlət - ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın aparıcı dövlətləridir. Amma mənim şəxsi fikrim belədir ki, həmsədr ölkələrin diplomatları daha çox öz dövlətlərinin maraqlarından çıxış edirlər. Vasitəçilərin maraqları bir-birinə uyğun olmayan dövlətlərin nümayəndələrinin olması nəticə etibarı ilə bu danışıqlar prosesinə bəzi hallarda çətinlik yaradır. Adətən, dünyadakı bəzi münaqişələrin həllində BMT-nin vasitəçiliyi nəticəsində daha tez nəticələrin əldə olunduğunu görmüşük. Məsələn, İran-İraq münaqişəsi baş verəndə BMT Təhlükəsizlik Şurasının mandatı ilə xüsusi vasitəçi təyin olunmuşdu. Bu vasitəçi hansısa dövlətin deyil, BMT-nin səlahiyyətli diplomatı olaraq fəaliyyət göstərirdi. Gələcək perspektivdə əgər Minsk qrupu həmsədrlərinin uzun sürən diplomatiyası nəticə verməzsə, Azərbaycan tərəfi BMT səviyyəsində və ya qurumun baş katibinin səlahiyyət verdiyi səviyyədə bir diplomatın rəhbərlik etdiyi qrupun Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasını öz üzərinə götürməsinə yönələn addımlar ata bilər. Yəni, BMT Baş katibinin və ya Təhlükəsizlik Şurasının müəyyən etdiyi diplomat və ya diplomatlar qrupu bu işi davam etdirə bilər. Həmsədr dövlətlərin hər birinin bölgədə öz maraqları var. Məntiqlə çıxış etsək, deyə bilərik ki, BMT də aparıcı dövlətlərin əlindədir. Amma burada diplomatın fəaliyyətindən söhbət gedir. ATƏT-in diplomatları həm də öz ölkələrini təmsil edirlər. Amma BMT-nin mandat verdiyi diplomat yalnız bu qurumun missiyasını yerinə yetirir. Məsələn, Yaxın Şərq və digər münaqişələrlə bağlı BMT-nin diplomatları vasitəçilik edirlər. Yenə də deyirəm ki, bütün bunlar mənim şəxsi fikrimdir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət kursu həyata keçirilir. ATƏT çərçivəsində də diplomatiyamız uğurla inkişaf edir və münaqişənin həlli istiqamətində nə mümkünsə edilir.
- Son zamanlar erməni tərəfi separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə tərəf kimi qoşulmasına cəhd göstərir, belə bəyanatlar Ermənistan mətbuatında tez-tez səsləndirilir...
- Qeyd etmək istərdim ki, diplomatik danışıqların başlanğıcından qondarma Dağlıq Qarabağ rejiminin bu prosesdə iştirakına cəhd göstərilib. Bu cəhdin arxasında erməni hiyləgərliyi dayanır. Münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyəti dayanır. Münaqişə başlayanda Azərbaycan ordusu Dağlıq Qarabağ separatçıları ilə deyil, Ermənistan ordusu ilə vuruşurdu. çünki Ermənistan ordusu Azərbaycan ərazilərini zəbt edirdi. Əgər biz danışıqlar prosesinə oyuncaq Dağlıq Qarabağ rejiminin nümayəndələrini daxil etməyə razı olsaq, onda ermənilərin hiyləgər diplomatiyasının uğur qazanmasına rəvac vermiş olarıq. Bu mənada ki, ermənilər hər zaman iddia edirlər ki, münaqişə Dağlıq Qarabağla Azərbaycan arasında aparılır. Amma hamı bilir ki, münaqişə tərəfi Ermənistandır. Bütün sənədlərdə də belə göstərilir. ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində, BMT-nin qəbul etdiyi qətnamələrdə bu fakt öz əksini tapıb. O cümlədən, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında imzalanmış bəyannaməyə imza atmaqla Ermənistan münaqişə tərəfi olduğunu etiraf edib.
Azərbaycan tərəfi heç zaman separatçı rejimin danışıqlar prosesinə qoşulmasına imkan verməyib və verməyəcək. Lakin ölkəmizin mövqeyi həmişə belə olub ki, danışıqlar prosesinin müəyyən mərhələsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icması bu prosesə qatıla bilər. Oyuncaq Dağlıq Qarabağ rejiminin birbaşa danışıqlar prosesinə tərəf kimi qoşulması isə mümkün deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

