Sahibkarlar sabaha böyük ümidlərlə baxırlar
15.02.2013 [02:45]
Rövşən Fərhadov: Prezident İlham Əliyevin son tövsiyələri sahibkarları daha əzmlə işləməyə ruhlandırır
Məlum olduğu kimi, fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin Sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransdakı yekun nitqində dövlət başçısı ölkədə sahibkarlığın inkişafına mane olan amillərin aradan qaldırılması və birdəfəlik həll olunması üçün icra strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Konfrans iştirakçısı, Ağsu rayonundakı “Az-Qranata” MMC şirə və şərab emalı zavodunun icraçı direktoru Rövşən Fərhadov əməkdaşımızla söhbətində Prezident İlham Əliyevin həmin tarixi çıxışının ölkə sahibkarları tərəfindən rəğbətlə qarşılandığını və sahibkarlara əlavə stimul verdiyini vurğulayıb:
- Rövşən müəllim, siz Prezidentin Sədrliyi ilə keçirilən həmin konfransın iştirakçısı olmusunuz. Bir sahibkar kimi, konfransı necə dəyərləndirirsiniz?
- Əvvəla, onu deyim ki, möhtərəm Prezidentimizin Sədrliyi ilə keçirilən həmin konfransın iştirakçısı olmaqdan qürur duyuram. Bu kimi yüksək səviyyəli tədbirlərdə iştirak etmək hər bir sahibkara nəsib olmur. Üstəlik, həmin tədbirdə cənab Prezidentin qarşısında çıxış etmək kimi şərəfli bir missiya daşıdığım üçün, özümü çox xoşbəxt hiss edirəm. Əlbəttə, biz bu şərəfə dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğıya öz əməli işimizlə cavab verməklə nail olmuşuq. Qeyd edim ki, bu gün Azərbaycan dövləti və hökuməti tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafı üçün bütün lazımi şərait yaradılıb, sahibkarlığın inkişafı üçün mükəmməl qanunvericilik bazası mövcuddur. İstənilən ölkə vətəndaşı istənilən yerdə, istər paytaxtda, istərsə də respublikanın ən ucqar bölgəsində belə öz biznesini qura və inkişaf etdirə, eləcə də, istehsal etdiyi hazır məhsulu heç bir maneə olmadan digər ölkələrə ixrac edə bilər. Odur ki biz sahibkarlar da dövlətin bizə göstərdiyi bu diqqət və qayğını yüksək qiymətləndiririk. Bu baxımdan, Prezident İlham Əliyevin Sədrliyi ilə keçən konfransı biz sahibkarlar çox yüksək dəyərləndiririk. Və ölkədə sahibkarlığın sabahına böyük ümidlərlə baxırıq. Çünki bu konfransda dövlət başçısının hər zaman sahibkarlara arxa və dayaq olduğunun bir daha şahidi olduq. Əminəm ki, ölkə sahibkarları da öz əməli işləri ilə dövlət başçısının bu dəstəyinə öz layiqli töhfələrini verəcəklər.
- Bir sahibkar kimi, gəlin səmimi etiraf edək, indiyədək sizi narahat edən məsələlər hansılar idi?
- Tam səmimi söyləyirəm ki, fəaliyyət göstərdiymiz bu müddət ərzində elə bir ciddi maneə, yaxud problemlərlə üzləşməmişik. Çünki bu gün Azərbaycanda dövlət və özəl müəssisə arasında heç bir ögey, yaxud doğma münasibət yoxdur. Hər halda, özəl müəssisə olaraq, biz bunu hiss etməmişik. Əgər hansısa sahibkar hansısa bir problemlə üzləşibsə, düşünürəm ki, bu, hansısa anlaşılmazlıqlardan irəli gəlib. Çünki gəlin etiraf edək ki, bu gün Azərbaycanda təcrübəli və peşəkar mütəxəssisə hələ də ehtiyac duyulur. Əgər o sahibkar peşəkardırsa, qanunlarımızı və öz hüquqlarını bilirsə, düşünürəm ki, onun fəaliyyətində heç bir problem olmamalıdır. Digər tərəfdən isə, cənab Prezidentimizin də qeyd etdiyi kimi, ölkəmizdə insan kapitalına çox böyük önəm və dəyər verilir. Hesab edirəm ki, zaman keçdikcə sahibkarlarımızın peşəkarlıq səviyyəsi və təcrübələri də artacaq.
- Amma buna baxmayaraq, Prezident bəzi icra strukturlarına sahibkarların işinə yersiz müdaxilə etmələri ilə bağlı xəbərdarlıq etdi. Ümumiyyətlə, dövlət başçısının bu tapşırığını necə qiymətləndirirsiniz?
- Dövlət başçısı, demək, belə yersiz müdaxilələrdən xəbərdardır ki, öz tapşırıqlarını verir. Xatırlayırsınızsa, Prezidentimiz konfransda qeyd etdi ki, sahibkarlığın inkişafı dövlət siyasətidir və icra orqanlarının rəhbərləri yerlərdə bu dövlət siyasətini aparan şəxslərdir. Onlar bu dövlət siyasətindən kənar heç bir hərəkət etməməlidirlər, sahibkarlardan rayonda hansısa işləri görməyi tələb etməməlidirlər. Söz yox ki, bölgələrdə fəaliyyət göstərən sahibkarlar da dövlət başçısının qeyd etdiyi kimi, öz sosial məsuliyyətlərini başa düşməlidirlər. Rayonda mövcud olan problemlərin həllində könüllü iştirak etməlidirlər. Hesab edirəm ki, bundan sonra, möhtərəm Prezidentimizin də tapşırdığı kimi, icra strukturlarının rəhbərləri “öz əməli fəaliyyətlərində dönüş yaradacaq, yerlərdə sahibkarlara dəstək verəcək, qanunsuz tələblər irəli sürməyəcəklər”. Eyni zamanda, sahibkarlar da fəaliyyət göstərdikləri rayonlarda bəzi sosial məsələlərin həllinə öz köməkliklərini əsirgəməyəcəklər.
- Bir sahibkar olaraq, bu konfransdan sonra gözləntiləriniz hansılardır?
- Hesab edirəm ki, sözügedən konfrans ölkədə sahibkarlıq sahəsində bir dönüş nöqtəsi oldu. Bundan sonra hər kəs, istər icra orqanı olsun, istər sahibkar olsun,- öz işinə ciddi yanaşacaq və tələbkarlıq artacaq. Eyni zamanda, dövlət tərəfindən də sahibkarlığın daha da inkişaf etdirilməsi üçün yeni-yeni planlar, mühüm və iri investisiya tutumlu layihələr hazırlanacaq ki, bunların icrası regionlarımızın daha da inkişaf etməsi və abadlaşmasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq.
- Bəs dövlət başçısının xeyir-duası ilə yaradılan sizin müəssisəniz necə, gələcək illər üçün hansı planları hazırlayır?
- Bildiyiniz kimi, Ağsu rayonunun sosial-iqtisadi inkişafına töhfələr verən “Az-Qranata” MMC şirə və şərab emalı zavodu 2011-ci ilin oktyabr ayında cənab Prezidentimizin xeyir-duası ilə fəaliyyətə başlayıb. Zavodda şirə və şərab emalı sahəsində böyük təcrübəyə malik Fransa, Almaniya, İsveçrə, İtaliya, Türkiyə kimi ölkələrin ən müasir avadanlıqları quraşdırılıb. Zavod 1 saatda 20 ton meyvə emalı, 12 ton şirə, 4 ton kompot və 3 ton şərab istehsal etmək gücündədir. Müəssisəmizdə ümumilikdə 500-ə yaxın insan işlə təmin edilib ki, onların orta aylıq əməkhaqqı 350 manat təşkil edir. Bu, rayonda yaşayan insanlar üçün heç də az maaş deyil. Qeyd edim ki, hazırda müəssisədə tetrapak və şüşə qablaşdırmalarda istehsal olunan 60-dan çox adda məhsul ABŞ, Almaniya, Rusiya, Ukraniya, BƏƏ, Çexiya, Slovakiya, Avstriya, Polşa və Macarıstan kimi ölkələrə ixrac olunur. Bu, həm də doğma Azərbaycanımızın bu sahədə rəqabət gücünün bariz nümunəsidir. Qarşıdakı illərdə ixrac potensialımızın çeşidini və gücünü, eləcə də, coğrafiyasını daha da artırmağı düşünürük. Bundan əlavə, şirkətimiz daha keyfiyyətli məhsullar istehsal etmək, daxili və xarici bazarda rəqabət gücünü artırmaq, keyfiyyətli xammal əldə etmək üçün hazırda mövcud olan 700 hektar üzüm və nar bağlarının sahəsinin 1000 hektara çatdırılmasını planlaşdırırıq. Hesab edirəm ki, çox yaxın illərdə, dövlətin sahibkarlara göstərdiyi dəstəyin köməyi ilə biz bütün planlaşdırdığımız işlərin öhdəsindən gələ biləcəyik. Və istehsal etdiymiz məhsullarla doğma Azərbaycanımızın qüdrətini və şöhrətini dünya ölkələrinə layiqincə təbliğ edə biləcəyik. Azərbaycanın heç də yalnız neft və qaz ölkəsi olmadığını, bu ölkənin sahibkarlarının qeyri-neft sektorunda da böyük uğurlar və nailiyyətlər əldə etdiyini dünya ölkələrinə sübut edəcəyik.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

